Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)

Məzmun
Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət Əfsanəsi" baletindən bəhs edir. Bəstəkar baletin yaranma tarixindən, onun nəinki bizim respublikamızda, həm də keçmiş SSRİ-nin ən iri teatrlarında, o cümlədən SSRİ Böyük Teatrında, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında, bir çox xarici ölkə teatrlarında tamaşaya qoyulması barədə danışır. Film bu sözlərlə qurtarır: "Mən "Əfsanə"nin bəstəkarıyam və hər yeni premyera mənə yeni əsərlər yazmağa impuls verir".

Film haqqında
Filmdə SSRİ Mərkəzi Dövlət Kino-foto Sənədlər Arxivinin, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrı muzeyinin, A.Məlikovun, Y.Qriqoroviçin, L.Bolotinin şəxsi arxiv sənədlərindən istifadə olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Nadejda İsmayılova
Rejissor : Böyükağa Məmmədov (II)
Operator : Adil Abbas(Adil Abbasov kimi)
???? : Ruhəngiz Qasımova
Səs operatoru : İsgəndər Kərimov


Tarix: 09.02.2013 / 14:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Filimler
loading...