Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi Əlaqənin Ən Pik Nöqtələri

- Pul mövzularına diqqət!
Cinsəllik və evliliyin digər hissələri bir-biri ilə əlaqəlidir və bir-birini təsir edə bilər. Məsələn pul mövzulardakı çətinliklər və ya qarşıdurmalar cinsi arzuların azalmasına səbəb ola bilər.

- Fərdi inanclara hörmət edin
Cinsəlliklə əlaqədar olaraq hər bir yoldaşın özünə görə nəyin "doğru" nəyin "səhv" olduğu mövzusunda fərqli fikirləri vardır. Gerçək həyatda, iki yoldaşın arasında yaşadığı cinsi əlaqədə "doğrular" və "səhvlər" yoxdur. Ancaq hər bir yoldaşın qəbul edilə bilər və ya qəbul edilə bilməz davranışlar mövzusunda inancları vardır. Fərdi inanclara anlayışla yaxınlaşılması və hörmət göstərilməsi lazımdır, ancaq bu çərçivədə ortaq bir yol tapıla bilər

- Yeniliklərə açıq olun!
Hər iki yoldaşın qarşılıqlı razılaşması üzərinə, cinsəlliyi təkrarlanan və darıxdırıcı olmaqdan qurtarmaq üçün səy sərf etmək lazımdır. Bu mənada cinsəlliyinizə yeniliklər qatmaq yaxşı bir fikir ola bilər.

- Filmlərdəki cinsəlliyin təsiri altında qalmayın
Mümkünsə filmlərdə və ya romantik seriallarda təqdim edilən cinsəllikdən çox çox təsirlənməməyə çalışın. Yalnız siz və yoldaşınız cinsi əlaqəniz üçün ən təmin edici və qəbul edilə bilər olanı belə bilərsiniz və seçərsiniz. Öz cinsəlliyinizi, cinsəlliklə əlaqədar başqalarının "normal" saydığı filmlərdə sizə təqdim edilən 'problemsiz' ya da 'ideal' qəliblərə uydurmağa işin.

- Yoldaşınızı tanımaya çalışın
Müxtəlif seks texnikaları öyrənməkdənsə yoldaşınızın cinsəlliyi haqqında daha çox şey öyrənməyə çalışın. Qadınlıq və kişililik bir naməlumluqdur; bu naməlumluqla əlaqədar bir şeylər öyrənməyə açıq olun və bir-birinizə bu mövzuda köməkçi olun.

- Cinsəlliyi bir silah olaraq istifadə etmənin
Bəzi cütlər, evlilikdəki digər problemləri həll etmək üçün seksual bir silah kimi istifadə edərlər ki bu üsul problemlərin daha kompleks bir hal almaqdansa, böyüməsinə və cinsi problemlərin meydana gəlməsinə səbəb olar.

- Cinsi həyatınızı yoldaşınızla danışın
Evlilikdəki digər problemlərdə olduğu kimi təmin edici sağlam bir cinsi əlaqə də qarşılıqlı komunikasiyaya bağlıdır. Əlaqənizdə qarşılaşdığınız problemləri gözlətmədən təxirə salmadan həll etməyə çalışın ki çevrilməli olaraq cinsi əlaqənizi də təsir etməsin. İçinizdə sizi qurdalayan problemlər olduğu müddətcə romantik olmaq və yoldaşınızın cinsi arzularına cavab vermək çox çətindir. Seks həyatınızı yoldaşınızla danışmaqdan qorxmayın. Sevdiklərinizi, sevmədikləriniz, istəklərinizi, duyğularınız, fantaziyalarınız yoldaşınızla paylaşın. Paylaşın və birlikdə öyrənin.


Tarix: 25.11.2012 / 03:13 Müəllif: [Ram] Baxılıb: 1171 Bölmə: Cinsi Münasibətlər
loading...