Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qanlı zəmi (film, 1985)

Məzmun
XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi(Həsənağa Turabov) başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər(Mömünat Qurbanova) də əri ilə birgə həmin dəstədə vuruşurdu.
Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır.

Film haqqında
Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar. Səbəb olaraq Qaçaq Nəbinin vaxtilə ermənilərə divan tutmasını göstərmişdilər. Lakin onlar Qaçaq Nəbiylə başqa bir qəhrəman olan Qara Nəbini qarışdırmışdılar. Uzun çək çevirdən sonra ermənilər məqsədlərinə çata bilmədilər. Yalnız filmin adının dəyişdirilməsinə nail ola bildilər. İstehsalı uzun çəksə də nəhayət 1985-ci ildə film çəkildi və çox böyük uğurla nümayiş etdirildi.
Film 1-ci kateqoriyaya layiq görülüb.

Festivallar və mükafatlar
1)1986-cı ildə
Ssenari müəllifi Əhmədağa Qurbanova, quruluşçu rejissorlar Əbdül Mahmudov və Həsənağa Turabova, quruluşçu operator Kənan Məmmədova, quruluşçu rəssam Kamil Nəcəfzadəyə, geyim rəssamı Kazım Kazımzadəyə, bəstəkar Emin Sabitoğluna, aktyor Gümrah Rəhimova və aktyor Rasim Balayevə Azərbaycan Dövlət Mükafatı verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Süleyman Rüstəm, Əhmədağa Muğanlı
Quruluşçu rejissor : Əbdül Mahmudov, Həsənağa Turabov
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Əsəd Əsədov
Mahnıların Mətni : Eyvaz Borçalı
Mahnı İfa edən : Niyaməddin Musayev
Rejissor : Tofiq Məmmədov
Operator : Nemət Rzayev
Geyim rəssamı : Kazım Kazımzadə
Qrim rəssamı : Elbrus Vahidov
Montaj edən : V. Vasilyeva
Rejissor assistenti : Nadir Əzməmmədov, Elman Şeydayev
Operator assistenti : K. Pastuşkov
Rəssam assistenti : T. Hüseynov, M. Səlimova
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
İşıq Ustası : Tahir Bağırov
Trük Səhnələrinin Quraşdırıcısı : M. Bobrov
Kaskadyor : V. Romanov, N. Stepanov, A. Xodyuşin, N. Pavlyuk, Q. Makoyev, A. Pokramoviç, E. Sokolova
Məsləhətçi : M. İsmayılov (tarix elmləri doktoru)
Redaktor : Toğrul Cuvarlı
Çalır : Ümumittifaq Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : A. Petuxov
Filmin direktoru : Davud Zöhrabov
İşıqçı : Malik Nəsirov(titrlərdə yoxdur)

Rollarda



Həsənağa Turabov-Nəbi
Mömünat Qurbanova-Həcər
Gümrah Rəhimov-Tunc Vəli
Ənvər Həsənov-Sirac
Ömür Nağıyev-Kalış
Eldəniz Quliyev-Mirzə
Rasim Balayev-Səlim bəy
Ramiz Əzizbəyli-Koxa
Şahmar Ələkbərov-İbiş
Zilli Namazov
Kazım Abdullayev-Qurd Kərim
Təvəkkül İsmayılov-Qaçaq
Nizami Musayev
Vəliəhd Vəliyev-Pristav İvan Petroviç
Olqa Bityukova-Həkim
Muxtar Maniyev-Qubernator
Nikolay Barmin
Məmmədrza Şeyxzamanov-Kəndli qoca
Leyla Bədirbəyli-Kəndli qarı
Əhməd Əhmədov
Firəngiz Mütəllimova-Səlminaz
Tofiq Tağızadə-Şikayətçi kəndli
Dadaş Kazımov-Şikayətçi kəndli
İsi Məlikzadə-Tacir
Ceyhun Mirzəyev-Tacir
İ. Əhmədov
Muxtar Avşarov-İranlı zabiti
Əliqulu Səmədov-İran zabiti
Həsən Əbluc-Kəndxuda
Məmmədkamal Kazımov-Kəndli
Sadıq Hüseynov-Kəndli
Gəray Əlibəyov (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Həsən Məmmədov-Qubernator (Muxtar Maniyev) (titrlərdə yoxdur)
Əliağa Ağayev-Tacir (İsi Məlikzadə) (titrlərdə yoxdur)
Muxtar Maniyev-Tacir (titrlərdə yoxdur)
Rafiq Əzimov-Tacir (titrlərdə yoxdur)
Səməndər Rzayev-Araba sürən (titrlərdə yoxdur)
Hamlet Xanızadə-General (titrlərdə yoxdur)
Yaşar Nuri-Dustaqxana gözətçisi (titrlərdə yoxdur)
Kamal Xudaverdiyev-Tunc Vəli (Gümrah Rəhimov) (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 557 Bölmə: Filimler
loading...