Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küncütlü badımcan dolması resepti

Tərkibi:
100 qr toyuq qıyması
12 ədəd kiçik badımcan
2 ədəd təzə soğan
1 xörək qaşığı soya sousu
3 xörək qaşığı duru yağ
1 çay qaşığı istiot
1 çay qaşığı duz

Sous üçün:
4 xörək qaşığı soya sousu
1 paket tərəvəz bulyon

Hazırlanması:
Tavaya toyuq qıyması, doğranmış təzə soğan, soya sousu, duru yağ, istiot və duz əlavə edib, qovurun. Badımcanın sap qisimlərini kəsib yuyun. Hər birinə 4 dənə uzun yarıqlar açın. Toyuqlu içliyi kəsdiyiniz qisimə doldurub küncütə bulayın. Badımcanı bol yağda çevirərək qızardın. Kağız dəsmal üstündə çox yağını alıb sousla birlikdə servis edin.
Sous üçün, kiçik bir qazana 1 çay stəkanı su, tərəvəz bulyonu və soya sousunu əlavə edib, bir müddət qaynadın.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:57 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Dolmalar
loading...