Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kuperoz

Kuperoz dəridə qan dövranının pozulmasına deyilir.Bu xəstəlik ilə kosmetoloji və dermatoloji müalicə üsullarının köməkliyi ilə mübarizə aparmaq olar.Kuperoz ilə xəstələnmənin əsas səbəbi həssas dəriyə sahib olmanızdır.Beləki, bu zaman üz dəriniz əlverişsiz mühit şəraitində ona qaşınma, göynəmə, iltihablaşma, qızarma kimi əlamətlərlə reaksiya edəcəkdir. Üzün daha çox çənəaltı. burun, alın nahiyyələri və yanaq dərisində müşahidə oluna bilər.Ancaq konkret olaraq istənilən nahiyyədə və sərhədsiz bir şəkildə inkişaf edə bilər.Daha sonra isə üz dərinizin damarları genişlənir, elastikliyini və qızarıqlığını itirir və şişkinlik daimi xarakter almağa başlayır.Bu daha çox parlaq dəriyə sahib insanlarda müşahidə olunur.

Kuperozun səbəbi :

Bu kosmetik defekt ilə büruzə edən xəstəlik çox sərt və isti yeməklərin və çox müxtəlif növdə olan spirtli içkilərin qəbulu nəticəsində formalaşa bilər.Həmçinin kofe, isti şokolad və qara çay qəbulu da kuperozla nəticələnə bilər.Kuperoza meylli üz dərisi üçün xüsusilə qranulyar quruluşa malik təmizləyici preparatlardan istifadə etmək olmaz.Yuyunma və təmizləmə zamanı üzü dartmaq və zədələmək kifayət qədər təhlükəlidir.Nahamar dəsmallar, üz təmizləyici fırçalar və süngərlərin də istifadəsi məsləhət görülümür.Kuperoz zamanı üzün klassik massajı məsləhət görülmür, ancaq plastik müalicəvi massaj tətbiq oluna bilinər.

Kuperozdan qorunmaq üçün :

Günəşin birbaşa təsir etdiyi açıq sahələrdə az olmaq
SPF15 faktor tərkibli günəş şüalarının zərərli təsirlərindən qoruyucu preparatlar istifadə etmək
Uşaq dərisinin mühafizəsi üçün nəzərdə tutulan vasitələrdən istifadə etmək
Üz dərisinin heç bir halda yüksək istiliyə məruz qalmamasını təmin etmək
Yumşaldıcı kremlərdən istifadə etmək
Xüsusilə zink və Vit C tərkibli kompleks vitamin preparatları qəbul etmək.
Kuperozun müalicəsi:

Kuperozun ev şəraitində müalicəsi məsləhət görülmür.Bu halda mütləq şəkildə dəri həkiminə müraciət edin.O sizə uyğun dərman vasitələrini məsləhət görərək lazımi tədbirlər almağınızı da təmin edəcəkdir.Unutmaq lazım deyildir ki, dərman vasitələrini üz nahiyyəsinə olduqca yumşaq şəkildə, barmaqlarınızın ucunda sürtməlisiniz.


Tarix: 27.11.2014 / 14:10 Müəllif: Aziza Baxılıb: 136 Bölmə: Dəri-zöhrəvi xəstəliklər
loading...