Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsma-Ül-Hüsna 2-ci hissə

Əl-Vitr,heç zaman tənhayam demə.
Tənhalıq yalnızca,Allaha məxsus.
Əl-Həfiyydə daim,sevgi var bizə.
Sevgisiylə müqəddəsdir,Əl-Qüddus.

Əl-Məcid,tək sənsən,şöhrətli,şanlı
Şöhrətiylə öyünsə də,camaat.
Ummuruq onlardan əl,onlar da,canlı
Ehtiyyacı həll edər,Qaziyul-Hacat.

Əs-Səmi eşidir,qeybət eyləmək,
Günahdır etməyin,başınız boşdur?
Ölü qardaşının,ətini yemək,
Qeybət eyləyənə,necə də,xoşdur.

Əl-Mühit,hərşeyi əhatə edən.
Aləmlərin Rəbbi,uca Allaha,
Gedən yolda,ayağı yalın gedən,
İnsanlar:yol verdikdə günaha,
Qəlbinizin,dərinliyinə baxın.
Əl-Qərib,qürbətdə qəribə yaxın.
Əl-Vəliy,Əl-Mövla,həm dost,həm ağa.


Tarix: 26.12.2014 / 15:51 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: DİNİ ŞEİRLƏR
loading...