Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev (film, 2007)

Məzmun
Filmin işsiz qəhrəmanı(Rasim Cəfərov) Novruz bayramı ərəfəsində dostundan satmaq üçün 1000 ədəd səməni sifarişi alır. Qəhrəman sifarişi öz evində yerinə yetirir və xanım qəhrəmanla(Təranə Əliyeva]) sevgi münasibətləri inkişaf etdikcə buğdalar da cücərməyə başlayır. Köhnə ata evi birdən-birə səmənilərlə dolu məkana çevrilir. Oğlanla qızın münasibətləri də bu səmənilərin fonunda inkişaf edir.
Film yeni və köhnə dəyərlərin, idealist və praqmatik təfəkkürün ziddiyyətlərindən bəhs edir. Göydələnlərin mühasirəsinə düşmüş yeganə köhnə evin sahibi - filmin qəhrəmanı dilemma qarşısında qalıb. O, ya öz evini satmalıdır, ya da ata evini qoruyaraq ehtiyac içində yaşamalıdır. Filmdə ev bazar dəyərlərinə müxalif olan bəşəri-mənəvi dəyərlərin simvolu kimi götürülüb.

Festivallar və mükafatlar
1)2007-ci ildə Romada(İtaliya) Aziatika Film Mediale Festivalı
Filmə tamaşaçı simpatiyası Mükafatı verilmişdir.
2)2007-ci ildə Bakıda Beynəlxalq Audiovizual Festival
Əli İsa Cabbarov ən yaxşı prodüser seçilmişdir.
3)2008-ci ildə Gibarada(Kuba) "İnterneyşnl Festival del Sine Pobre"
Kinolentə ən yaxşı qısametrajlı film Mükafatı verilmişdir.
Filmə "Qəddar münasibəti insan hekayəsinə çevirmək bacarığı" Mükafatı verilmişdir.

Film haqqında
Filmin layihəsi 2006-cı ildə "Yeni əsr. Yeni Gənclər. Yeni baxış" layihə müsabiqəsinin 3 qalibindən biri olmuşdur.
Çəkilişlər Bakıda aparılıb, 11 günə yekunlaşmışdır.
Filmin texniki təchizatı Butafilm kinoşirkətinə aiddir.
Film fransız telekanalı "Kanal+" tərəfindən alınıb və sözügedən kanalda iki il yayımlanacaq.
Dövlət filmə 30 min manat pul ayırmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər
Quruluşçu rejissor : Asif Rüstəmov
Ssenari müəllifi : Ramiz Fətəliyev, Asif Rüstəmov
Quruluşçu operator : Adil Abbas
Quruluşçu rəssam : Rafiq Nəsirov, Rafiz İsmayılov
Geyim rəssamı : Şahin Həsənli
Bəstəkar : Xəyyam Mirzəzadə
Prodüser: Əli İsa Cabbarov, Aynur Mustafayeva
Rejissor : Çingiz Həsənov

Rollarda
Rasim Cəfərov
Təranə Əliyeva


Tarix: 13.02.2013 / 21:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 541 Bölmə: Filimler
loading...