Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babil (film, 2006)

Babil (ing. Babel)— Alehandro Gonzalez İnyarritunun çəkdiyi dram.

Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Rollarda
4 Mükafatlar və Namizədliklər
5 Xarici keçidlər


Məzmun

Filmdə üç əsas süjet xətti göstərilib. Bütün bunlar tamaşaçıya böyük bir Babili xatırladan dünyamızın vəziyyətini göstərir, harada insanlar bir biri ilə anlaşmağa məcburdular: özünkünə nail olmaq və başqalarına qulaq asmaq.

Mərakeş süjet xətti — amerikalı turistlərin, həmçinin Riçard Cons və Syuzan Cons ər-arvadın talelərinin bir sıra sadə Mərakeş əhalisinin taleləri ilə toqquşması. Sadə əhalinin ABŞ sakinləri üçün qəribə gələn həyat tərzləri göstərilib. Syuzan çoban oğlanın təsadüfən tüfəngdən açdığı atəş zamanı yaralanır. Atəş bir neçə insanın əzab çəkməsinə səbəb olur.

Meksika/ABŞ süjet xətti Riçard və Syuzanın uşaqlarına dayəlik edən meksikalı qulluqçu Ameliya ilə bağlıdır. Mərakeşdəki faciəvi hadisələr onu uşaqları Meksikaya, oğlunun toyuna aparmağa məcbur edir. Uşaqlar, Debbi və Mayk şən meksika toyunun şahidi olurlar. Gördükləri onlara həm əyləncə verir həm də şoka salır. San Diyeqoya qayıdış təhlükəli macəraya çevrilir, nəticədə Ameliya uşaqlarla səhrada susuz qalır.

Yaponiya süjet xətti — lal-kar yeniyetmə qız Çieko haqqında əhvalatdır. O, öz dünyasında, öz şəhərində başa düşülməyə çalışır. Detektiv Kenji ona kömək etməyə çalışır, əslində isə onun Mərakeşli bələdçiyə tüfəng hədiyyə etmiş atası ilə görüş axtarır…

Film haqqında
Bu filmdə iştirak etmək üçün Bred Pitt prodüserlərindən olduğu "Dönüklər" filmində baş rolların birindən imtina edib. Bu addımı o, çoxdan Alehandro Qonzales İnyarritunun filmlərinin pərəstişkarı olması ilə izah edib.
Rejissor Alehandro Qonzales İnyarritu yerli şəhər meydanında futbol oynadığını gördüyü Bobker Ait Əl Kaidi sınaq çəkilişlərinə çağırıb. Bu mərakeşli oğlan atasının tüfəngi ilə pis işlərə bulaşan Yusif rolunu oynamaq fürsəti qazanıb.
Film ingiliscə "Babylon" adlanır. Orijinal "Babil" adı isə bu sözün ərəb və ivrit dillərindəki tələffüzüdür.
Filmin final səhnəsində yaralı Syuzanı aparan helikopter Kasablankanın ən görməli yeri – Böyük II Həsən məscidinin yaxınlığından uçur.

Rollarda

Mərakeş
Bred Pitt — Riçard Cons
Keyt Blanşet — Syuzan Cons
Məhəmməd Əhzəm — Ənvər
Bubkə Eyt Əl Kaid — Yusif
Səid Tərçani — Əhməd
Həmid Muryani — Abdulla
Əbdülkander Bara — Həsən
Uahiba Zəhmi — Zöhra

Meksika
Adriana Barraza — Ameliya
Qael Qarsia Bernal — Santyaqo
El Fenninq — Debbi Cons
Natan Qembl — Mayk Cons
Klifton J. Kollins — Meksika sərhədində polis zabiti'
Maykl Pina — Zabit Con

Yaponiya
Rinko Kikuçi — Çieko Vatai
Kodzi Yakuzo — Yasudziro Vatai
Satosi Nikaydo — Detektiv Kenji
Yuko Murata — Mitsu
Siqemitsu Oqi — Diş həkimi

Mükafatlar və Namizədliklər
Oskar 2007:
Namizəd: ilin ən yaxşı filmi (Alexandro Gonzalez İnyaritu, Con Kilik və Stiv Qolin)
Namizəd: ən yaxşı rejissorluq (Alexandro Gonzalez İnyaritu)
Namizəd: ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
Namizəd: ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
Namizəd: ən yaxşı orijinal ssenariyə görə (Qilyermo Arriaqa)
Namizəd: ən yaxşı montaj işi (Duqlas Krays, Stiven Mirron)
Qalib: ən yaxşı musiqi(Qustavo Santaolalla)
Beynəlxalq Kann Kino Festivalı:
Qalib: Ən yaxşı rejissor (Alexandro Gonzalez İnyaritu)
Qalib: François Chalais Award (a Prize of the Ecumenical Jury)
Namizəd: Qızıl palma budağı (Ən yaxşı film)
Qızıl qlobus:
Qalib: Ən yaxşı dram filmi
Namizəd: Ən yaxşı rejissorluğa görə (Alexandro Gonzalez İnyaritu)
Namizəd: Ən yaxşı ikinci plan kişi roluna görə (Bred Pitt)
Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
Namizəd: Ən yaxşı ssenariyə görə (Qilyermo Arriaqa)
Namizəd: Ən yaxşı musiqi(Qustavo Santaolalla)
ABŞ kino aktyorlarının Qildiya mükafatı:
Namizəd: Ən yaxşı aktyor seçiminə görə
Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
Ən yaxşı onluğa düşüb:
American Film Institute Awards 2006


Tarix: 19.02.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 422 Bölmə: Filimler
loading...