Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret !...

Girmiş qocanın həm cavanın ağzına tüstü,
Tüstü vurulur hər əsəbi qızğına, tüstü,
Hər bezginə, hər küskünə, hər azğına tüstü,
Məcun edilib diş saralan solğuna tüstü,
Sizlər də vurun sözdəki hər dolğuna tüstü!...

Mən bildiyim atəş əhlinə qəmli dumandır,
Bu tüstü də simvol kimidir, nəmli dumandır,
Tam əksi deyirlər cana məlhəmli dumandır,
Mən anlamıram ki, necə yöntəmli dumandır?!
Onda gərəkir üflənə hər ağrına tüstü!

Qəlbim yanır atəşlərə, az qəlbimi yandır,
Vicdanı yanan olmasa, gəl mətləbi qandır,
Hər yanda qığılcım dolu atəş necə andır?
Çox adiləşib, gəl cavanı indi utandır,
İsmətli gəlirkən üfürür pozğuna tüstü!

Atası deyir oğluna bir paçqa zəhər al,
Oğlu dükana qaçmalı, şər tapmalı dərhal,
Bir paçqa da alsın özünə gizlicə minval,
Əhval belə artırsa da, vay oldu bu əhval,
Çün öyrədəcəksə ata öz oğluna tüstü!...

Söhbət edirəm mən sizə qanuni zəhərdən,
Qanuni zərər təsbit olur dünyada şərdən,
Şər olduğunu inkar edən varsa bəşərdən,
Qanuni-bəşər məntiqə söykəndi çox erkən,
Batillə yorulmuş başa, vur yorğuna tüstü!

--------------
SAHİB ƏBDÜSSƏLAM


Tarix: 09.05.2013 / 13:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 436 Bölmə: Dini Şe`rlər
loading...