Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təpələr gözlərə malikdir (film, 1977)

Təpələr gözlərə malikdir (ing. The Hills Have Eyes) — 1977-ci ildə Qorxulu filmlər janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir.

Məzmun

Ailə Kaliforniya yolu ilə gedən zaman səhvən yeni model təyyarələrin sınaqdan keçirildiyi yerə düşürlər. Bu yoldan keçmək isə digər insanlara qadağandır. Onlar yol ilə gedən zaman qəzaya uğrayırlar. Amma təhlükə hələ qarşıdadır. Onlar yeni sivilizasiyadan xəbəri olmayan insanlarla qarşılaşacaqlar. Bu isə daha sonra qarabasmaya çevriləcəkdir...

Maraqlı faktlar
Əvvəlcə filmə X reytinqi qoyulur. Bu, əsasən, porno filmlərə verilən reytinqdir. Ues Kreyven bir sıra dəhşətli yerləri kəsir və filmə yumşaq R reytinqi verilir. Filmin orijinal versiyası saxlanılmayıb.


Tarix: 18.02.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Filimler
loading...