Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firəngiz (film, 1975)

Məzmun
Süjetin əsasını məsul vəzifədə çalışan qadının-Firəngizin(Vəfa Fətullayeva) ailəsinə münasibəti, kütlələrlə qarşılıqlı əlaqəsi təşkil edir.
Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın(Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. O, çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa edilməsinə nail olur. Firəngiz xanım səmimi münasibəti, mehribanlığı, ədalətli olması ilə hamının rəğbətini qazanır.

Film haqqında
Film yazıçı Bayram Bayramovun "Sərinlik" povestinin motivləri əsasında çəkilmişdir.
Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 1-ci kateqoriyaya layiq görülüb.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Bayram Bayramov
Quruluşçu rejissor : Əbdül Mahmudov, Ənvər Əbluc
Quruluşçu operator : Fəraməz Məmmədov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Fikrət Əmirov
Səs operatoru : Əsəd Əsədov
Qrim rəssamı : Elbrus Vahidov
Operator : Amin Novruzov

Rollarda
Vəfa Fətullayeva-Firəngiz
Rasim Balayev-Murad
Şahmar Ələkbərov-Feyzi
Bahadur Əliyev-Davud
Sadıq Həsənzadə-Musa
Muxtar Maniyev-Elxan
Sədayə Mustafayeva-Məsmə
Ötkəm İsgəndərov-Alxas
Hökümə Qasımova-Musanın arvadı
Məmməd Bürcəliyev-Sürücü
Gümrah Rəhimov


Tarix: 14.02.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 347 Bölmə: Filimler
loading...