Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsiyyət vəziləri

Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır. cinsiyyət orqanları,kişi cinsiyyət orqanının şəkili,qadın cinsiyyət üzvü, cinsiyyət üzvləri
Kişi cinsi orqanının toxumluğun daxilində Leydinq hüceyrələrində androgenlər (andros-yunanca kişi deməkdir) -1 neçə hormonlar sintez olunur. Bu hormonlar testosteron, hidrostendion, аndrоsteron və. s. aiddir. Bu hormonlar bioloji fəallığı və tərkibinə görə bir-birindən fərqlənir. Məsələn: testosteron xolesterindən sintez olunur, аndrosterona nisbətən 6 dəfə fəal olur. Qeyd etməliyik ki, androgenlər Leydinq hüceyrəsindən başqa yumurtaların spermatogen epiteli toxuması hüceyrələrində də sintez olunur. Maraqlıdır ki, androgen xassəli 1 spermatogen epiteli hormonlar böyrəküstü vəzin qabıq qatında hazırlanır. Androgen hormanları oğlanlarda 1-ci cinsi əlamətlərin (xarici və daxili orqanları) və 2-ci cinsi əlamətlərin (saqqal və bığın çıxması, səsin yoğunlaşması, qasıq nahiyyəsində tüklərin çıxması və s.) əmələ gəlməsində iştirak edir. Bu hormonlar orqanizmdə maddələr mübadiləsinin müəyyən istiqamətdə dəyişməsi, müsbət azot balansının yaranmasında, skelet əzələlərində zülalların yığılmasında fəal olduğu halda qaraciyərdə qlükogenin sintezini tormozlandırır.
Kişi cinsi hormonlar xüsusilə testosteron sintezində hipofizin follukulostimuledici hormonların müsbət təsiri müəyyənləşib.
Qadın cinsiyyət hormonları estron, estadiol və estrogenlər adlanır. Bu hormonlar Qraaf qovuqcuqlarının dənəvər qatında və follukullarda əmələ gəlir. Ancaq estron hormonu döl pərdəsində də sintez olunur. Estadiol hormonu digər hormonlardan daha fəaldır. Estrogen hormonunun sintez olunmasında hipofizin follukulostimuledici və lüteynləşdirici hormonları tutur. Qadın cinsiyyət hormonu qadın orqanizmində uşaqlıqda, uşaqlıq yollarında menstruasiya fazalarına mənsub olan morfoloji və fizioloji proseslərə təsir göstərir. Yumurtalıqda olan Qraaf qovuqcuqları yetişdikdən sonra partlayır, yumurta hüceyrələr qarın boşluğuna düşür, yerində isə sarı cisim əmələ gəlir. Həmin sarı cismin hazırladığı progestron hormonu qadınların hamiləlik dovrünün normal getməsini tənzim edir. Sarı cisimdə progestronun sintezinə hipofizin lüteynləşdirici hormonu nəzarət edir. Daha doğrusu, hipofizlə yumurtalıqlar arasında qarşılıqlı fizioloji əlaqə olur.
Alimlər müəyyən etmişdir ki, həm androgen (kişi hormonu), həm də estrogen (qadın hormonu) eyni vaxtda hər iki cinsdə təsadüf olunur. Bu hormonların qanda miqdarı müəyyən istiqamətdə dəyişir. Məs: kişilərdə sidiyin tərkibində androgenlərin miqdarı 3-10mkq olduğu halda, estrogenlərin miqdarı 5-15mkq-a bərabər olur. Qadınlarda androgen 3-10 mkq, estrogen isə 18-36 mkq-a bərabər olur.
Insanın cinsiyyət hormonlarının qanda və sidiyin tərkibində yaşla əlaqədar olaraq dəyişildiyindən cinsi yetişkənliyi 5 mərhələyə bölürlər:
1. Uşaqlıq mərhələsi- Insanın cinsi vəzilərinin əsası embrional inkişafın 8 həftəliyindən qoyulur. Uşaq anadan olanda onun qanında cinsi hormonların miqdarı cavan qadının qanındakı hormonların miqdarı təxminən bərabər olur. Lakin 1-2 həftə ərzində hormonların miqdarı yox dərəcəsinə enir. 5-7 yaşından isə tədricən artmağa başlayır. Birinci uşaq mərhələsi oğlanlarda 10, qızlarda isə 8 yaşınadək davam edir.
2.Yetkinlik mərhələsi- Bu mərhələdə cinsiyyət vəzilərinin böyüməsi baş verir. Eyni zamanda cinsiyyət hüceyrələrinin böyüməsi və xaric olması (oğlanlarda) baş verir. Qızlarda folekulların inkişafı müşahidə olunur. Yeniyetməlik mərhələsində oğlanların sidiyində androgenlər, qızlarda isə estrogenlər çoxluq təşkil edir. Bu mərhələ oğlanlarda 14-17, qızlarda isə 12-16 yaşa qədər davam edir.
3.Gənclik mərhələsi- Bu mərhələdə hər 2 cinsdə 2 cinsiyyət güclü inkişaf edir. Cinsiyyət hormonunun miqdarı və fərqi həm qanda, həm də sidikdə artır. Gənclik mərhələsi qızlarda 18-20, oğlanlarda isə 18-21 yaşadək olur.
4. Cinsi yetişmə mərhələsi- Kişilərin qanında androgenlərin miqdarı artır, qadınlarda isə həm androsteron, həm də estrogenlərin miqdarı azalmağa başlayır. Bu mərhələ kişilərdə 20-55, qadınlarda isə 20-50 yaş arasında olur.
5. Ahıl yaş mərhələsi- Orqanizmdə cinsiyyət vəzilərinin kəskin dərəcədə zəifləməsi baş verir. Kişilərdə cinsiyyət vəzilərinin sekretor funksiyası və fəallığı azalır və yox olur. Bu mərhələdə spermatozoidlərin hərəkəti və yumurta hüceyrələrin mayalanma qabiliyyəti azalır. Qadınlarda bu mərhələ sidiyin tərkibində estrogenlərin miqdarının azalması ilə başlayır. Klimakteriya dövrü 45-50 yaşından başlayır, cinsiyyət fəallığı olan qadınlarda da təsadüf olunur. Bu mərhələ kişilərdə 55, qadınlarda 50 yaşından sonrakı dövrü əhatə edir.


Tarix: 27.11.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Dəri-zöhrəvi xəstəliklər
loading...