Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təpələr gözlərə malikdir (film, 2006)

Təpələr gözlərə malikdir (ing. The Hills Have Eyes) — 2006-cı ildə Qorxulu filmlər janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və rejissor Aleksandr Ajadır.

Məzmun

Filmin başlanğıcında bir qrup əsgər formasında olan araşdırmaçılar göstərilir. Ancaq ani və səbəbi naməlum bir mutantın hücumu nəticəsində araşdırmaçıların hamısı ölər. Etel Karter və həyat yoldaşı Bob Karter evlilik il dönümlərini qeyd etmək üzrə Kleveland, Ohayodan San Diyeqo, Kaliforniyaya hərəkət edərlər. Bu səfərdə karvan içində qızları Brenda, oğulları Bobbi (Den Bird), böyük qızları Linn (Vinessa Shau), Linninin həyat yoldaşı Douq (Aaron Stenford), ikilinin qız körpələri Katherina və "Gözəl" və "Canavar" adlarıyla bilinən Alman çoban itləri var. Ailə üzvləri ən başda bir benzinlikdə fasilə verər. Burada bəzi qəribə hadisələr yaşadıqdan sonra benzinliyin sahibi olan adamdan yolu soruşarlar. Ancaq yola çıxdıqdan bir müddət sonra yolu itirərlər. Üstəlik bir müddət sonra bir mutant, tikanlı bir zənciri yola ataraq təkərlərin partlamasına səbəb olar. Ailədən heçkimsə başda bu mutantın təkərin partlamasına səbəb olduğunu bilməməkdədir.

Ailə üzvləri nə olduğunu anlamaq üzrə dayanan karvandan çıxar. İtlər də ətrafdakı dağlara doğru qaçar. Bobbi, bir müddət sonra itləri axtarmaq üzrə ətrafda gəzişər və "Gözəl" adlı iti orqanları çıxarılmış bir halda tapar. Buradan qaçan Bobbi bir çuxura düşər və huşunu itirər. Ancaq saatlar boyunca orada zərər görmədən dayanar. Axşam olduğunda məlumat yığmaq üzrə bölgədən ayrılan ata Bob, bir çarmıxa gerili olaraq, karvanın bir neçə metr yaxınlığında yanarkən görülər. Bütün ailə üzvləri bura doğru təlaş içində qaçarkən, digər mutantlar karvana girər və oradakılara hücum edərlər. Bir müddət sonra bəzi ailə üzvləri karvana geri dönər və körpə Katerina ilə Brenda xaricindəki bütün qadınlar burada öldürülərlər. Mutantlar həm qəfəsdəki quşların başını qoparıb yeyirlər, həm də körpəni qaçırarlar.

Bütün bu hadisələrdən sonra böyük bir şok yaşayan ailə üzvlərindən yalnız Brenda, Bobbi, Douq və yaşadıqları sonradan aydın olacaq olan körpə Katerina ilə "Canavar" adlı it qalmışdır. Uzun müddətdən sonra mübarizə başlayır. Burada xüsusilə Douqun hərəkət səhnələri və öldürdüyü mutantlar göstərilir. Müxtəlif gərginlikli və şiddət ehtiva edən qanlı səhnələrdən sonra Douq çoxu mutantı öldürür. Buna baxmayaraq hücumlar nəticəsində Douqun əlindəki bəzi barmaqlar baltayla kəsilmişdir və körpəsinin öldürülməsi əmri verilmişdir. Douq başdan sona bəzi yerlərdə görünən Rubi adlı yaxşı ürəkli gənc mutant qızın köməyiylə qızına qovuşar. Burada bir başqa mutantı da yox edər. Lakin bu sırada mutant ayılar və yanındakı tüfəngi istiqamətləndirməyə cürət edər. Ancaq Rubi bu mutantın üzərinə atlayaraq onu uçuruma itələyər. Ancaq bu sırada özü də düşərək ölər.

Filmin sonunda Douq, qucağında qızı Katerina və yanında "Canavar" adlı it ilə karvana geri dönər. Brenda və Bobbi də onları qarşılayırlar. Bu səhnənin ardından filmin sonluğundakı yazılar yazılmağa başlayar.


Tarix: 19.02.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Filimler
loading...