Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Norveç

Norveç Krallığı, Norveç (Norveç dilində Kongeriket Norge (bokmål); Kongeriket Noreg (nynorsk)) – Şimalı Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — "şimala yol" deməkdir.


Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı "Şahzadə Mod Torpaqları"na da ərazi iddiları vardır. Həmin adada Norveçin "Troll" tədqiqat stansiyası yerləşir.

Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur. Rəy sorğularına görə ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilmişdir.Mündəricat
1 Etnik tərkibi
2 Tarix
3 Coğrafiyası
4 Əhalisi
5 İqtisadiyyatı
6 İdman
7 Turizm
8 Memarlıq
9 Mədəniyyət
10 Mətbəx
11 Din
12 Dil
13 İstinadlar


Etnik tərkibi

Norveçlilər 79%, digər xalqlar 21%

Tarix

Norveç qışda peykdən görüntü

Trondheimsfjordyaxınlığında

Şimali Norveç

Rondeslottetgölü Rondane Milli parkında, Şərqi Norveç

, Sogn og Fjordane

Muskok Dovrefjellda

Toten

VIII-XI əsrlər arasında Norveçdə Vikinqlər olaraq bilinən bir dövlət höküm sürmüşdür. Davakar bir xalq olaraq tanınan Vikinglər cənubda Britaniya, İslandiya, Qrenlandiya ve hatda Şimali Amerikaya qədər çataraq koloniyalar qurdular. 1000 ci illərdə Xristiyan missionerlər Norveçdə Xristiyanlığı yaymağa başladılar. Norveç kralı I. Haakon Xristiyanlığı qəbul etdi. 1030 -cu ildə Danimarkalılar Norveçi ələ keçirdilər. Norveç Danimarka kralı Knudun qurduğu Şimal Dənizi İmparatorluğu'nun bir parçası xalına gəldi. 1363- cı ildə Norveç kralı VI. Håkon Danimarka kralı IV. Valdemar'ın qızı I. Margrete'lə evlənərək iki ölkeni bir bayraq altında birləşdirdi. Ayrıca Håkon İsveç krallığı ailəsiylə də əqraba idi. Cütlüyün evliliyindən doğan Olaf'ın 1387-cı ildə erkən yaşda ölməsi üzerinə I. Margrete tahta çıxdı (1387-1412). Margrete'nin başçılığı altında 1397 ildə İsveç, Norveç, Danimarka və koloniyaları (Farer Adaları, İslandiya, Qrenlandiya və Finlandiya) birleşərək Kalmar Birliyi adı altında böyük bir Skandinaviya İmparatorluğu xalına gəldilər. 1521ildə İsveç Kalmar Birliyi'nden ayrıldı. Bu zamanda Skandinav ölkələri Martin Luther tərəfindən Almaniya'da başladılan Protestant Reformu ilə sarsıldı. Danimarka və Norveç 1821 ilə qədər Danimarka-Norveç adı altında birlikdə hərəkət etmeyə devam etdilər. Kralları bir idi amma konstitusiyaları, dövlət qurumları və orduları ayrı ayrı olmağa devam etdi. 19-cu əsrdə başlarında Norveç Napolyon döyüşlərıylə təməlindən sarsıldı. Fransa döyüşündə məğlub olduğca Danimarka 1814-cü ildə imzaladığı Kil müqaviləsi şərtləri əsasında döyüşü qazanan tərəfin iştirakşısı olan İsveçə Norveçi vermək məcburiyyətində qaldı. Norveçlilər İsveç idarəçiliyindən məmnun qalmadılar. Üsyanlar baş qaldırdı. Nəhayət 1905 tarixində İsveç Norveçin müstəqilliyini tanıdı. Danimarka şahzadəsi VII. Haakon Norveç kralı elan edildi. Bu gün Birliyin Dağılması Günü adı ilə bayram edilməkdədir. Norveç Birinci Dünya Müharibəsində bitərəf qaldı. İkinci Dünya Müharibəsində də bitərəf qalma niyyətində olmasına rəğmən 9 Aprel 1940 tarixində Nasist Almaniyası tərəfindən işğal edildi. 9 May 1945-ci il tarixində Almaniyanın təslim olmasına qədər Norveç işğal altında qaldı. 1949-cu ildə Norveç NATO'ya daxil oldu. 1960'ların sonlarında Norveç sularında kəşfedilən neft və gaz Norveçə böyük bir rifah qazandırdı. 1972 və 1994'də edilən referandumlarda Norveç xalqı Avropa Birliyi'nə daxil olmamasına qərar verdi. Norveç Avropa Birliyi ilə olan əlaqələrini iştirakçısı olduğu EFTA qurumu vasitəsiylə sürdürməkdədir. Günümüzdə Norveç Birləşmiş Millətlər Təşkilatının məlumatına görə yaşama standartları baxımından dünyanın ən irəlidə olan ölkələrindən biridir.

Coğrafiyası

Şimali Avropada yerləşmiş Norveç Skandinaviya yarımadasının şimal və qərb hissəsini tutur. Şpitsbergen arxipelaqı, Yan-Meyen və ölkəyə yaxın yerləşmiş digər adalarda Norveçə məxsusdur. Şərqdə, İsveç (sərhəddin uzunluğu 1619 km), şi-mal-şərqdə Finlandiya (729 km) və Rusiya (167 km) ilə həmsərhəddir. Qrəbdə Atlantik okeanına, şimalda Barens, cənubda isə şimal dənizlərinə çıxşı var.

Norveç, sahilləri çox girintili-çıxıntılı olan ölkələrdən biridir. Bir çox bölgələrdə əzəmətli sıldırım qayalar sahil boyu şaquli dovarlar kimi uzanır və ya dərin oyuqlar yaradaraq, saki dəniz üzərində asılı vəziyyətdə qalırlar. Bu oyuqlar sahil dalğalarının qayalara çırpılması nəticəsində yaranır. Bu cür qayalıq sahillərin önündən yalnız kiçik gəmilər və ya qayıqlar keçə bilər.

Dəniz sahilinə yaxın ərazilərdə çoxsaylı sahil adaları, sualtı qayalar və adsız ki-çik adalar səthə çıxır. Gəmişilik üçün yararsız olan Norveç çaylarından fərqli olaraq, fyordlar ölkənin əlverişli su yolları sayılır.

Norveç dənizinin fyordları, dəniz tərfdən çoxsaylı adalarla əhatə olunduğundan, fırtına, külək və dəniz cərəyanları dalğalarından yaxşı qorunur. Fırtına zamanı fyord-lar həmçinin gəmilər üçün yaxşıd aldanacaq rolu oynayır. Norveç ərazisinin 70 faizini təşkil edən orta yüksəklikli Skandinaviya dağları cə-nub-qərbdən şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Ölkənin ən yüksək zirvəsi Qalhöpiggen dağıdır (2469m). Norveçdə çoxlu göllər və iti axan astanalı və şəlaləli dağ çayları vardır. Şəlalələr Norveç çaylarına qeyri-adi gözəllik verir.Əsas çaylar Lo-gen, Beqna və Qlommadır.

Sahilə doğru gələn mülayim dəniz cərəyanı və daim əsən mülayim qərb və cə-nub dəniz küləkləri, Norveç iqliminə böyük təsir göstərir. Norveç sahillərində dəniz donmur, fyordlar isə ilboyu naviqasiya üçün açıqdır. Şimal en dairəsi istiqamətində uzanmasına baxmayaraq, Şimali Avropanın ən isti ölkəsidir. Osloda və şimla sahillər-də yanvarın orta temperaturu mənfi 2-dən mənfi 4 dərəcəyədək olur. Yay fəsli isti keçmir. Ölkənin ancaq cənub-qərbində iyulun orta temperaturu müsbət 12, Oslo ətra-fında 17, bəzən 25, hətta 30 dərəcəyə çatır.

Stavangerdən Namsusa qədər olan sahil ərazidə isə ümumiyyətlə orta aylıq tem-peratur il boyu mənfi olmur. Amma ölkənin bir sıra daxili rayonlarında iqlim olduqca sərtdir. Elə rayonlar var ki, qış yeddi ay davam edir, bəzi günlərdə temperatur mənfi 50 dərəcəyə enir.

Əhalisi

Norveçin iri şəhərlə-ri Kristiansann, Berken, Oslo, Tronheym isə əsas portlarıdır. Əhalinin böyük əksəriy-yəti – norveçlilərdir. Ölkədə digər etnik qruplardan – saamilar danimarkalılar, isveçlilər finlər yaşayır. Orta ömür müddəti: kişilər üçün 74, qadınlar üçün 81 ildir.

İqtisadiyyatı

Norveçin iqtisadiyyyatı XX əsrin 50-60 cı illərindən yüksək sürtələ inkişaf etməyə başladı .Ölkədə hidrostansiyaların, gəmiqayırmanın inkişafı üçün böyük kapital qoyuldu. 1960-cı ldə Norveçin ticarət donanması müharibədən əvvəlki illərə nisbətən 2 dəfə artdı. Norveç ABŞ və İngiltərədən sonra özünün donanma tonnajına görə dün-yada üçüncü yeri tutdu. Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye ölkəsidir. Sənayenin mühüm sahələri: neft və təbii qaz çıxarıl-ması, yeyinti, sellüloz-kaöız, metallurgiya, kimya, ağac emalı və gəmiqayırmadır. Norveç dünya bazarına böyük həcmədə balıq və balıq məhsulları çıxara dövlətlər sı-rasındadır. Kənd təsərrüfatında əsas bölmə heyvandarlıqdır. Ölkəyə lazım olan ərzaq məhsullarının yarıdan çoxu idxal edilir.

İdman

Norveç dağ-xizək idman növünün vətəni sayılır. Burada qış kurortlarının yaranma tarixi Avropa kurortlarının yaranma tarixi ilə üst-üstə düşür. Ümumiyyətlə iqliminə görə buranın kurortları qitədə ən uzunmüddətli kurortlardır. Ölkənin ən tanınmış kurortu Yaylo kurortudur. Burada qış idman növləri üçün yaxşı inkişaf etmiş baza var. Burada ilk yarışlar 1935-ci ildə keçirilib, qar bütün il boyu olur.

Turizm

İl ərzində Norveç əhalisinin təxminən yarısı səyahətdə olur. Norveçin beynəlxalq turizm əlaqələri fəal inkişaf edir.1999-cu ildə 1mln.-dan artıq Norveç vətəndaşı xarci səfərlərdə işitrak etmişdir. Onlar səfər etdikləri ölkələrdə 4.7 mlrd. ABŞ dolları həc-mində pul xərcləmişlər. Həmin ildə Norveçə 4.5 mln.-a yaxın əcnəbi turist gəmişdir. Norveçdə xarici turizmin mövsümülüyü özünü açıq şəkildə biruzə verir.

Turistlərin yarıdan çoxu ölkəyə iyul, iyun və avqust aylarında gəlirlər. 1999-cu ildə ölkə turizm fəaliyyətindən təqribən 2.3 mlrd. ABŞ dolları həcmində gəlir əldə etmişdir. Baxma-yaraq ki, Norveçdə turistlərin gecələməsi üçün 190 min yer möv-cuddur. Son vaxtlar ölkə tərəfindən turizm regionlarına dair güclü reklam kompaniyası həyata keçirilir. Turistlər tərfindən səyahətlər üçün seçilən region Norveç fyordları-dır. Gələn turistlərin 76%-i bura öz tutur. Bundan əlavə ölkədə safari turizmi, xüsusən balıqçılıq geniş yayılıb.

Norveç dağlar fyordlar və buzlaqlardan meydana gəlmiş, əl dəyilməmiş gözəlliyə sahib bir ölkədir. Norveçdə turistlərin avtomobillə qatarla etdikləri səyahətlərdə qar-şılaşdıqları təbii mənzərələr onları valeh edir.

Ölkənin cənubunda əkinçilik sahələri, möhtəşəm meşələr və çimərliklər geniş yer tutur. Norveçdə turistlər Svalbad adalarıda fok, morj, və qütb ayılarının buzlar üzərin-dəki günəş duşuna şahid ola bilərlər.

Norveçin qayalı sahilləri, mənzərəli fyordları, Şimalın toxunulmamış təbiəti, ta-rixi-memarlıq abidələri əcnəbi turistləri cəlb edir. Norveçdə turistlərin toplaşdıqları əsas mərkəzlər – Oslo və ətrafı, Myosa göllər zonası, Bergen və ölkənin cənub-qərb sahilləri, Tronheym və Norveç dəniz sahilləri, fyordlar və ölkənin şimal bölgələridir.

Memarlıq

Norveç arxitekturası bənzərsiz gözəllikdə kilsələri ilə seçilir. Norveç mədəni ənənələrə bağlı bir ölkədir. Burada toy, bayram və festivallarda insanlar ənənəvi pal-tarlar geyinmiş insanlara daha çox rast gəlinir.

Mədəniyyət

Ənənəvi xalq rəqsləri, mahnıları və hekayələri olduqca məşhurdur. Ölkə sənət sahəsində əhəmiyyətli insanlar yetişdirmişdir. Bunlardan rəssam Edvard Munch, bestekar Edvard Grieg, heykəltaraş Qustav Vigeland və oyun yazıçısı Henrik İseni misal göstərmək olar.

Mətbəx

Norveç mətbəxində qızartma som balığı, karides və morina balığı əhəmiyyətli yer tutar. Norveçdə insanlar nahar edərkən adətən süfrələrinədə şirin keçi pendiri və rinqa balığı turşusu olur. Norveçdə spirtli içkilər qadağan olunduğu üçün onu bəzən tapmaq çətin olur.

Din
Xristianlıq 90,1% (Əksəriyyət Norveç Ortodoks Kilsəsi (97%),digər məzhəblər 3%)

Dil

Norveç dili (rəsmi dövlət dili)


Tarix: 02.03.2013 / 17:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 846 Bölmə: Dunya ve tarixi
loading...