Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Öz yalnış yolunla get!

Ən əsası özunə yalan danışma. Özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla gerçəyi bir — birindən ayıra bilmir, özünə və başqalarına olan hörmətini də itirir. Heç bir hörmət sahibi olmadığına görə də sevgi hissini unudur.

Dünyada yaşayan bütün varlıqlar içərisində yalnız insan cəfəngiyat danışa bilir. Bunu edən insan bir gerçəyi göstərir: mən cəfəngiyat danışıram, çünki mən insanam.

İnsan gözünə ancaq pis günlər görünər, yaxşı günlər isə, sanki görünməzdir.

Başqasının doğru yolu ilə getməkdənsə, özünün yalnış yolunla get.

Bəzən, qəfildən elə insanlarla qarşılaşırıq ki, ilk baxışdan, heç bir söz danışmadan belə həmin insan bizi maraqlandırır.

Doğru və ya yanlış olmasından asılı olmayaraq bəzən nəsə bir şey sındırmaq insanı çox məmnun edir.

İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır.

Əgər danışılacaq heç bir hekayə yoxdursa necə yaşamaq olar?

Bu dünyada həqiqəti deməkdən daha çətin və yalan danışmaqdan daha asan heç nə yoxdur.

İlk addımı atmaqdan və özünə məxsuz olan yeni bir fikri deməkdən insanlar hər zaman çox çəkinirlər.

Ağıllı davranmaq üçün ağıllı olmaq yetərli deyil.


Tarix: 10.12.2014 / 15:51 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Dahilerin sözleri
loading...