Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göbələkli kartof knedlləri

Tərkibi:
500 q kartof
200 q şampinyon
1 baş soğan
2 yumurta
1,5 st. un
Duz
İstiot

Hazırlanması
Kartofu qabıqlı qaynadın, soyudun, təmizləyib sürtgəcdən keçirin.
Göbələyi təmizləyin, xırda doğrayın. Xırda doğranmış soğanla bitki yağında qovurun, kartofa əlavə edin.
Yumurta, duz, istiot, un da vurub qarışdırın. Qatı, yapışqan xəmir alınmalıdır (un bir qədər çox tələb oluna bilər).
Qazanda su qaynadın. Duz və dəfnə yarpağı əlavə edin. Əllərinizi isladıb iri kündələr tutun, qaynayan suya salın.
Qazanın dibinə yapışmasın deyə qaşıqla ehmalca qarışdırın. Suyun üzünə çıxandan sonra daha 3-4 dəqiqə bişirin.
Hazır knedlləri boşqaba düzün, süfrəyə verəndə üzərinə xama gəzdirin.

Qeyd: Bunları suda bişdikdən sonra bitki, yaxud kərə yağında qızartmaq da olur. Narın suxarıya batırıb qızarda bilərsiniz.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:25 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Dünya mətbəxi
loading...