Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeddinci qayda : İntim münasibətlərdə təcrübənizi

Yeddinci qayda : İntim münasibətlərdə təcrübənizi artırın, ailə həyatında intim münasibətlərə aid onlardan intim sualları tam səmimiliklə cavablandırmağı bildirir. Bütün cavabları tam dəqiqliklə incələdikdən sonra yaxşı bir kitab oxuyun!

Vaxtilə Amerikanın sosial gigiyena bürosunun həkimi Ketrin Biment Devis minlərlə ərdə olan qadınla sorğu aparır və belə bir qənaətə gəlir ki, boşanmaların əsas səbələrindən biri kişi və qadının fiziki uyğunsuzluğudur.

Doktor Dj.V.Hamilton tərəfindən aparılan tətqiqat da bunu göstərir.Dörd il ərzində Dr.Hamilton 100 kişi və qadının ailə həyatını öyrənib.Doktor hər bir kişi və qadına 400ə yaxın sual verib.Tədqiqatın uzun çəkməsinin səbəbi də bu məsələnin çox dəqiqliklə və incəliklə öyrənilməsi olub.Bu işi o qədər yüksək qiymətləndirilir ki, bir neçə filantropdan ibarət bir qrup mütəxəssis bu tədqiqatı maliyyələşdirməyi öz üzərinə götürür..Nəticələrlə Dr.V.Hamilton və Kennet Makqouenin “Nigahlar niyə uğursuzdur?” kitabında tanış ola bilərsiz (ing.George G.V.Hamilton, Kenneth Macgowan.”What`s Wrong with Marriage?”)

Bəs sizcə uğursuzluqların səbəbi nədir? Dr.Hamilton qeyd edir ki,yalnız özünə çox inamlı və əmin olan psixiatr deyə bilər ki, ailə mübahisələrinin əsas səbəbi seksual uyğunsuzluq deyil.Hər halda bunu da nəzərdə saxlayın ki, çox mübahisələri əgər seksual münasibətlər yaxşı olarsa “ignore” etmək olar…

Əvvəl də adını çəkdiyimiz Pol Popenau qeyd edir ki, aşağıdakı səbəblər ailənin dağılmasına gətirib çıxarır:
Seksual disharmoniya
Müxtəlif fikir ayrılıqları
Maddi problemlər
Psixi, fiziki, emosional pozğunluqlar

Gördüyünüz kimi, seksual uyğunsuzluq birinci yerdə, maddi problər çox maraqlı olsa da üçüncü yerdə durur.Hətta boşanmalarla məşğul olan bütün mütəxəssislər nigahın uğurlu olması üçün seksual münasibətlərin çox böyük rolu olduğunu bildirirlər.

Məşhur psixoloq Djon V.Uotson deyir:”tam səmimi danışsaq, seks insan həyatındakı ən vacib şeydir.Hamının qəbul etdiyi kimi ailə dağılmalarının əsas səbəbi kimi də qiymətləndirilir.

Çox maraqlıdır ki, hər şeyin bu qədər inkişaf etdiyi bu dövrdə insanlar hələ də seks haqqında tam biliklərə sahib deyillər.

18 il bir kilsədə işləmiş bir keşiş qeyd edir ki, o çox böyük məhəbbətlə evlənmiş,bir-birinə dərin hörməti olan ailələr tanıyırdı.Məsələ orasındadır ki, bu insanlar bu gözəl xüsusiyyətlərə malik olsalar da intim məsələlərdə çox savadsızlar”

Doktor Batterfild qeyd edir ki, seks ailəni xoşbəxt edən bir çox amillərdən biridir, lakin onun olmaması digər amillərin də öz rolunu öldürür.

Amerikanın tanınmış jurnallarından birində Emmeta Krozier “Nigahlar niyə dağılır?” adlı məqalə ilə çıxış edir.Həmin məqalədə aşağıda oxuyacağınız suallar da yer almışdı. Hər bir suala “bəli” cavabı 1 xalla qiymətləndirilir və 10 xal olarsa, bu sizin böyük ehtimalla xoşbəxt olduğunuzu göstərir.


Kişilər üçün suallar
Yoldaşınıza nə dərəcədə diqqət göstərirsiniz? Vaxtaşırı ona gül hədiyyə edirsiz? Onun ad günü, toy gününüzü xatırlayırsız? Sürprizlər edirsiz?
Xanımınızı başqalarının yanında tənqid etməməyə xüsusi diqqət yetirirsiz?
Ona ev xərclərindən başqa, özünə xərcləmək üçün cib xərcliyi verirsiz?
Vaxtaşırı xanımınız əsəbi ya yorğun olanda onu başa düşməyə çalışırsız?
Boş vaxtınızın heç olmasa yarısını xanımınızla keçirirsiz?
Əgər yoldaşınız yaxşı yemək hazırlaya bilmirsə,siz bunu həmişə ona bildirib,digərlərinin,məsələn,ananızın,ya başqasının daha yaxşı hazırladığını iddia edirsiz?
Onun şəxsi maraqları ilə nə dərəcədə maraqlanırsız? Məsələn,sosial problemlərə baxışı, oxuduğu kitablar,bir sözlə maraqlandığı hər şey.
Xanımınızı digər kişi tanışları ilə rəqs etməyə ya münasibət saxlamağa icazə verirsiz?Ümumiyyətlə buna münasibətiniz necədir?
Fürsət düşdükcə onu tərifləyir və onula fəxr etdiyinizi bildirirsinizmi?
Yoldaşınızın sizin üçün etdiyi xırda şeylər üçün ona təşəkkür edirsiz?məsələn,düymənizi tikdikdə,sizə çay tökdükdə, paltarınızı təmizləməyə verdikdə və s.


Xanımlar üçün suallar
Yoldaşınıza nə dərəcədə azadlıq verirsiz? Məsələn, onun seçdiyi dostlar, ya katibəsinə tənqidlə yanaşırsız, yoxsa seçiminə hörmət edirsiz?
Əlinizdən gələni edirsinizmi, evinizdə hər şey maraqlı, cəlbedici olsun?
Ona gözləmədiyi, maraqlı sürprizlər edirsiz?
Yoldaşınızın işi ilə bağlı kifayət qədər məlumatınız var? Məsələn,onunla işi haqda danışa,fikirlərini bölüşə bilirsiz?
Maddi durumunuz yaxşı olmadıqda yoldaşınızı həmişə qınayırsız?Ya başqaları ilə müqayisə edirsiz? Məsələn, “qonşunun kişisinə bax, qaz vurub qazan doldurur…”
Onun anası,qohumları ilə dil tapmağa çalışırsız?
Yoldaşınızın zövqünü nəzərə alaraq geyinirsiz, yoxsa onun fikri sizə maraqlı deyil?
Müxtəlif mövzulara münasibətiniz müxtəlif olduqda, sonda onun xətrinə bunula razılaşırsız, yoxsa, öz dediyinizin üstündə durursuz?
Onun sevdiyi oyunları öyrənməyə çalışırsız ki,vaxtınızı onunla maraqlı keçirəsiz?
Yoldaşınızın sizə intellektual marağını qorumaq üçün bir şeylər edirsiniz? Məsələn, dünyada baş verən son hadisələrlə, yeni kitablar, elmdə yeniliklər və s.

Bütün adlarını çəkdiyimiz bu mütəxəssislər intim münasibətlərə aid yaxşı bir kitab oxumağı məsləhət bilirlər. Sizə bir neçə kitabı tövsiyyə edə bilərik, bunlar ən yaxşılarıdır.
İzabel Hatton “Ər və arvadın intim münasibətləri” (ing. ”The sex technigue in marriage”)
Maks Eksner “Ailə həyatının seksual tərəfləri” (ing.”The seksual side of marriage”)
Yelena Rayt “Nigahda seks faktoru” (ing.”The sex faktor in marriage”)
Teodor Hendrik Van de Velde “İdeal nigah” ( ing.”Ideal Marriage”)
Meri Uer Dennet “Həyatın seksual tərəfləri” (ing.”Married Love”)
Ernest R.Qrous,Qledis X.Qrouve “Ailə həyatında seks” (ing “Sex in marriage”)
Ernest R.Qrous “Nigaha hazırlıq” (ing.”Preparation for marriage”)

Bununla da, qaydalarımızı bitirdik, bunlara riayət edib etməməksə artıq sizin işinizdir.Əgər ailənizin xoşbəxt olmasını istəyirsinizsə,bunları nəzərə alın.Qarşılıqlı və həqiqi sevgi hisslərin ən gözəlidir.Bunu sevən və sevilən hər kəs bilir. Əgər sevginizi tapmısınızsa, onu qətiyyən əlinizdən buraxmayın, bu şans bir dəfə verilir, qaçırsanız son günlərinizə kimi ən peşman olacağınız şey olar… Unutmayın!!!!!! Uğurlar!


Tarix: 19.11.2013 / 02:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 488 Bölmə: Cinsel Problemler
loading...