Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bezen Bizde Bu Olmur...

Bizim evə, arvadıma paltarların, örtülərin söküklərinin tikilməsində kömək edən bir dərzi qadın gəlirdi. Bu qadın bizə gəldiyi zaman kiçik oğlunu da yanında gətirərdi. Mən, qalıcı və dərin imanın mənasını məhz bu kiçik uşaqdan öyrəndim. Onunla uzun zamandan bəri yoldaş olduğumdan, bizim evə gəldiyində bir az söhbət etmək xoşuma gəlirdi.
Bu yaxınlarda mənə yaxında gözəl bir futbol topu alacağını söylədi. Onu təkrar gördüyümdə istədiyi futbol topunu alıb-almadığını soruşdum. Uşaq cavab verdi: "Xeyr, anam HƏLƏLİK topa ayıracaq pulumuzun olmadığını söylədi."
Onun bu sözləri, vəziyyətlərinin yaxında düzələcəyinə dair dərin inancını göstərirdi. Xüsusilə, istifadə etdiyi 'hələlik' sözündə qüvvətli bir güvənin izi sezilirdi.
Bu uşağın söylədikləri məni uzun-uzun düşündürdü. Onu uzun bir müddət görmədim. Bir gün təkrar rast gəldim. Uşaq, bağçada oturmuş, bir qarışqa yuvasını seyr edirdi.
Yavaşca yanına getdim. Onu danışdırmaq üçün atasından söz açdım:
"Evə gedincə yeməkdən sonra atanla oynayacaqsanmı? Yoxsa yeməkdən sonra dərhal yatacaqsan?" deyə soruşdum. Uşaq ciddiliklə üzümə baxdı və: "Atam bir qəzaya düşdüyündən xəstəxanadadır. HƏLƏLİK atamla oynaya bilməyəcəyəm!" dedi.
Keçən gün yolum, oturduqları məhəlləyə düşdü. Uşağı səkidə tələsərək harasa gedən gördüm. Üzərində təmiz tünd rəngli bir paltar vardı. "Ey" deyə səsləndim. "Niyə bayramlıq paltarlarını geymisən? Hər halda, xəstəxanaya atanı görməyə gedirsən." Uşaq gülümsəyərək başını yellədi. Bundan sonra söylədiyi sözlər, dünyanı içində yaşamağa dəyər bir hala gətirən, ölümdən sonrakı həyata olan inamın bir insan üçün nələr edə biləcəyini anlamağıma səbəb olan sözlər idi...
Uşağın verdiyi cavab bu olmuşdu:
"Xeyr, xəstəxanaya atamı görməyə getmirəm. Atam keçən həftə öldüyündən, mən onu HƏLƏLİK görə bilməyəcəyəm."


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 174 Bölmə: Dahilerin sözleri
loading...