Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ya Allah,Ya Məhəmməd,Ya Əli !

Fikirlərin,qaranlıqda qalanda,
Haqq ilə nahaqqı,görməz olanda,
Çətinlik,qoynunda yuva salanda,
Bir dəfə söyləsin,qəlbinin dili,
Ya Allah,Ya Məhəmməd,Ya Əli!

Daim onlar olacaq bizə,dayaq.
Dua etsək,axı nəyini sayaq.
Günahları saysaq,olarıq oyaq.
Günah əməllərlə,yer tutub ayaq,
Addım-addım,şeytan izlər bizləri.
De:Ya Allah,Ya Məhəmməd,Ya Əli!

Hər gün etdiyin,savab əməlləri,
Bir günahla,silsən olarsan dəli.
Bunu bilib,günahlardan çək əli.
Bismillah de,şeytansız get irəli.
De:Ya Allah,Ya Məhəmməd,Ya Əli.!

Biri bitər,biri başlar həyatda,
Hər saniyədə,dəqiqədə,saatda,
Diqqət yetir,bunu deyir həyat da,
Mən beləcə qarşılaram,günləri.
Gözəl sonun,gözəl olar əvvəli,
De:Ya Allah,Ya Məhəmməd,Ya Əli !…


Tarix: 26.12.2014 / 15:54 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: DİNİ ŞEİRLƏR
loading...