Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mumiya sağdır (film, 1993)

"Nə vaxt ki, səmalar bir-birnə birləşəcəksə, Zot, qisas allahı sevgilisinin qayıdışını gözləyəcək və gecə yarısında peyda olacaqdır" - film bu sözlərlə başlayır və bürclər haqqında danışılır. Varlı olan eksentrik arxeoloq lord Makston (Cek Koen) Misir səhrasında qəbir aşkar edir. Bu qəbir yuxarı Misir rahibi Əzizə (Toni Körtis) məxsusdur. Həmin rahib Allah Zotun qulluqçusu Kiaya (Lesli Hardi) aşiq olur. Bu səbəbdən Zot onu cəzalandırır. Rahib Əziz diri-diri qəbirdə basdırılır. Sevgilisini tapmaq məqsədilə Əzi qəbirdən dirilərək onun axtarışına çıxır. Amma Əziz and içir ki, arxeoloqları öldürəcəkdir. Əziz onları "Qəbirlərin fəlakəti" kimi görür. Bir neçə müddət keçdikdən sonra gözlənilmədən lord Makstonun yanındakı arxeoloqlar ölməyə başlayırlar. Bu müddətdə Mumiya Əziz bir qıza Sandra Barnsa (Lesli Hardi) aşiq olur. Əziz onu sevgilisinin ruhunun Reinkarnasiya edilmiş bədəninə bənzədir. Misir torpağı Sandranı çox maraqlandırır. Onu hansısa bir qüvvə bura çəkir. Sandraya elə gəlir ki, burada nə vaxtsa olub. Sevgilisinin ruhunu diriltmək üçün Əziz Sandranı öldürməlidir. Lakin Sandra özünə gəlir və onu içində məşəl olan yerə itələyir. Əzir yanmağa başlayır. Bu zaman Sandranı Həkim Keri Uilyams və bir neçə nəfər tapırlar. Hər yerdən daş tökülməyə başlayır. Onlar xilas olurlar. Filmin sonunda iki ulduz bir-birinə birləşir və Mumiyanın siması göstərilir.

RollardaAdRol
Toni KörtisƏziz/Həkim Məhəssid
Lesli HardiKia/Sandra Barns
Qreq VranqlerHəkim Keri Uilyams
Cek Koenlord Makston
Məhəmməd BəkriAleksatos
Moşe İvqiƏli
Mosko AlkaleKroll


Tarix: 18.02.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Filimler
loading...