Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makkennanın qızılı (film, 1969)

"Makkennanın qızılı" (ing. Mackenna's Gold) — rejissor Cey Li Tompsonun filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda


Məzmun

1874-cü il. Şerif Makkenna təsadüfi vuruşda apaçilərin rəhbərlərindən biri qoca Koyotu öldürür. Koyotun üstünü axtaran şerif oradan əfsanəyə əsaslanan və saysız xəzinədən xəbər verən Qızıl Kanyonun yerini göstərən plan tapır. Əfsanəyə əsasən, apaçilər bu qızılı çox illər bundan əvvəl tapmışdılar. O, ruhla qorunur və apaçilər onlara toxunmayana qədər çox güclüdürlər. Çoxları bu xəzinəni tapmağa cəhd göstərmişlər. Əfsanə, eləcə də bir nəfər Adams adlı adamın kanyonu tapmasından və apaçilərin onu tutub başqalarına yolu göstərə bilməməsi üçün gözlərini çıxarmasından xəbər verir. Elə buna görə də Qızıl Kanyon həm də Kor Adamsın Konyonu adlandırılır. Xəritəni götürən Makkenna onu yandırır.

Makkenna Koyotla məşğul olduğu vaxt tanınmış meksikalı quldur Con Kolorado meksikalı və hindu-apaçilərdən təşkil olunmuş dəstəsi ilə hakim Berqmannın evini və onun qızı İnqanı ələ keçirir. Koloradonun məqsədi orada məskunlaşıb atlarla və ərzaqla varlanmaq olur. Quldurlar hakimi öldürüb İnqanı özləri ilə götürürlər. Onlar qəfildən Makkennanı da əhatəyə alırlar. Kolorado çoxdan Koyotu və onun xəritəsini axtarırmış. O, Makkennanı onların bələdçisi olmağına vadar edir.

Koloradonun dəstəsində eləcə də Ben Beykerin dəstəsi də toplanmışdır. Beykerin dəstəsi görkəmli şəhərlilərdən, iki ingilisdən və həmin kor Adamsdan təşkil olunmuşdur. Lakin qızılaxtaranlar dəstəsi pusquda dayanmış federal əsgərlərlə qarşılaşırlar. Çox az adam xilas ola bilir. Əsgərlər izə düşürlər. Serjant Tibbs qızılaxtaranları təqib edib qalan əsgərlərini öldürür və Koloradoya qoşulur.

Qızılaxtaranlar qızıl kanyona girirlər. Hamıdan əvvəl Makkenna ayıq başla hərəkət edir və heç nə başa düşməyən İnqanı yuxarı qaldırır. Heyrətə düşmüş qız artıq ağlını itirmiş qızılaxtaranların bir-birini necə öldürməyini görür. Hamıya qalib gəlmiş Kolorado Makkenna ilə mübarizə aparır. Tezliklə apaçi atlıları görünür. Lakin bu vaxt kanyonda dağıntı baş verir. Silahsız qalmış Kolorado Makkennanı hədələyərək oradan uzaqlaşır. Makkenna qızla birlikdə yoluna davam edir. Onların hələ xəbəri yoxdur ki, atların yəhəri ağzına qədər qızılla doludur.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Hek Allen (roman)
Ssenari müəllifi : Karl Formen
Rejissor : Cey Li Tompson
Operator : Cozef MakDonald
Bəstəkar : Kuinsi Cons
Prodüserlər : Karl Formen, Dmitri Tyomkin

Rollarda
Qreqori Pek – Şerif Makkenna
Ömər Şərif – Con Kolorado
Telli Savalas – serjant Tibbs
Culi Nümar – Heş-Ke
Kinen Uinn – Sançes
Kamilla Sparv – İnqa Berqmann
Ted Kessidi – Haçita
Eduardo Çanelli – Koyot
Dik Pibodi – Avila
Rudi Dias – Beş
Robert Fillips – Manki
Şelli Morrison
Robert Porter
Con Qarfild
Dyuk Hobbi
Li Cey Kobb – qəzet redaktoru
Reymond Messi
Börcess Meredit
Entoni Kueyl – qoca ingilis
Edvard C. Robinson – qoca Adams
Eli Vollax – Ben Beyker


Tarix: 19.02.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Filimler
loading...