Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarağac küçəsində qarabasma (film, 1984)

Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street 1) – 1980-cı illərin məşhur Qorxulu filmlərindən biridir.Film 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilmişdir.çəkilmişdir.1985-ci ildə Avoriaz Fantastik Film Festivalında tamaşaçılar tərəfindən mükafatlandırılmışdır.

Filmin B filmləri (az büdcəli filmlərə deyilir) kateqoriyasına daxil olmasına baxmayaraq, böyük müvəffəqiyyət qazanmışdır.Filmin büdcəsi 1,8 milyon [1], gəliri isə 25,5 milyon olmuşdur[2]. Bu film tənqidçilər tərəfindən yüksək qarşılandı və onun davamı olaraq bir sıra teleseriallar və qorxu filmləri çəkildi. [3][4]

Bu film qorxu növündə çəkilmişdir. Ayrıca filmin qəhrəmanı Freddi kino tarixində ən çox tanınan pis xarakter oldu. Həm tənqidçilər həm də Ues Kreyven filmin müvəffəqiyyətində sleşer növündə olan (gənclərin psixopat bir ardıcıl qatil tərəfindən qətl edildiyi filmlərə deyilir) və qorxu filmlərinin qızıl çağını başladan Hellouin filminin əhəmiyyətli rol oynadığını ifadə edirdilər.

Filmdə insanların yuxu dəhşətini yaradan qorxunc Freddi Krügerdən danışılır. Freddi insanları yuxuya çəkərək, onlara dəhşətlər çəkdirir, sonra isə onları dəhşətli formada öldürür. Bunu başa düşən Nensi isə onunla mübarizə aparmağa başlayır.

Filmdə Robert Enqlund, Conni Depp, Nik Korri, Con Sekson kimi aktyorlar, Amanda Uiss, Hizer Lancenkamp, Roni Blekli kimi katrisalar iştirak edir.Bu film Conni Deppin çəkildiyi ilk film olmuşdur.Film çəkiləndən sonra bütün film heyətləri, aktyorlar və aktrisalar böyük məşhurluq qazanmışdılar.Filmdə iştirak edən Nik Korri daha çox Hyu qarsiya adı ilə məşhurdur.Mündəricat
1 Seçilmiş sitatlar
2 Məzmun
3 Rollarda
4 Digər rollarda
5 Film heyətləri
6 Maraqlı faktlar
7 Layihənin hazırlanması
8 Filmin hazırlanması
9 Çəkiliş
10 Kadr
11 Freddi üçün şeir
12 Digər dillərdə
13 Ölkələrdə çıxış tarixi
14 Filmin gəliri
15 Saundtrek
16 Mükafatlar və Nominasiyalar
16.1 Mükafatlar
16.2 Nominasiyalar
17 Filmin remeyki
18 Filmin oyun versiyası
19 İstehsal
20 Filmin kəsilmiş hissələri
21 Filmin final variantları
22 Filmin seriyaları
23 İzlə
24 Ədəbiyyat
25 İstinadlar
26 Xarici keçidlər


Seçilmiş sitatlar
Sleep Kills (azərb. Yuxu öldürür)
His name is Freddy. Freddy Krueger (azərb. Onun adı Freddidir)
Whatever you do, don’t fall asleep…or you’ll meet the terrifying Freddy! (azərb. Nə edirsiz edin, lakin yatmayın...yoxsa siz vahiməli Freddi ilə görüşərsiz)
Freddie’s coming! See Freddy… before he sees You! (azərb. Freddi gəlir! Freddini görün ... O görənə kimi)
You can sleep (azərb. Sən yata bilərsən)
The first word in terror from the director of Scream! (azərb. "Qışqırıq" rejisorundan dəhşətli janrın ilk sözü)
You never forget your first Nightmare!… The original chilling masterpiece! (azərb. Sən heç vaxt ilk dəhşətini unutmayacaqsan!... Qorxudan şedevr, hansıki hər şeydən başlayıb)
She is the only one who can stop it… if she fails, no one survives (azərb. O yeganədir ki, onun qarşısını alsın... əgər o müvəffəqiyyətsizliyə uğrayarsa, heç kim sağ qalmayacaq)
If Nancy Doesn’t Wake Up Screaming, She Won’t Wake Up At All (azərb. Əgər Nensi qışqıraraq yuxudan ayılmasa, onda o heç vaxt ayılmayacaq)
Whatever you do, don’t fall asleep…or you’ll meet the terrifying Freddy (azərb. Nə edirsinizsə edin, yatmayın.. yoxsa siz dəhşətli Freddi ilə görüşərsiz)
Come to Freddy (azərb. Freddiyə gəlin)
Kruger! I'm here!Come out and show yourself you, bastard! (azərb. Krüger! Mən buradayam! Çıx və özünü göstər, düşük!)
I'm gonna split you in two! (azərb. Mən ikidə sizi parçalamaq üçün hazırlaşıram!)
Yeah, but you know he's dead, right? (azərb. Bəli, ancaq siz bilirsiniz ki, o ölüdür, düzdür?)
I'm into survival. (azərb. Mən sağ qalmalıyam)
I'll kill you slow! (azərb. Mən sizi yavaş öldürəcəyəm!)
Come on, Freddy. Can't you catch me? (azərb. Gəl Freddi, sən mənə toxunmaq istəmirsən?)
I'm going to split you in two (azərb. Sən iki deyəndə mən səni parçalayacağam)
It's only a dream! (azərb. Bu yalnız yuxudur!)

Məzmun

Freddi Krüger yatmış Nensi Tompsonu müşahidə edir

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Hadisələr Ohayo ştatının Sprinqvud şəhərinin Qarağac küçəsində baş verir. Bu küçədə yaşayan insanlar qorxulu yuxu görürlər. Onlar çirkin üzlü, çirkin şlyapalı və əlində iti ucları olan əlcəkli bir adamın onlara necə yanlarına gələrək görürlər.Yuxuda olan adamların bəziləri sağ qalır, bəziləri isə yuxuda olan zaman ölürlər...

Bıçaqları olan bir əlcək geyən çirkin insan tərəfindən qaranlıq bir alov qazanı dairəsində izlənilməkdədir. Tam tutulduğu zaman Tina qışqıraraq oyanır. Amma Tina bundan əvvəlki gecələrdə də həminki yuxunu görmüşdür. Ertəsi gün məktəb yoldaşı Nensinin də eyni yuxunu gördüyünü öyrənir. Həmin gecə Nensi və məktəb yoldaşı Qlen, Tinanın özünü daha yaxşı hiss etməsi üçün orada qalmağa qərar verərlər. Daha sonra Tinanın ağıldan məktəb yoldaşı Rod onlara qatılır. Rod və Tina birlikdə yataq otağına çəkilirlər. Tina yuxuya getdiyində kabus görməyə başlayır. Yuxuda bu səfər çirkin adam Tinanı tutur və doğramağa başlayır.Tinanın yataqda təpinməsiylə Rod oyanır. Tinanın görünməz bir bıçaq tərəfindən qarınının deşildiyini və tavana doğru süründürüldüyünü görür. Otaqda başqa kimsə olmadığı üçün bunu Rodun etdiyindən şübhələnirlər və sabahısı gün isə Rod polislərdən qaçmağa başlayır. Rod polislərdən qaçsa da, onu Nensinin atası leytenant Donald Tompson həbs edir. Lakin tutulan zaman Rod günahı boynuna almır və deyir ki, otaqda başqa biri də var idi.

Tinanın ölümündə sonra Nensi 3 dəfə dəhşət verici kabus yuxusu görür. Hamısında da Tinaya hücum edən qorxunc adam vardır. Nensi sonuncu dəhşətli yuxusundan sonra Tinanın necə öldürülməsi haqqında Rod ilə danışmaq üçün həbsxanaya gedir. Rod gördüyünü yuxuları və Tina haqqında izah edəndə Nensi kabus yuxularındakı çirkin adamın Tinanı öldürdüyünü anlamağa başlayır.

Nensi Tompson evdə yatan zaman yuxuda çirkin bir adamın Rodun üzərinə necə gəldiyini görür.Nensi yuxudan ayılandan sonra bu barədə Qlenə xəbər verir. Gecə vaxtı Nensi və Qlen Rodun qaldığı həbsxanaya gedirlər.Artıq gec idi. Rod tavandan asılmış halda qalmışdı. Nensidən başqa hamısı, hətta Qlen də Rodun intihar etdiyini düşünürlər. Nensi başa düşür ki, məktəb yoldaşları Tina və Rodu həm Tinanın, həm də Rodun yuxuda gördükləri çirkin adam öldürüb.

Rodun ölümündən sonra Nensinin anası Marc Tompson onu yuxu pozulması üzrə klinikaya aparır.Nensi klinikada yatan zaman yuxuda həminki çirkin adamı görür və onunla mübarizə aparır. Həkimlər Nensini ayıltdıqdan sonra Nensinin çarpayısında bir papaq və Nensinin qolunda bir kəsik peyda olur. Nensi yuxuda mübarizə aparan zaman çirkin adamın başındakı papaq çarpayıya düşmüşdür. Bu hadisədən sonra Nensi bu barədə anası Marca danışır. Nensi anasına bu barədə xəbər verəndə, anasının nədənsə narahat olduğunu başa düşür. "Çirkin adam" adını çəkəndə isə anası Marc "O artıq ölüb" deyərək bundan kifayətlənir. Amma anası Marc bu barədə bildiyi hər şeyi Nensidən saxlaya bilmir.

Məlum olur ki, əvvəllər 20-dən uşağın və insanların yuxuda ölümünə səbəb olan bu çirkin adamın adı Freddi Krügerdir. Məhkəmədə Freddiyə qarşı dəlil olmadığından, sərbəst azadlığa buraxılır. Lakin Freddinin valideynləri onu cəzalandırmaq üçün özləri qərar qəbul edirlər. Onlar Freddini içi alovlu olan qazanın içinə ataraq, öldürürlər.

Nensi bu barədə Qlenə xəbər verir.Onlar birlikdə Freddini öldürmək üçün bir plan qururlar. Lakin Qlen yuxuya gedir və yuxusunda öldürülür. Qlenin ölümündən sonra Nensi başa düşür ki, o yeganə adamdır ki, Freddini qarşısını ala bilər.Nensi Freddi üçün tələ hazırlayıb, onu yuxudan çıxarır. Freddi yuxudan çıxan zaman Nensinin anasını boğmaq istəyir. Nensi və onun atası anasının otağına girən zaman Freddi yox olur. Lakin Freddi Nensinin onun üçün qurduğu hiyləgər tələsinə düşür və Nensi onu yandıraraq öldürür. Bu hadisədən sonra Nensi həmişəki kimi dostları ilə birlikdə məktəbə gedir. Filmin sonu müxtəlif variantlarla bitir.

Xəbərdarlığın sonu.


Tarix: 18.02.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 494 Bölmə: Filimler
loading...