Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanım və Avara 2: Yaramazın sərgüzəştləri

Xanım və Avara 2: Yaramazın sərgüzəştləri (ing. Lady and the Tramp II: Scamp's Adventure) — multiplikasiya filmi. Uolt Disney şirkəti tərəfindən 2001-ci ildə yaradılmış, 27 fevral 2001-ci ildə təqdimatı olmuşdur. 1955-ci ildə yaradılmış Xanım və Avara cizgi filminin davamıdır.

Cizgi filminin süjetini Xanım və Avaranın oğlu Yaramazın başına gələnlər təşkil edir. O, ev iti olmaq istəmir və atası kimi "əsl küçə iti" olmaq arzusundadır. Cizgi film Uolt Disney Şirkətinin hazırda ləğv olunmuş Avstraliya nümayəndəliyi tərəfindən yaradılmışdır.[1]

Rollarda
Skot Volf - Yaramaz
Alissa Milano - Mələk
Codi Benson - Xanım
Cef Bennet - Avara, Kok, it ovçusu
Ket Susi və Debi Derriberri - Anneta, Daniela və Koleta
Nik Ceymson və Barbara Gudson - Cim Diər və Darlinq
Endryu MakDonehyu - Cunior
Tres MakNil - Sara xala
Meri Key Berqman və Tres MakNil - Si və Am
Cim Kamminqs ve Maykl Gug - Toni və Co
Çaz Palminteri - Baster
Bronson Pinçot - Fransua
Bill Feycerbekki - Muç
Keti Moriarti - Rubi
Miki Runi - Sparki


Tarix: 20.02.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Filimler
loading...