Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaladan tapılan mücrü (film, 1982)

Məzmun
Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost-Mənsur(Kamran Şahmərdanov) və Ənvər(Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçəri şəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər.
Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir.

Festivallar və mükafatlar
1)1983-cü ildə
Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir.

Film haqqında
Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir.
1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Svetlana Qasımova, Semyon Listov
Quruluşçu rejissor : Gülbəniz Əzimzadə
Quruluşçu operator : Ələkbər Muradov, Valeri Kərimov
Quruluşçu rəssam : Arif Əbdürrəhmanov
Bəstəkar : Rauf Əliyev
Səs operatoru : Akif Nuriyev
Rejissor : Rafiq Dadaşov
Operator : Ramiz Rzayev
Geyim rəssamı : Nailə Cəfərova
Qrim rəssamı : Berta Roqova
Montaj edən : Lidiya Vyalsova
İşıq Ustası : K. Orucov
Rejissor assistenti : A. Əliyev, Ş. Əliyev
Operator assistenti : V. Romanov
Rəssam assistenti : Y. Aqaronova, R. Paşazadə
Quraşdırılmış səhnələrin operatoru : A. Hüseynov
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Sualtı Çəkilişlərin Rəhbəri : Vladimir Karpiçev
Sualtı Çəkilişlərin Operatoru : Q. Zelenin
Sualtı Çəkilişlərin Fotoqraf-Rəssamı : Tofiq Kərimov
Kaskadyor : A. Roşevoy, U. Veyspal, S. Qriqoryev
Kaskadyor Qrupunun Rəhbəri : A. Filatov
Məsləhətçi : Y. Kərimov (daxili xidmətlər polkovniki), K. Kərimov (Azərbaycan elmlər akademiyasının müxbir üzvü)
Redaktor : Ədhəm Qulubəyov
Dirijor : Yuri Serebryakov
Filmin direktoru : Rimma Abdullayeva

Rollarda
Kamran Şahmərdanov-Mənsur
Ülvi Səfərov-Ənvər
Samirə Qarayeva-Nərgiz
Mikayıl Kərimov-Kapitan İsrafilov
İbrahim Əliyev-Həsən Həmzəyev
Həsənağa Turabov-"Qəyyum"
Rahib Səfərəliyev-Velosiped sürən
Ağaəli Əliyev-Lütfi
Rüxsarə Ağayeva-Aişə xala
Fərqanə Quliyeva-Qaraçı qız
Tofiq Tağızadə-Professor
Fəxrəddin Manafov-Nuriyev
V. Vəzirova
R. Yaqubov
Sona Mikayılova
Kazım Abdullayev-Ata
Şükufə Yusupova-Qonşu
Q. Quliyeva
Oqtay Mirqasımov
A. Əliyev
Ağahüseyn Kərimov-Zərgər
R. Əliyev
Vladimir Yuryev
Kamran Cəlalov
A. Ağababayev
Ç. Mehdiyev
Q. Mehdiyev


Tarix: 15.02.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 366 Bölmə: Filimler
loading...