Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kino "10-luq"ları

Bütün zamanların ən çox izlənilənlər silsiləsindən “Karib Dənizinin Quldurları” filminin növbəti bölümü də prodüserlərin üzünü güldürüb.

Rob Marşalın quruluş verdiyi “Karib Dənizinin Quldurları: — Sirli Dənizlərdə” dünya səviyyəsində 956 milyon dollar gəlir əldə edərək “ən çox qazanan 10 film” siyahısına düşüb.

Cohnni Deppin baş rolu oynadığı silsilənin əvvəlki iki filmi də ilk onluqda var idi.

Bütün zamanların ən çox gəlir gətirən 10 filmi bunlardır:

1- “Avatar” — 2,781,505,847 dollar
2- “Titanic” — 1,835,300,000 dollar
3- “The Lord of the Rings: The Return of the King” (“Üzüklərin əfəndisi: Kralın qayıdışı”)- 1,119,102,868 dollar
4 “Pirates of the Caribbean: Dead Man's Chest” (“Karib Dənizinin Quldurları: Ölü adamın sandığı”) — 1,065,896,541 dollar
5- “Toy Story -3” (“Oyuncaq hekayəsi 3”) — 1,062,984,497 dollar
6- “Alice in Wonderland” (“Alisia Möcüzələr Diyarında”) — 1,023,285,206 dollar
7- “The Dark Knight” (“Qara Cəngavər”) — 1,001,921,825 dollar
8- “Harry Potter and the Sorcerer's Stone” (“Harri Poter və Fəlsəfə Daşı”) — 968,657,891 dollar
9- “Pirates of the Caribbean: At World's End” (“Karib Dənizinin Quldurları: Dünyanın Sonu”) — 958,404,152 dollar
10- “Pirates of the Caribbean: On Stranger Tides” (“Karib Dənizinin Quldurları: — Sirli Dənizlərdə”) — 956,237,000 dollar

Başqa iddiaya görə isə gəlir göstəricilərinə görə statistika aparmaq doğru deyil, çünki bir çox hallarda bu rəqəmlər həqiqəti nümayiş etdirmir. Kassa hasilatı və ümumi satış qabardılarkən billet satışlarına önəm verilmir. Yəni billet satışlarındakı artım nəzərə alınmır. Əgər nəzərə alınsa, siyahı belə olardı:

Ən çox bilet satan filmlər:

1 – “Külək Kimi Keçdi” — (1939) 202,044,600 bilet
2 – “Ulduz Döyüşləri” — (1977) 178,119, 600 bilet
3 – “The Sound of Music” (Musiqinin səsi) — (1965) 142,415,400 bilet
4 — E. T (“The Extra-Terrestrial” – “Ekstra yer”) — (1982) 141,854, 300 bilet
5 — 10 Əmr — (1956) 131,000, 000 bilet
6 — Titanic — (1997) 128,345, 900 bilet
7 — Jaws (tərcüməsi “çənə” olsa da, dünyada “Dənizin Dişləri” kimi qəbul edilir) — (1975) 128,078, 800 bilet
8 — Doctor Zhivago (“Doktor Jivaqo”) — (1965) 124,135, 500 bilet
9 — Şeytan — (1973) 110,568, 700
10- Pambıq Şahzadə və Yeddi Cücə — (1937) 109,000,000 bilet

İngiliz film dərgisi «Empire» isə dünya kino tarixinin ən pis 10 filmini təqdim edib. Siyahıya Amerikalı aktyor Corc Kulininin baş rolda oynadığı «Batman ve Robin» filmi başçılıq edir. O, Alisiya Silverstoun və Arnold Şvarseneqerin oynadığı, Con Travoltanın fantastik macəra filmi «Battlefield Earth»dən 3 dəfə çox səs alaraq birinci olub.

Dünyanın ən pis 10 filmi bunlardır:

1. «Batman ve Robin» (1997)
2. «Battaglia per la Terra (Savaşçı)» (2000) John Travolta, Forest Whitaker
3. «Love guru (Sevgi ustadı)» (2008)
4. «Raise the Titanic» (Titaniki qaldırın) (1980)
5. «Epic movie (Əfsanəvi Bir Film)» (2007)
6. «Heaven's gate (Cənnətin Qapısı)» (1980)
7. «Sex lives of the potato men» (“Kartof satan kişilərin seks həyatı”) (2004)
8. «The happening (Mistik Hadisə)» (2008)
9. «Highlander 2: The Quickening (Şotlandiyalı-2)» (1991)
10. «The room (Otaq)» (2003)


Tarix: 28.11.2014 / 11:35 Müəllif: Aziza Baxılıb: 215 Bölmə: Filimler
loading...