Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məzəli qız (film, 1968)

"Məzəli qız" (ing. Funny Girl) — rejissor Uilyam Uaylerin filmi.Mündəricat
1 Məzmun
2 Filmin musiqiləri
3 Mükafatlar
3.1 1968-ci ilin "Oskar" mükafatı:
3.2 1968-ci ilin "Qızıl Qlobus" mükafatı:
4 Filmin heyəti
4.1 Film üzərində işləyənlər
4.2 Rollarda


Məzmun

Hadisələr Nyu-Yorkda baş verir. Fanni Brays şəhər ətrafından olan sadə qızdır. O, uşaqlıqdan məşhur olmaq istəyib və vodevillərdə çıxış etməklə öz karyerasını başlamaq qərarına gəlir. Çıxış vaxtı diyircəkdə olan Fanni səhnədə cinas yaradır. Teatrın sahibi hirslənərək onu qovmaq istəyir, lakin səhnədə baş vermiş anlaşılmazlıq tamaşaçıları əyləndirir, bu məzəli və gözəl səsli qız onların xoşuna gəlir. Fanni işə qəbul olunur.

Çıxışdan sonra o, səhnə arxasında Niki Arnştaynla tanış olur. Fanni ona heyran olur. O, tezliklə yenidən görüşəcəklərini deyib uzun müddətə yoxa çıxır. Amma aşiq olmuş Fanninin kədərlənməyə vaxtı yox idi. Onun karyerası inkişaf edirdi. Bir azdan o, Nyu-Yorkdan olan konferansye Florens Ziqfeldin diqqətini cəlb edir. Ziqfeld onu "Ziqfildin qızları" adlı şousunda iştirak etməyə dəvət edir. Elə birinci çıxışında Fanni finaldakı mahnını oxumalı idi. Lakin kompleksi olan və özünü axmaq hesab edən qız mahnını ifa etməkdən imtina edir. Buna görə də Ziqfeldin özü ilə mübahisə edir. Onda qızın qarşısında iki seçim qalır: o, ya oxumalı, ya da qovulmalıdır. Fanni razılaşır, amma bu ifa komik şouya çevrilir: o, tamaşaçıların qarşısına gəlinlik paltarında, qarnında yastıq çıxır və hamilə qadını göstərir. Bu, tamaşaçıların xoşuna gəlir. Təkcə Ziqfeld buna – kiminsə onun əmrindən çıxmasına dözə bilmir. Lakin sürəkli alqışlar yenə də Fanniyə öz işində qalmasına kömək edir. Həmin gün Fanninin həyatında yenə də Niki Arnştayn peyda olur. Niki qızı öz sevgisi ilə ovsunlayaraq əvvəlki kimi yox olur.

Bir ildən sonra "Ziqfildin qızları"nın turney şousunda dəmiryol vağzalında Fanni Niki ilə rastlaşır. Bu dəfə qız özünü saxlaya bilmir və şounu atıb Nikinin ardınca Avropaya gedir. Niki ona evlənmə təklifi edir və onlar evlənirlər. Fanni hamilə olur və bir müddətlik karyerasından ayrılır. Nik qumar oynamağa davam edir və bir dəfə korrupsiya üstündə həbs olunur. Fanni ərini həbsxanadan çıxarmaq istəyir, lakin Nik üç il məhkum edilir. Həbsə girməmişdən əvvəl Nik Fanniyə ayrılmağı təklif edir ki, qız qarşıdakı həyatını normal yaşaya bilsin. Fanni Niki çox sevdiyi üçün bununla razılaşmır. On səkkiz aydan sonra Nik qayıdır, ancaq Fanni indi başa düşür ki, onlar bir-birindən çox uzaqlaşıblar. Artıq bu sevməyə davam etməyin mənası yoxdur. Ayrılandan sonra Fanni özünü qızına və ürəyini mahnılarda boşaltdığı tamaşaçılarına həsr edir.

Filmin musiqiləri
Overture
I’m the Greatest Star
If a Girl Isn’t Pretty
Rollerskate Rag
I’d Rather Be Blue Over You
Secondhand Rose
His Love Makes Me Beautiful
People
People (Reprise)
You Are Woman, I Am Man
Don’t Rain on My Parade
Sadie, Sadie
The Swan
Funny Girl
My Man
Finale

Mükafatlar

1968-ci ilin "Oskar" mükafatı:
Ən yaxşı qadın roluna görə – Barbra Streyzand

1968-ci ilin "Qızıl Qlobus" mükafatı:
Komediya və ya musiqili filmdə ən yaxşı qadın roluna görə – Barbra Streyzand

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifləri : İzobel Lennart
Rejissor : Uilyam Uayler
Operator : Harri Stredlinq
Bəstəkarlar : Jul Stayn, Bob Merrill
Prodüser : Rey Stark

Rollarda
Barbra Streyzand – Fanni Brays
Ömər Şərif – Niki Arnştayn
Key Medford – Rouz Brays
Enn Frensis – Corciya Ceyms
Uolter Piceon – Florens Ziqfeld
Li Allen – Eddi Rayan
May Kvestel – missis Strakoş
Cerald Mor – Tom Branka
Frenk Feylen
Mitti Lorens
Gertrude Flinn
Penni Santon
Con Hermon


Tarix: 19.02.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 330 Bölmə: Filimler
loading...