Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir ailəlik bağ evi (film, 1978)

Məzmun
Ana(Firəngiz Şərifova) ilə ata(Süleyman Ələsgərov (II)) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar(İqor Kvaşa) ana ilə atanı başa düşür... O, ananın arzusuna şərik çıxır və inanır ki, dağınıq ailə üzvlərini bağ evi bir yerə toplaya bilər.

Film haqqında
Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum Üzərində Ev" pyesinin motivləri üzrə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Yuli Qusman
Quruluşçu operator : Valeri Kərimov
Quruluşçu rəssam : Firəngiz Qurbanova
Bəstəkar : Xəyyam Mirzəzadə, Rafiq Babayev
Rejissor : Elmira Əliyeva
Səs operatoru : Nataliya Nuriyeva
Geyim rəssamı : Afət Məmmədova
Qrim rəssamı : Berta Roqova
Montaj edən : Rəfiqə İbrahimova(R. İbrahimova kimi)
Operator : Rəsul Bayramov(R. Bayramov kimi), V. Romanov
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Rejissor assistenti : Teyyub Məmmədov
Operator assistenti : Aydın Mustafayev
Rəssam assistenti : Tamilla Dağıstanlı
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri və "Melodiya" Firmasının İnstrumental Ansamblı
Dirijor : D. Ştilman
Redaktor : Nadejda İsmayılova
Filmin direktoru : Akif Musayev, Nadir Əliyev

Rollarda
İqor Kvaşa- Eldar
Firəngiz Şərifova- Ana
Larisa Xələfova- Validə
Süleyman Ələsgərov (II)- Ata
Rasim Balayev- Alik
Sergey Yurski- Direktor
Yusif Yulduz- Ağamehdi
Hamlet Qurbanov- Qulam
Muxtar Maniyev-Balıqçı
Q. İsmayılov
N. Qasımova
A. Məmmədzadə
A. Nuriyev
R. Bəqdəlov
F. Babayev
Rəşid Mahmudzadə
Rafiq Əliyev (II)-Laboratoriya işçisi
Xalidə Quliyeva(Xalidə Qasımova kimi)-Laboratoriya işçisi
Şəmsi Şəmsizadə

Filmi səsləndirənlər
Hüseynağa Sadıqov-Ağamehdi (Yusif Yulduz) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov-Eldar (İqor Kvaşa) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Direktor (Sergey Yurski) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Validə (Larisa Xələfova) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Eldarın bacısı (titrlərdə yoxdur)


Tarix: 11.02.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 376 Bölmə: Filimler
loading...