Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ratatouille (Fransiz Mətbəxi)

Tərkibi:
500qr badimcan
500qr kabak (kabaçki)
500qr soğan
500qr bibər
700qr pomidor
2 xörək qaşığı un
5 diş sarımsaq
Kəklikotu
Zövqə görə duz,istiot.

Hazırlanması:
Badımcan və kabakı qabığını soymadan halqavari doğrayırıq üstünə un səpib kənara qoyuruq.
Soğanı xırda-xırda doğrayırıq,pomidorları çərtib üstünə qaynar su töküb qoyuruq ki ,qabığı rahat soyulsun.
Bibəri də doğrayırıq,sarımsağı əzirik.Soğanı qovururuq üstünə bibər,sarımsaq,badımcan və kabakı əlavə edirik.
Pomidorun qabığını soyub doğrayırıq və onu da tərəvəzlərin yanına əlavə edirik.
Qazanın qapağını qoyuruq 1 saat vam odda bişiririk sonra qapağı götürürük,yarım saatda bişiririk ki suyu çəkilsin.


Tarix: 29.11.2014 / 13:37 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Dünya mətbəxi
loading...