Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mayak (film, 2012)

Məzmun

Hər şey ayrılıqdan - ərlə arvadın boşanmasından başlayıb. Qadın ikinci dəfə ərə gedib və ögey ata ilə oğulun münasibətləri alınmayıb. Filmdə münasibətlərin bu bucağını qabardılmır, heç buna ehtiyac da yoxdur. Akifin narkomaniyaya qurşanması özü hər şeyi deyir və bu fakt həm də ananın övladı ilə yetərincə maraqlana bilməməsindən, onun düzgün tərbiyə etmək imkanının olmamasından xəbər verir.

Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə - Ənsariyə müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Ənsarini hərəkət etməyə sövq edən qüvvə, bəlkə də, oğlu Akifə sevgidən daha çox günah hissidir: vaxtında yanında olsaydı, onu öz sevgisi ilə əhatə eləyə bilsəydi, Akifi "ağ ölümün" cəngindən ala bilərdi. Bəli, zaman buraxılıb, amma Ənsari öz sərt üsullarının işə yarayacağını düşünür və hesab edir ki, bu üsullar həkim müalicəsindən də effektli ola bilər. Amma insanlardan aralı düşən, kimsəsiz adada tənha həyat tərzi keçirən general reallıq hissini unudub. O, öz "müalicəsi" zamanı ən əsas məqamı yaddan çıxarır - sağalmaq üçün Akif özü bunu istəməlidir.

Cəmi 28 dəqiqəyə sığışdırılan ekran əsərində aktual problemlər qoyulur. Konfliktli vəziyyət, çətin xarakterlərli insanların mübarizəsi ata-oğul xətti ilə inkişaf edir. Akifin atasına münasibəti film boyu yalnız bir ironiya ilə - ona tez-tez "general" deyə müraciət etməsilə müşayiət olunur və tamaşaçı istər-istəməz düşünür: ağırçəkili general titulu belə heç nədən sığortalamır, hərb qanunlarından yaxşı baş çıxaran adam da həyatın labirintlərində aza bilər.

Ümumiyyətlə, filmdə dialoq azdır, hər şeyi görüntü – vizual mənzərə, daha çox mimika və jestlərda ifadə olunan aktyor oyunu deyir. Artıq sözə, uzun-uzadı söhbətlərə ehtiyac qalmır.

Film haqqında
Film Fariz Əhmədovun diplom işidir.
Film Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran-2011" müsabiqəsinin qalib kinolayihələrindən biridir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Esmira Əyyub
Quruluşçu rejissor : Fariz Əhmədov
Quruluşçu operator : Nizami Abbas
Sualtı çəkilişlər : Yuri Varnovski
Quruluşçu rəssam : İbrahim Əminov
Bəstəkar : Rauf Əliyev
Montaj rejissoru : Rövşən Vaqifoğlu
Səs rejissoru : Rasim Mehdiyev (RaMZeS)
Qrim : Polina Tkoçenko
Fotoqraf : Kseniya Diodorova
Rejissor assistentləri : Niyazi Hüseynli, Cəbrayıl Ələsgərov
Operator assistenti : İsmayıl Qasımov
İşıq : Fuad Nuriyev
Sürücülər : Emil Orucov, Zaur Kərimov
Mühasib : Gülçin Mirzəliyeva
Layn prodüser : Yusif Quliyev
Kreativ prodüser : Cəmil Quliyev
Prodüserlər : Rəşad Qasımov, Rasim Salmanov

Rollarda
Məmməd Səfa – Ənsari
Ərtoğrul Kamalov – Akif
Gülzar Qurbanova – Akifin anası
Elşən Rüstəmov
Elçin Əlizadə
Polina Tkoçenko
Rəhim Haşımov
Fuad Nuriyev

Sponsor
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar
Azərbaycan Dövlət Film Fondu
Azərbaycan Televiziyası
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası
"Yurdfilm" kinostudiyası
"Rakord" Prodakşn

Çəkilişə kömək edənlər
Elxan Cəfərov
Şahin Həsənov
Məzahir Haşımov
Vüqar Həmidov
Aydın Gözəlov
Ceyhun Məcidov
Nəsir Seyfullayev
Seyran Mahmudoğlu
Fehruz Şamıyev
Yalçın Verdiyev
Olqa Şabanova
Viktor Naletov
Sergey Novik
Vasili Şerbakov
Şahin Qalabəyov


Tarix: 15.02.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Filimler
loading...