Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı – Eyyub Yaqubov

Bakı göz dəyməsin, gözəlsən yaman,
Adına bağlıdır zəfərim mənim.
Bakı göz dəyməsin, gözəlsən yaman,
Adına bağlıdır zəfərim mənim.
Mahnılar qoşuram bu cəlalına,
Keçmişində qalıb kədərim mənim.
Mahnılar qoşuram bu cəlalına,
Keçmişində qalıb kədərim mənim.

Gündüzün kimidir gecələrin də,
Ayaq izlərim var küçələrində.
Gündüzün kimidir gecələrin də,
Ayaq izlərim var küçələrində.
Olsam da dünyanın mən hər yerində,
Sənsiz açılmayır səhərim mənim.
Olsam da dünyanın mən hər yerində,
Sənsiz açılmayır səhərim mənim.

Nəqarət:
Şerimsən, mahnımsan, sözümsən, Bakı,
Mənim uzaq görən gözümsən, Bakı.
Canım ciyərimsən, özümsən, Bakı,
Sayıq keşikçindir nəzərim mənim.
Öz mavi aynamdır Xəzərim mənim,
Öz mavi aynamdır Xəzərim mənim.

Günləri zəhmətlə vuraraq başa,
Mən sənin qoynunda dolmuşam yaşa.
Günləri zəhmətlə vuraraq başa,
Mən sənin qoynunda dolmuşam yaşa.
Hüsnünü göstərən dosta-tanışa,
Öz mavi aynamdır Xəzərim mənim.
Hüsnünü göstərən dosta-tanışa,
Öz mavi aynamdır Xəzərim mənim.

Gündüzün kimidir gecələrin də,
Ayaq izlərim var küçələrində.
Gündüzün kimidir gecələrin də,
Ayaq izlərim var küçələrində.
Olsam da dünyanın mən hər yerində,
Sənsiz açılmayır səhərim mənim.
Olsam da dünyanın mən hər yerində,
Sənsiz açılmayır səhərim mənim.


Tarix: 22.01.2015 / 18:08 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Eyyub Yaqubov
loading...