Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burulğan (film, 1986)

Məzmun
Bir neçə gənc: Murad(Məmməd Məmmədov), Ruslan(Eldar Tağıyev), Nata(Eqle Qabrenayte) və Tamara(Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil(Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir...
Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Eldar Quliyev, Ramiz Fətəliyev
Quruluşçu rejissor : Eldar Quliyev
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Müslüm Maqomayev
Səs operatoru : Marat İsgəndərov
Rejissor : Akif Rüstəmov
Operator : İsrafil Ağazadə(İsrafil Ağayev kimi)
Montaj edən : Tahirə Babayeva
Geyim rəssamı : Tatyana Əmirova
Dekor rəssamı : Asif Məmmədov
Qrim rəssamı : V. Arapov
Rejissor assistenti : Süleyman Əhmədov, A. Əliyev, Fərid Hümbətov
Operator assistenti : V. Romanov
Quraşdırılmış səhnələrin operatoru : Yuri Varnovski
Sualtı Çəkilişlərin Operatoru : Yuri Varnovski
İnzibatçı : Ədalət Yunusov, Həsən Tağıyev
Redaktor : D. Tahirova
Çalır : Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri
Filmin direktoru : Tələt Rəhmanov

Rollarda
Məmməd Məmmədov-Murad
Eqle Qabrenayte-Nata
Eldar Tağıyev-Ruslan
Həmidə Ömərova-Tamara
Vidadi Həsənov-Adil
Əminə Yusifqızı-Katibə
Ofeliya Məmmədzadə-Ana

Filmi səsləndirənlər
Nuriyyə Əhmədova-Katibə (Əminə Yusifqızı) (titrlərdə yoxdur)
Rasim Balayev-Murad (Məmməd Məmmədov) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Ana (Ofeliya Məmmədzadə) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Adil (Vidadi Həsənov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Nata (Eqle Qabrenayte) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Ruslan (Eldar Tağıyev) (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Televizorda şeir deyən (titrlərdə yoxdur)


Tarix: 12.02.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 353 Bölmə: Filimler
loading...