Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kösedağ döyüşü

Kösedağ döyüşü — 1 iyul 1243-cü ildə Anadolu səlcuqluları ilə monqollar arasında baş vermiş müharibə. Döyüşlərin sonu monqolların qələbəsilə bitmişdir. Türk-İslam tarixində əhəmiyyətli bir dönüş nöqtəsi təşkil edən bu döyüş, Anadolu Səlcuqlu Dövlətinin süqut dövrünü təşkil edir.

Tarixi

Moğollar Anadolu Səlcuqlu Dövlətinin güclü hökmdarı Alaeddin Key Qubaddan çəkinirlər. Bu səbəbdən də Anadoluya hücum edə bilmirdilər. Alaeddin Keykubadın ölümündən sonra yerinə keçən oğulu II Qiyaseddin Key Xosrov zamanında moğollar dövlətin müəyyən mənada zəiflədiyini düşünərək ölkəyə hücum edirlər. Anadolunun içərilərinə doğru səfərlər təşkil etmək üçün, İrandakı Moğol orduların başına Bəyçi Noyan gətirildi. Qafqazdakı gürcü və erməni qüvvələrindən də kömək alan Bəyçi Noyan, Anadolu Səlcuqluları üzərinə hücum etmək üçün fürsət gözləyirdi. Ata İshak Üsyanından və Qıyasəddin Key Xosrov təcrübəsizliyindən faydalanaraq 1242 ildə Ərzuruma hücum edir. Qorxunc zülmlər və qırğınlar edərək, yerli əhalinin mallarını dağıdır. Bu xəbəri gənc və təcrübəsuz Sultan Qısayəddin Key Xostov 80 000 nəfərli ordusuyla Sivasda düşmənə qarşı hərəkətə keçir. Sultanın Sivasda olduğunu xəbər alan Bəyçi Noyan, bura hərəkət edir və döyüşdə qalib gəlir.


Tarix: 03.03.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Dunya ve tarixi
loading...