Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badımcanlı pendirli pide

Ərzaqlar:
4 stəkan un
Yarım paket yaş maya
1 çay qaşığı duz
Ala bildiyi qədər ilıq su

İçlik üçün:
5 ədəd orta boy badımcan
2 ədəd pomidor
2 ədəd yaşıl bibər
100 qr ağ pendir
Yarım stəkan duru yağ
Duz-istiot

Üzəri üçün
150 qr holland pendiri

Hazırlanması:
Dərin qaba unu və duzu tökürük. Ortasına yaş mayanı və ilıq suyu əlavə edib yumşaq xəmir yoğururuq.
Yoğurduqdan sonra 2-3 dəqiqə xəmiri dincəlməyə qoyuruq. İçliyimizi hazırlamaq üçün badımcanları sobada közlüyürük.
Qabıqlarını soyub süzgəcdə suyu biraz çıxana qədər gözlədirik. Sonra badımcanları kub-kub doğruyuruq.
Eyni şəkildə pomidoru, yaşıl bibəri də doğruyuruq. Parçalanmış pendiri, duz-istiotunu, duru yağı əlavə edib qarışdırırıq və içliyimiz hazırdı.
Xəmiri 8 hissəyə bölüb uzunsov formaya salıb ortasını aralayırıq.
İçliyimizi bərabər şəkildə xəmirin ortasına əlavə edib kənarlarını birləşdiririk.
Sonra pidələrin üzərinə holland pendiri əlavə edirik.
Əvvəlcədən isidilmiş sobada 230 dərəcədə 10-12 dəqiqə bişiririk.
Bişdikdən sonra pidələrinizin parlaq görsənməsini istəyirsinizsə sobadan götürdükdən sonra xəmirin kənarlarına duru yağ sürtə bilərsiniz.

Nuş olsun qızlar!


Tarix: 29.11.2014 / 13:53 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Dünya mətbəxi
loading...