Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tütək səsi (film, 1975)

Məzmun
Kinopovestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.
Filmdə həyat da var, məhəbbət də. Sarsıntı da var, sevinc də.

Festivallar və mükafatlar
1)1976-cı ildə Frunzedə (indiki Bişkək) IX Ümumittifaq kinofestivalı
Ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının Diplom və Prizi verilmişdir.

Film haqqında
Film qrim rəssamı Elbrus Vahidovun kinoda ilk müstəqil işidir.
Film aktyor Ötkəm İsgəndərovun kinoda ilk işidir.
Film yazıçı İsa Hüseynovun "Tütək Səsi" və "Saz" povestlərinin motivləri əsasında ekranlaşdırılmışdır.
Filmdə kənd camaatının tarladan qayıtması səhnəsində 500 nəfər iştirak etmişdir.
Filmdə İsfəndiyar kişinin sazda ifa etdiyi hava "Ruhani"dir. Bu epizod 9 dubla çəkilmişdir. Aktrisa Xalidə Quliyevanın dediklərinə görə İsfəndiyar kişini canlandıran Məmmədrza Şeyxzamanov hər dublda həqiqətən ağlayırmış.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İsa Hüseynov
Quruluşçu rejissor : Rasim Ocaqov
Quruluşçu operator : Teyyub Axundov
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Aqşin Əlizadə
Səs operatoru : Akif Nuriyev
Rejisor : Ramiz Əliyev
Qrim rəssamı : Elbrus Vahidov
Montaj edən : Gülşən Səlimova
Rejissor assistenti : Cəfər Əsədov, Aydın Mahmudbəyov, S. Kaşiyev, E. Muradova
Rəssam assistenti : Fikrət Ələkbərov
Operator assistenti : Rəsul Bayramov(R. Bayramov kimi)
Redaktor : Fərman Kərimzadə
Filmin direktoru : Əli Məmmədov (III)
Kadrarxası mətn : Həsənağa Turabov

Rollarda
Akif Məhərrəmov-Tapdıq
Mixail Volontir-Cəbrayıl
Məmmədrza Şeyxzamanov-İsfəndiyar kişi
Yusif Vəliyev-Qılınc Qurban
Liya Eliava-Sayalı
Səfurə İbrahimova-İsmət
Xalidə Quliyeva(Xalidə Qasımova kimi)-Milli
Şükufə Yusupova-Tutu
Ötkəm İsgəndərov-Nuru
Sadıq Hüseynov-Rza
Süsən Məcidova-Suğra xala
Gümrah Rəhimov-Muxtar
E. Paşayev
Zemfira Sadıqova-Xədicə
K. Rəsulova
Z. Fətəliyeva
A. Rəsulov
Vaqif Mustafayev
İ. Babayev
Muxtar Avşarov
Sədaqət Zülfüqarova-Kənd sakini
Səmayə Musayeva
M. Rəsulzadə
F. Məmmədov
Məmmədsadıq Nuriyev-Səlim
Sadıq Həsənzadə-Zahid
Gəray Əlibəyov
Şamil Süleymanov-Cümrü
Cəvahir Bayramova-Kənd sakini
Şəmsi Şəmsizadə-Tahir

Filmi səsləndirənlər
Rasim Balayev-Nuru (Ötkəm İsgəndərov) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov-Cəbrayıl (Mixail Volantir) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Sayalı (Liya Eliava) (titrlərdə yoxdur)
Ofeliya Sənani-İsmət (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
Səməndər Rzayev-Muxtar (Gümrah Rəhimov) (titrlərdə yoxdur)
Əzizağa Qasımov-Zahid (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Ramiz Məlikov-Tapdıq (Akif Məhərrəmov) (titrlərdə yoxdur)


Tarix: 17.02.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Filimler
loading...