Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Strabon ermənilər haqqında

Strabon ermənilərin özgə torpaqlarını ələ keçirmək meylini hələ o vaxt görmüş və öz kitabında yazmışdır: "Əvvəllər kiçik bir ölkə olmuş Ermənistan Artaksiya və Zariadriya müharibələri nəticəsində böyümüşdür. Onlar əvvəlcə Böyük Antioxun sərkərdələri olmuş, o məğlub olandan sonra isə çar olmuşdular (bunlardan birincisi Sofena, Akisena, Odomantida və bəzi başqa vilayətlərin çarı, sonuncusu isə Artaksata ətrafındakı ölkənin çarı olmuşdur); onlar ətrafdakı xalqların vilayətlərinin bir hissəsini qopararaq öz ərazilərini birlikdə genişləndirmişlər; onlar midiyalılardan Kaspiana, Favnitida və Basoropedanı, iberlərdən dağətəyi Pariadra, Xorzen və Kür çayının o tayında yerləşən Qoqarenanı; həliblərdən və mosineklərdən Karenitida və Kiçik Ermənistanla həmsərhəd və onun bir hissəsi olan Kserksenanı; kataonlardan Akilisenanı və Antitavr ətrafındakı vilayəti və nəhayət, suriyalılardan Taronitidanı qoparmışdılar".

Bundan əlavə, Strabon xüsusi qeyd edirdi ki, ermənilər işğal etdikləri ərazilərdə istila olunmuş xalqları assimilyasiya etməyə çalışırdılar: "Buna görə indi həmin xalqların hamısı bir dildə danışırlar".

Ermənistan müstəqil dövlət kimi çox qısa müddət mövcud olmuşdur. Tarixdən məlumdur ki, bizim eranın əvvəlində iyirmi ildən bir qədər artıq müddətdə müstəqil dövlət kimi mövcud olduqdan sonra Ermənistan müstəqilliyini itirərək Roma-Parfiya ərazisinə çevrilmişdir, çünki 63-cü ildən sonra Roma ilə Parfiya arasında müqaviləyə əsasən Ermənistanın ikiqat müstəqilliyi müəyyən edilmişdir . Bütün sonrakı əsrlərdə, ta 1918-ci ilə qədər o, digər dövlətlərdən – İran, Roma, Türkiyə (Osmanlı), Rusiya imperiyalarından ya vassal kimi, ya da tam asılı olmuşdur.

Strabon Arsaxın bu etnik tərkibi və xüsusən onun əhalisinin avtoxton, yoxsa gəlmə olması barədə bir kəlmə də yazmır! Lakin çoxsaylı başqa mənbələrdə və başqa müəlliflərin əsərlərində Arsaxın məhz alban əhalisindən bəhs edilir. Strabon elə həmin kitabın 11-ci bölməsində qeyd edir ki, Kir (Kür) çayı Albaniya ərazisindən axırdı


Tarix: 08.01.2015 / 00:57 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Erməni tarixşünaslığında revizionist nəzəriyyə
loading...