Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəndim+nizə qayıdın!? (film, 2007)

Məzmun
Filmdə hadisələr can üstdə olan Ziyadхan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, хüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naхələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadхan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaхşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaхşı tanıdığına ünvanlanan uğurlu ştriхdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadхan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlхalq siyasi atmacalardan хəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorхub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov (II)) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çoх incə mətləbləri açıq ifadə edir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Şahin Nəcəfov
Quruluşçu rejissor : İzzət Əzizov
Quruluşçu operator : İzzət Əzizov
Quruluşçu rəssam : Sevda Məmmədova
Rejissor : Elşən Heydərov
Bəstəkar : Erkin Məmmədov
Səs rejissoru : Mahmud Əhmədov
Operator : İlkin Umudov
Montaj edən : Tərlan Ələkbərzadə
Rejissor assistenti : Cəmilə Məmmədova (II), Qurban Həsənov
İnzibatçı : Manaf Manafov
İşıq üzrə Rəssam : Adil İslamzadə
Qrim rəssamı : Mələk Əmirova
Mahnı İfa edən : Aynur Dadaşova, Rüfət Axundov
Prodüser : Ramiz Sərkərov, Əfqan Yusifov
Filmin direktoru : Ramiz İsrafilov

Rollarda
Rauf Şahsuvarov-Ziyadxan
Brilliant Babayeva-Gülnisə
İqrar Salamov-Faxoş
Elməddin Cəfərov-Xuduş
Azər Axşam-Nuruş
Mehdi Mehdizadə-Ziriş
Aynur Dadaşova-Məryəm
Elvin Hacıyev-Qeyrətdin
Elman Rəfiyev-Maykl
Fatma Mahmudova-Bəsti
Rəhman Rəhmanov-Molla Məmiş
Şükufə Musayeva-Nargilə
İntiqam Soltan-Sürücü Duman
Ramiz Sərkərov-Fərzəli
Ülviyyə Əliyeva-Yetər
Xanlar Həşimzadə-Doktor Talıb
Natiq Fərzəliyev-Vəli
Elnur Hüseynov (II)-Gopçu Musa
İlhamə Əhmədova-Tibb bacısı
Sima Şabanova-Tərcüməçi
İlham Musayev-PPX Əmrah
Sergey Qədirov-Xəzinədar
Rəhilə Pirimova-Qonşu
Rəvanə Məmmədova-Qonşu
Pərviz İsmayılov (II)-Reket

Çəkilişə köməklik edən qurumlar
Zaqatala Rayonu İcra Hakimiyyəti
"M. Trans" Şirkəti

Çəkilişə kömək edənlər
Asif Əsgərov
Yusif Cankayev (Car kənd sakini)
Tahir Abdullayev (Car kənd sakini)
Mübariz Abbasov
Nurəddin İsmayılov


Tarix: 15.02.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 327 Bölmə: Filimler
loading...