Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sarı gəlin (film, 1998)

Məzmun
Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir(Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim(Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası(Cahangir Novruzov) öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür...
Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır.
"Sarı Gəlin" rəmzi addır. Bizim xalq mahnımız "Sarı Gəlin" ermənilər arasında da geniş yayılmışdır. Bu mahnı ilə müəlliflər demək istəmişlər ki, əsrlərlə qonşu olmuş iki millət daim düşmən qalaraq yaşaya bilməz. Çünki müharibə uzandıqca "Sarı gəlin"lər hələ çox göz yaşı tökəcək.

Festivallar və mükafatlar
1)1999-cu ildə Anapada(Rusiya) Beynəlxalq "Kinoşok" kinofestivalı
Filmə ən yaxşı kinossenariyə görə baş Priz verilmişdir.
2)2000-ci ildə Karlovı-Varıda(Çexiya) Beynəlxalq kinofestival
Filmə az iqtisadi vəsaitlə yüksək səviyyədə vizual poeziyaya nail olduğuna görə Filip Morris Şirkətinin "Azadlıq" Prizi və pul Mükafatı verilmişdir.

Film haqqında
Filmdə Azərbaycan xalq musiqisi "Sarı Gəlin"dən istifadə edilmişdir.
Filmin çəkilişlərinə Daşkəsən rayonu Bayan kəndi sakinləri və Şamaxı rayonu sakinləri köməklik göstərmişlər.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari Müəllifi : Yavər Rzayev
Quruluşçu rejissor : Yavər Rzayev
Quruluşçu operator : Rövşən Quliyev
Bəstəkar : Səyavuş Kərimi
Quruluşçu Rəssam : Rafiq Nəsirov
Səs operatoru : Bəkir Bəkirzadə
Redaktor : Ramiz Rövşən(Ramiz Əliyev kimi)
Musiqi redaktoru : İsmayıl Dadaşov
İcraçı prodüser : Əlfi Şükürov
Məsləhətçi : Məhəmməd Bəydullayev(polkovnik), Qalib İsayev(polkovnik)
Kamançada İfa edən : Habil Əliyev
Çalır : Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl
Solist : Cəmilə Kamal, Səyavuş Kərimi, Hüseynağa Yəhyayev, Elşən Qasımov
Rejissor : Adil İsmayılov (III)
Operator : Sərvər Rəşidoğlu
Rejissor assistenti : Yusif Quliyev(Y. Quliyev kimi), Elşən Zeynalov, Cəbrayıl Rzayev
Operator assistenti : Nizami Səfərov, N. Nağıyev
İnzibatçı : İnessa Safronova, Ədalət Yunusov, Muxtar İbadov
Qrim rəssamı : Berta Roqova
Montaj üzrə assistent : Tamilla Muxtarova, Xuraman Pişiyari
Geyim rəssamı : A. Mahmudova
Əlbəsəçi : G. Hüseynova
İşıq Ustası : S. Əliyev, Akif Rəhimov, Tahir Bağırov(T. Bağırov kimi)
İşıq Tənzimləyicisi : Əminə Cəfərova
Sürücü : Muxtar Əzizbəyov, Oqtay Əliyev (II), Ə. Abdulov, Ə. Bərxudarov
Pirotexnik : Dmitri Kasilov, Əlibala Məmmədov

Rollarda
Hacı İsmayılov-Qədir
Cahangir Novruzov-Artavas
Münəvvər Əliyeva-Sarı gəlin
Ramiz Novruzov-Rasim
Fərman Abdullayev-Samvel
Muxtar Maniyev-Komandir
Muxtar Avşarov
Lətifə Əliyeva-Qədirin arvadı
Eldar Bağırbəyov
Rafiq Qasımov
Yuri Trubin
Muxtar İbadov
Muxtar Əzizbəyov
Ə. Bərxudarov

Filmi səsləndirənlər
Eldəniz Rəsulov-Artavas (Cahangir Novruzov) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Qədirin arvadı (Lətifə Əliyeva) (titrlərdə yoxdur)

Sponsor
"Azərkinovideo" İstehsalat Birliyi

Çəkilişə kömək edənlər
Ağası Məmmədov(Gəncə dəmir yolu idarəsi işçisi)
Şaməddin Orucov(Gəncə dəmir yolu idarəsi işçisi)
Rasim Həsənov (II)(Gəncə dəmir yolu idarəsi işçisi)
Qalib Qəribov(Gəncə dəmir yolu idarəsi işçisi)


Tarix: 16.02.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Filimler
loading...