Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşgüzar səfər (film, 1982)

Məzmun
Kənddə yaşayan Ənvər(Fəxrəddin Manafov) şəhəri və şəhərliləri sevmirdi. O, heç özü də dəqiq deyə bilməz ki, bir dəfə onu Bakıya hansı qüvvə çəkib aparıb: atasının xatirəsi, yoxsa oğlunu axtarıb tapmasını xahiş edən həmkəndlisi Firuzə xalanın(Sidiqqə Heydərova) sözləri?.. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla(Rəsmi Cəbrayılov) görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma(Svetlana Rodina) adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır.
Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir.

Film haqqında
Film aktyor Fəxrəddin Manafovun kinoda ilk işidir.
Film aktrisa Sidiqqə Heydərovanın kinoda ilk işidir.
Film Rüstəm İbrahimbəyovun "İşgüzar Səfər" povesti əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rasim İsmayılov
Quruluşçu operator : Hüseyn Mehdiyev
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Polad Bülbüloğlu
Səs operatoru : Akif Nuriyev
Rejissor : Elmira Əliyeva
Geyim rəssamı : Arif Məhərrəmov
Qrim rəssamı : A. Rzazadə
Operator : Rövşən Quliyev
İşıq Ustası : Məhəmməd Hacıyev
Montaj edən : Nisə Hacıyeva
Rejissor assistenti : Mirzəbala Məlikov, Rövşən Həsənov, Aydın Mahmudbəyov
Operator assistenti : R. Quliyev
Rəssam assistenti : Abdulla Əmiraslanov, Y. Kirşner
Montaj üzrə assistent : S. Qədimova
Quraşdırılmış səhnələrin operatoru : Rafiq Kərimov
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və "Melodiya" İnstrumental Ansamblı
Redaktor : Toğrul Cuvarlı
Filmin direktoru : Akif Musayev, Nadir Əliyev
Musiqilərindən İstifadə edilən Bəstəkar : Tomazo Albinoni, Tofiq Bakıxanov, Səid Rüstəmov

Rollarda
Fəxrəddin Manafov- Ənvər
Rəsmi Cəbrayılov- Bayramov
Svetlana Rodina- Toma
Fikrət Məmmədov- Həmid
Hacı İsmayılov- Oqtay
Hicran Mehbalıyeva-Ramizin arvadı
Məbud Məhərrəmov-Ramiz
Süleyman Ələsgərov (II)-Qoca
S. Aslanova
Sidiqqə Heydərova-Firuzə xala
Bahadur Əliyev-Kənd sakini
Mayak Kərimov-Kənd sakini
Bəxtiyar Xanızadə-Kənd sakini
Cahangir Aslanoğlu-Surət Rzayeviç
Rafiq Əliyev (II)-Rafiq
F.Hüseynov-Qonşu
Zemfira İsmayılova-Roza
Tələt Rəhmanov-Dəfndəki adam
Gündüz Abbasov-Dəfndəki adam
D. Boqdanov
Aydın Mahmudbəyov
Toğrul Cuvarlı
Q. Muradova
Zemfira Sadıqova- Gülsüm

Filmi səsləndirənlər
Nəcibə Hüseynova-Ramizin arvadı (Hicran Mehbalıyeva) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Həmid (Fikrət Məmmədov) (titrlərdə yoxdur)
Həsən Məmmədov-Bayramov (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Surət Rzayeviç (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur)
Həsənağa Turabov-Dəfndəki adam (titrlərdə yoxdur)


Tarix: 15.02.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Filimler
loading...