Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaradıcılıq haqqında aforizmlər

“Yaradıcılığın ən böyük düşməni – şübhədir!”Yazmaq haqqında ilham verici fikirlər söyləmək əzəldən yazıçılar və şairlər üçün sevimli əyləncə olub. Əslində, yazıçılar da usta, bank işçisi kimi bildiyi mövzu haqda havayı danışmaq istəmir. Bəzən də heç nəyi veclərinə almayıb əllərindəki xəzinəni açıb tökürlər. Bu xəzinənin ən yaxşı 20-liyi aşağıdakılardır: yaradıcı ol

1. Zadie Smit
”Sənət”inizi romantikləşdirməyin. Ya yaxşı cümlə yaza bilərsiniz, ya da bilməzsiniz. “Yazıçıların həyat tərzi” anlayışı yoxdur. Hər şey kağıza nə yazdığınızdan asılıdır. Komyuterdə yazırsınızsa, internetlə əlaqəsi olmamasına çalışın. Belə işləmək daha faydalıdır”.

2. Anton Çexov
“Mənim təcrübəm budur: hekayə yazanda əvvəlini və axrını xətləyirəm. Biz yazıçılar ən çox orda yalan danışırıq”.

3. Ernest Heminquey
“Yazımın qidalandığı qaynağı əsla “ac” qoymamağı, dibində azca qalanda onu “dondurmağı” və onu bəsləyən baharın gecələri yenidən canladırmağa icazə verməyi öyrəndim”.

4. F. Skott Fitscerald
“İşə bir insanla başlayın, fərqinə varmadan obraz yaratdığınızı görəcəksiniz. İşə bir obrazla başlayın, heç nə yaratmağınızı görəcəksiniz”.

5. Rey Bredberi
“Çalışqan insan uğursuzluq yaşamaz. Fövqəladi yazıçı olmaya bilər, amma dayanmadan işləsə, yazıçı kimi karyera qurar”.

6. Qustav Flober
“Yazıçılıq – inandığını kəşf etmək sənətidir”.

7. Marqaret Etvud
“Öz əsərinizi, yeni bir kitabın səhifələrindən gələn o ilk xoş və məsum gözlənti içində oxuya bilməzsiniz. Çünki o kitabı siz yazmısınız. İşin pərdə arxasını bilirsiniz. Dovşanın papaqdan necə çıxdığını görmüsünüz. Kitabınız çıxarmamışdan əvvəl dostlarınıza oxudun – sevgilinizə oxutmasanız, yaxşıdır”

8. Coan Roulinq
“Hekayə yazmaq istədiyim üçün yazmaq məcburiyətindəyəm. Onları heç vaxt 8 yaşlı uşağın məntiqi ilə yazmamışam. Yazmaq istədiyim formada hekayəni davam etdirirəm”.

9. Stiven Kinq
“Oxumaq üçün vaxtınız yoxdursa, demək, nə yazmağa materialınız, nə də vaxtınız var”.

10. Herman Melvil
“Mükəmməl kitab yazmaq istəyirsinizsə, mükəmməl də mövzu seçməlisiniz”.

11. Filip Rot
“Günün səkkiz saatı, həftənin yeddi günü, ilin 365 günü…Bu işi görməyin tək yoludur”.

12. Uilyam Hezlitt
“İnsan nə qədər çox yazmağa çalışsa, o qədər daha yaxşı yaza bilər”.

13. Mark Tven
“Hər “çox” yazanda, silib “lənət” yazın; redaktorunuz onu siləcək və yazı istədiyiniz kimi olacaq”.

14. Silviya Plat
“Səmimi və fantaziyalısınızsa, hər şey yaza bilərsiniz. Yaradıcılığın ən böyük düşməni öz şübhələrinizdir”.

15. Virciniya Vulf
“Mənim üçün yazmaq ən yaxşı idmandır; əzələləri elastikləşdirir”.

16. Ralf Uold Emerson
“Yaradıcı yazıçılıq kimi yaradıcı oxuculuq da var”.

17. Somerset Moem
“Hekayə danışa, obraz yarada, hadisə qura bilirsinizsə, səmimiyyət və əzminiz varsa, necə yazmağınızın fərqi yoxdur”.

18. Josef Heller
“Son cümləm olmasa, heç vaxt yazıya başlaya bilmərəm”.

19. Uilyam Folkner
“Yazmağa başlayın. Özünüzə imkan yaradın. Pis ola bilər, amma bu yaxşını yaratmağın tək yoludur”.

20. Corc Oruell
“Yaxşı əsər pəncərə şüşəsi kimidir”.


Tarix: 10.12.2014 / 12:44 Müəllif: Aziza Baxılıb: 171 Bölmə: Dahilerin sözleri
loading...