Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzaq sahillərdə (film, 1958)

Məzmun
Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmişdir.

Festivallar və mükafatlar
1)1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı
Filmə Diplom verilmişdir.
Bəstəkar Qara Qarayevə filmin musiqisinə görə II Mükafat verilmişdir.

Film haqqında
Film aktyor Nodar Şaşıqoğlunun kinoda ilk işidir.
Film aktyor Hacımurad Yegizarovun kinoda ilk işidir.
Film İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də bu filmdə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İmran Qasımov, Həsən Seyidbəyli
Quruluşçu rejissor : Tofiq Tağızadə
Quruluşçu operator : Əlisəttar Atakişiyev
Quruluşçu rəssam : Cəbrayıl Əzimov, Kamil Nəcəfzadə
Bəstəkar : Qara Qarayev
Səs operatoru : Ağahüseyn Kərimov
Mahnıların mətni : Y. Dolmatovski
Rejissor : Rüfət Şabanov
Operator : Rasim Ocaqov
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru : Sergey Klyuçevski(S. Klyuçevski kimi)
Filmin direktoru : Teymur Hüseynov
Operator assistenti : Tofiq Sultanov
Dirijor : Niyazi

Rollarda

Nodar Şaşıqoğlu- Mehdi (Mixaylo)
Yuri Boqolyubov- Veselin
Aydar Yelikoyeva- Anjelika
Ələsgər Ələkbərov- Ferrero
Lev Bordukov- Karranti
Andrey Fayt- Mazelli
Qriqori Şpigel- Şults
Nikolay Boqolyubov- Tinti
Adil İsgəndərov- Rosselini
Mariya Fiqner- Pepitta
Konstantin Adamov
L. Qruber-Mehdinin oxşarı
Salman Dadaşov- Agent
Lidiya Dranovskaya
Tələt Rəhmanov-Xidmətçi
Konstantin Myakişev-Partizan
Voldemar Zandberq
Anatoli Falkoviç
Boris Çinkin
Sergey Yurtaykin
Yan Yanakiyev
Hacımurad Yegizarov- Partizan
Cavad Həkimli-Partizan (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Hökümə Qurbanova-Anjelika (A. Yelikoyeva) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Veselinin atası (titrlərdə yoxdur)
Ağasadıq Gəraybəyli-Alman zabiti (titrlərdə yoxdur)
Əli Zeynalov-Mehdi (Mixaylo) (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur)


Tarix: 17.02.2013 / 17:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 337 Bölmə: Filimler
loading...