Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gənclərin cinsi tərbiyəsi

Yeniyetmələrin və gənclərin cinsi tərbiyəsi
Yeniyetmələrin cinsi yetişkənliyinin müjdəçisi ikincili cinsi əlamətlərin müşahidə olunmasıdır. Bu vaxt onlarda boy artımı sürətlənir,

cinsiyyət üzvlərinin həcmi böyüyür, qasıq və qoltuqda, üzdə tüklər artıb çoxalır. Səsin ahəngi dəyişir və gurlaşır. Gənclərin bəzilərində bu dövrdə döş vəziləri də bir qədər böyüyür və hissiyyatlı olur. Tər və piy vəzilərinin fəaliyyəti aktivləşir və bunun nəticəsində; xüsusilə üzüm dərisində səpkilər və sızanaqlar əmələ gəlir. 14—15 yaşlarında, bəzilərində isə bir qədər tez ilk pollyusiyalar başlayır.
Valideynlərə və. müəllimlərə də məlumdur ki, qızlarda aybaşı haqda 13—15 yaşında oğlanların az-çox məlumatlan var, amma qəribə də olsa, onların pollyusiyalar ” haqqında heç bir təsəvvürləri yoxdur. Bu səbəbdən birinci podlyusiyalan onlar nə isə qeyri-normal vəziyyət, xəstəlik hesab edib qorxurlar.

Tibbi baxımdan gigiyena tələbləri kişilərdə qadınlara nisbətən çox ciddi deyilsə də oğlanlara«da öz cinsiyyət üzvünü təmiz saxlamaq və su başına çıxdıqdan sonra yuyunub qurulanmaq adətini aşılamaq lazımdır. Sünnət olunmamışlarda pülüyün altında toplanan piyvan maddə — smstma mikrobların orada artıb çoxalmasına və bəzən təbabətdə fimoz adlanan iltihab prosesinin əmələ gəlmə səbəb olur. Sünnət olunmuş oğlanlar isə bu təhlükədən uzaqdırlar və cinsiyyət üzvünün. təmiz saxlanması onlar üçün asandır.

Yeniyetmə yaşlarında orqanizmdə baş verən dəyişikliklər, inkişaf gənclərin və onların gələcəyi üçün cavabdehlik daşıyan böyüklərin qarşısına yeni problemlər çıxarır. Cinsi hormonların artıq dərəcədə hasil olunması nəticəsində orqanizmdə baş verən bioloji dəyişikliklər cinslər arasında münasibətlərin dəyişməsinə səbəb olur ki, bu da qarşıya ictimai və əxlaqi məsələlərin həlli kimi ciddi vəzifələr qoyur. Yaşlılar bunu bilməli və heç vaxt yaddan çıxarmamalıdırlar. Onlar gigiyena məsələləri haqqında məsləhətlərlə kifayədənməyib yeni-yetmə gənclərə orqanizmin biofizioloji xüsusiyyətləri, bu dövrdə müqabil cinsə münasibət haqda sadə, onların anlayacağı şəkildə məlumatlar verməlidirlər. Əkər bu yaşda orqanizmdə fizioloji dəyişmə prosesləri, şəxsi gigiyena qaydalarına aid məsələlərdə valideynlər uşaqlan ilə ümumi dil tapırlarsa da, yeniyetmə yaşlarında olan oğlanlarda baş verən bəzi seksual məsələlərdə onlar böyük səhvlərə yol verirlər. Bunlardan ən çox təsadüf olunanı valideynlərin, müəllimlərin təsadüf etdikləri onanizm — masturbasiyadır. Oğlanların bu “eyib işlə” məşğul olduğunu bildikdə xüsusilə analar çox həyəcanlanırlar.

Onanizmin gələcək kişi üçün zərərli və eyib olması fikrinin nə vaxt və haradan meydana çıxıb yayılması məlum deyil. Xristianlığa qədər onanizm nə zərərli, nə do eyib sayılmayıb. Əksinə, o haqlı olaraq gəncin hiperseksuallığının göstəricisi kimi qiymətləndirilirdi. Lakin xristian dini cinsi arzunu bu yolla yerinə yetirməyi günah adlandırıb qadağan etmişdi. Din xadimləri onanizmlə məşğul olanları günah işlətdikləri üçün axirətdə çəhənnəm odunda yançaqları, bu dünyada İsə müxtəlif ruhi xəstəliklərə, cinsi zəifliyə tutulacaqları və s. ilə qorxudurdular. Bütün bu hədə-qorxuya, hətta çoxlarının onanizmin cinsi zəifliyə səbəb ola biləcəyinə inanmaqlarına baxmayaraq gənclərin, demək olar ki, çoxu müəyyən müddət bu işlə məşğul olurlar.

19-20 yaşlarına qədər davam edən cinsi yetişkənlik dövrünü həkimlər gəncliyin hiperseksuallıq dövrü adlandırırlar. Bu dövrdə seksuallığın həddən artıq olmasının səbəbi cinsi hormonların böyük miqdarda hasil olması ilə əlaqədardır. Bu vəziyyətdə, adətən, istər fizioloji və istərsə də psixoloji sferada elə bir gərginlik yaranır ki, gəncin şüuru qeyri-ixtiyari olaraq yalnız bir istiqamətdə fəaliyyət göstərir və onu müəyyən yollara bu vəziyyətdən qurtarmağa məcbur edir. Onanizmə də elə bu baxımdan münasibət göstərilməlidir. Birinci masturbasiyalar səbəbi dərk olunmadan, sonralar isə dərk olunmuş səbəblərlə edilir. Cinsi əlaqə istəyi, adətən, gəncin özü üçün uydurduğu xəyali fikirlər, fantaziyalar nəticəsində, məsələn, tanıdığı və ya tanımadığı qadının, qızın obrazını xəyalına gətirdikdə yaranır. Belə fantaziyalar məlum səbəblərə. görə oğlanlarda qızlara nisbətən daha çox inkişaf etmiş olur.
Müasir elm hazırda masturbasiyanı necə qiymətləndirir? Burada seksologiya sahəsinin ilk məşhur mütəxəssisinin , fikirlərini vermək olar. Professor Q. S. Vasilçenko masturbasiyanın orqanizmdə əmələ gəlmiş fizioloji diskomfortu zəiflədən və yaxud tamamilə yox edən vasitə olduğunu yazır, məşhur seksopatoloq A. M. Svyadoş göstərir ki, gənc yaşlarında az aparılan masturbasiya cinsi funksiyanın idarə olunmasıdır, o, cinsi gərginliyi azaldır və zərərsizdir.

Bir sıra sovet və xarici müəlliflərin məlumatlarına görə gənclik dövründə sağlam kişilərin 70—90 faizi masturbasiya ilə məşğul olurlar. Beləliklə, demək olar ki, masturbasiya — onanizm çox geniş yayılmış bir haldır. Masturbasiya aktının-sayı gənc orqanizmin fərdi xüsusiyyətlərindən və onun azad vaxtlarından necə səmərəli istifadə etməsindən asılıdır. Bəzi gənclərdə psixoloji gərginlik o qədər güclüdür ki, cinsi istək onun başqa hissləri arasında üstünlük təşkil edərək gəncin diqqətini daimi olaraq seksual sahədə cəmləyir. Belələrini masturbasiya aktı müəyyən müddət üçün bu gərginlikdən çıxarır. Bir qayda olaraq normal cinsi əlaqənin başlanması onanizmlə məşğul olmağa son qoyur. Amma bəzi hallarda evləndikdən sonra da müəyyən səbəblərə görə (arvadın xəstəliyi, hamiləlik, aybaşı və s.) onanizmdən istifadə olunur.

Bütün bu deyilənlərə baxmayaraq onanizmdən orqanizmə müəyyən dərəcədə zərər dəydiyi hiss olunur. Bu yəqin ki, daha çox psixogen amillərin təsirindən irəli gələn nailiyyətidir. Cinsi tərbiyə düzgün aparılmadıqda, hədə-qorxu, və ya cəza ilə bu adətin qarşısını almağa çalışdıqda, yeniyetmənin şüurunda onanizmdən də pis nəticələr ola biləcəyi təhlükəsi yaranır. Bir tərəfdən möhkəmlənmiş adət, o biri tərəfdən pis nəticə qorxusu elə bir psixoloji vəziyyət yaradır ki, tamamilə sağlam gənc normal cinsi əlaqədə ola bilmir.

Birinci cinsi əlaqənin uğursuz olmasının nəticəsində gənclərİn uzun müddət, hətta illərlə, şərait imkan verdikdə də təkrar uğursuzluq qorxusundan cinsi, əlaqədə olmaqdan imtina etməsi seksoloqların iş təcrübəsində çox göstərilir.

Bəzi gənclərin həyatında onanizm yeganə əyləncəyə çevrilir və o, vaxtının çoxunu masturbasiyaya həsr edir. Belə vəziyyət əksərən intellekt cəhətdən məhdud, qaraqabaq, utancaq və yaşıdlarından ayrılıb, onlarla yoldaşlıq, dostluq etməyən gənclərdə olur. Belələri təklikdə olmağı, vaxtını boş-boşuna keçirməyi xoşlayırlar. Buna görə valideynlər belə gəncləri müəyyən bir maraqlı fiziki və ya əqli işlə, idmanın bir növü ilə maraqlandırmalı, onu yaxşı, işgüzar həmyaşıdları ilə yoldaşlığa, dostluğa təhrik etməlidirlər. Ümumiyyətlə, qeyd etməliyik ki, fiziki əmək, idman onanizmlə məşğuliyyətin qarşısını tamamilə almasa da, onun sayının hiss olunacaq dərəcədə azalmasına səbəb olar. Yeniyetmənin onanizmlə məşğul olduğunu bildikdə valideynlər heç bir vaxt cəza tədbirlərinə əl atmamalı, bu işlə məşğul olmayacağı haqqında onun söz verməsini tələb etməməlidirlər. Unutmaq olmaz ki, belə yeniyetmələrdə iradə zəif olduğundan onanizm istəyi həmişə onun verdiyi vədə üstün gələcəkdir. Burada yalnız valideynlərin sakit, inandırıcı söhbəti və məsləhətləri, eləcə də oğlanın məsləhətləri anlayıb qəbul etməsi müəyyən rol oynayar.

Cavanların onanizmlə məşğul olmalarına tamamilə biganə qalmaq, ona heç bir əhəmiyyət verməmək də düzgün deyil. Bu haqda daimi və çox danışıqlar lazım olmasa da valideynlər uşaqlarının dərslərindən sonra vaxtı necə keçirdiyi ilə maraqlanmalı və mümkün dərəcədə ona məqsədəuyğun şəkildə istiqamət verməlidirlər.

Onu da bilmək lazımdır ki, hətta uşaqla eyni cinsli valideynin bir-birini həddən artıq əzizləməsi, qucaqlaması dodağından öpməsi, yataqda bir yerdə uzanıb qucaqlaşması da yeniyetmələrdə hiperseksuallıq əmələ gətirər və onları tez-tez onanizmlə məşğul olmağa vadar edər. Ona görə valideynlərlə uşaqlar arasında münasibətlər nə çox “soyuq” və nə də çox “isti” olmalıdır. Münasibətlərin orta səviyyəsi və mədəni forması ən məqsədəuyğun tərbiyə formasıdır. Gənclərin psixologiyasının əsaslarını bilmək tərbiyəçilərə münasib təsir göstərmə üsullarını tapmağa kömək edir. Bu dövrdə cinsi tərbiyə yeniyetmənin gələcəkdə “əsl kişi” və ya “əsl qadın” olacağını müəyyən edir. Bu anlayışın mənasını bilməkdən əlavə yeniyetmə onu özü üçün gələcək həyat yolu kimi seçməlidir.

Yeniyetmələrin sinir sistemi çox kövrəkdir və özünə qarşı edilən kobudluğa, hörmətsizliyə dözmür. Yaşlılardan oğlunun və ya qızının həyatında müstəqilliyi qəbul etmək, mədəni şəkildə və səbrlə rəftar etmək tələb olunur. Belə olduqda yeniyetmələrdə böyüklərə inam əmələ gəlir, onlarla müəyyən məsələlər haqqında məsləhətləşmək, sual vermək arzusu yaranır və bu zaman onlar dostlarına deyil, öz valideynlərinə müraciət edirlər. Cinsi tərbiyəni xırdaçı qayğıkeşliyə çevirərək hər bir kiçik məsələdə yeniyetməni danlayıb tənbeh etmək düzgün deyil. Ümumiyyətlə, söhbəti elə şəkildə aparmaq lazımdır ki, yeniyetmənin özü düzgün qərara gələ bilsin.

Əkər müəyyən bir məsələnin həllində böyüklər səhvə yol veriblərsə, səhvlərini etiraf etməli, avtoritet saxlamaq naminə səhv nöqteyi-nəzəri müdafiə etməməlidirlər. 13—14 yaşlarında hər şeyin gözəl başa düşən uşaqlar böyüklərin öz səhvlərini mərdcəsinə etiraf etmələrini düzgün qiymətləndirərlər.

Yeniyetmə oğlanların qızlarla dostluğu valideynləri həyəcanlandıran səbəblərdən biridir. Məlumdur ki, insanda ilk sevgi elə yeniyetmə yaşlarında baş verir. Bu zaman valideynlər çətinlik qarşısında qalaraq, bilmirlər ki, öz uşaqlarını bu təbii xoşbəxtlikdən qorusunlar, yoxsa onların şüuruna arxalanıb hər şeyi öz başına buraxsınlar. Əlbəttə, əkər bundan əvvəlki dövrlərdə valideyn öz oğluna və ya qızına cinsi tərbiyənin əsaslarını, seksual instinktlərin lazımı nöqtədə saxlanmasının zəruriliyini öyrətmişsə, narahat olmaq üçün heç bir əsas da olmaz.

Əgər valideyn yeniyetmə yaşına qədər oğlunun, yaxud qızının cinsi tərbiyəsi ilə heç məşğul olmayıbsa, o zaman onların özlərini necə aparacağını qabaqcadan demək mümkün deyil. Cinsi tərbiyəyə uşaqları əhatə edənlər, kitablar, kino, televiziya bizim istəyimizdən asılı olmayaraq öz təsirlərini göstərdiyi üçün seksual məsələlərdə yeniyetmələrin tam savadsız olduqlarını düşünmək düz deyil. Bu nəzarətsiz tərbiyənin hansı istiqamətdə getdiyi isə başqa məsələdir. Belə hallarda valideynlərin narahat olmaları üçün əsas vardır. Cinslər arasında münasibətin yalnız intim əlaqə olduğunu düşünən gənclərə də rast gəlinməsi sirr deyil. Belələri ilə mübarizə etmək lazımdır. Amma neçə? Yenə də düzgün cinsi tərbiyə ilə.

Oğlanlar 13—14 yaşlarında həddən artıq tez aşiq olurlar. Düzdür, bu zaman onların istəklərinin sərhəddi öpüşməkdir, lakin hisslərin gərginliyi bununla sakitləşmir. Oğlanlar bu zamanlarda diqqətsiz, sözə baxmayan və əsəbi olurlar. həmyaşıd qızlardan fərqli olaraq onlar seksual xülyalara daha çox qapılırlar. Bu isə erotik yuxular, pollyusiya və masturbasiya ilə nəticələnir.
Axırda izah etmək lazımdır ki, onanizmlə məşğul olmayıb orqanizmin gərgin vəziyyətinə dözməyin heç bir zərəri yoxdur, əksinə, bu vəziyyət gənc orqanizmin yetişib möhkəmlənməsinə səbəb olur. Yeniyetmənin hələ tam mükəmməlləşməmiş cinsiyyət sistemi onanizmin bu ağır yükünə biganə qalmır. Cinsi əlaqədə bu yük daha da artır. O, yalnız yeniyetmənin cinsiyyət üzvləri üçün yox, bütün orqanizmi üçün həddən artıq ağır və zərərli ola bilər.

Məlumdur ki, cinsi yetişkənlik dövründə gənclərin bəzilərində arterial qan təzyiqinin artması (yaş hiper-tenziyası, gənclik hipertoniyası) müşahidə olunur. Seksual qıcıqlanmada isə hətta sağlam şəxslərdə də arterial qan təzyiqi bir yarım cinsi artır, nəbz vurğularının sayı dəqiqədə 140—160 olur. Lakin o şey ki, yetkin sağlam şəxs üçün bəlkə də xeyirlidir, yeniyetmənin inkişafda olan orqanizmi üçün zərərli ola bilər.

Fiziki cəhətdən əlavə burada başqa mühüm məsələlər də vardır. Cinsi inkişaf dövründə baş verə biləcək emosional pozulmalar, psixi travmalar, pis əhvali-ruhiyyə ilə gəncdə ömür boyu iz buraxa bilər. Bunun səbəbləri ən çox dostluq etdiyi qızda arzu olunmayan hamiləliyin baş verməsi və bu səbəbdən yaranan problemlər, zöhrəvi xəstəliklərlə yoluxma, yaxud yoluxmaq qorxusu və s- ola bilər. Bir çox ailələrdə narazılıqların (boşanma və ya münasibətlərin pozulması) gənclik yaşlarında keçirdikləri psixotravmalar və buna bənzər səbəblər “nəticəsində əmələ gəldiyi məlumdur.
Müxtəlif yaşlı qızlara, qadınlara düzgün münasibət uşaq yaşlarından başlanmalı, bütün həyat boyu davam etdirilərək formalaşmalıdır. Çoxcəhətli olan bu münasibətlər tərbiyənin başqa tərəfləri ilə elə sıx tellərlə bağlıdır ki, hər hansı bir şəxsin tərbiyəli olub-olmadığının onun yalnız bir xasiyyəti ilə — qadınla necə danışması ilə müəyyən etmək olar. Qadına qarşı münasibətin qərbiyəsində ailə başçısının şəxsi nümunəsi əsas rol oynayır. Atanın öz arvadına hörmətli münasibəti, davranışı uşaqların zehnində həkk olunur və bu şəxsi nümunənin adicə deyilmiş sözlərdən, məsləhətlərdən çox-çox təsirli olması şübhəsizdir. Atanın anaya kobud münasibəti, onu hörmətdən salması, heç bir məsələdə onunla hesablaşmaması qadına düzgün münasibət haqda onun tövsiyələrini, məsləhətlərini uşaqların nəzərində adi bir cəfəngiyata çevirir.


Oğlanların cinsi tərbiyəsində hər an, hər saat kişi avtoritetinin saxlanmasının çox vacib olduğunu unutmaq olmaz. Son vaxtlar bir sıra amillər kişinin, atanın əhəmiyyətinin və hörmətinin ailədə aşağı düşməsinə səbəb olmuşdur. Bu amillər və onları əmələ gətirən səbəblər hansılardır?

İndi gənc qadınların, demək olar ki, əksəriyyətinin işləyib pul qazandıqları və çox vaxt ərindən az qazanmadıqları bir vaxtda, xüsusilə şəhərlərdə odun, su, bostan, bağ, qışa azuqə hazırlamaq qayğılarının aradan qalxdığı bir zamanda elə vəziyyət yaranıb ki, arvad və xüsusilə uşaqlar kişinin ailədə çox gərəkli olduğunu görmür və hiss etmirlər. İşlədiyi yerdə onun nə ilə məşğul olması haqqında isə o qədər də təsəvvür olmur. Atanın işi, onun qazançı, ailədə onun həqiqətən əvəzsiz tərəflərdən biri olduğunu uşaqların əksəriyyəti, xüsusilə kiçik yaşlılar dərk etmirlər. Onlar vaxtının çox hissəsini işdə olan atanı çox az görürlər. Ailənin gündəlik həyatında məişətlə əlaqədar məsələlərdə isə ananın rolu həmişə göz qabağındadır. Buna görə ailələrin, müəyyən hissəsində uşaqların şüurunda ana şəxsiyyəti daha yüksək qiymətləndirilir.

50—60 il bundan əvvəlki dövrə nisbətən hazırda kişi və qadın arasında iş bölgüsü bir-birindən kəskin şəkildə fərqlənir. Əkər qadınlar savadlanıb, təsərüfatın müxtəlif sahələrində çalışırlarsa, hətta yüksək vəzifələrdə idarəyə rəhbərlik edirlərsə, kişilərin vəziyyətində bir o qədər də dəyişiklik olmayıb, onlar yalnız bir çox hallarda qadınlardan asılı vəziyyətə düşərək məişətdə əsl kişi vəzifələrini yerinə yetirmirlər. Bazar, mağaza, evdə görüləcək bütün işlər çox zaman qadının öhdəsinə düşür. Əslində ata ailədə uşaqlar üçün (xüsusilə oğlan uşaqları üçün) nümunə olmalı və öz uşaqlarının namuslu, vicdanlı, həqiqət tərəfdarı, işgüzar, səmimi bir insan kimi tərbiyə olunmasına çalışmalıdır. Bu məsələdə o, yalnız öz nümunəsi ilə, sözü və işi arasında fərq olmaması ilə müvəffəqiyyət qazana bilər.

Hətta əsəbiləşdikdə, haqlı olaraq müəyyən bir səbəbdən incidikdə də uşaqların yanında ananın atanı tənbeh etməsi, ağır, təhqiramiz sözlərlə onun mənliyinə toxunması yolverilməz haldır. Ailədə ata nümunəsi uşaqların hər iki cinsinin təsəvvüründə kişi anlayışının—ərin və atanın obrazını formalaşdırır. Bu obrazdan asılı olaraq oğlan öz gələcək yolunu, müqabil cinslə münasibətini müəyyənləşdirir. Qız ən yaxından tanıdığı kişinin atanın obrazında öz gələcək ərini təsəvvüründə canlandırır və ya əkər atanın obrazı onda çox mənfi təsəvvür yaradıbsa heç bir vaxt ərə getməməyi qərara alır. Bu səbəbdən uşaqlarının gələcəkdə necə (xoşbəxt və ya bədbəxt) ailə quracaqları məsələsində ata çox böyük məsuliyyət daşıyır.
İki evlənən gənclərin məsləhətə böyük ehtiyacı vardır. Müəyyən bir çətin vəziyyətə düşdükdə gənclər bir-birilə məsləhətləşməli, daha ağır hallarda məsləhət üçün həyat təcrübəsi olan böyüklərə (ata, ana, yaxın qohumlar və xeyirxah tanışlar) müraciət etməli, bir-birini sevdiklərini sözdə deyil, həyatın həm uğurlu və həm də uğursuz anlarında isbat etməlidirlər. Yeni ailə quran gənclərin həyatında ən mühüm məsləhətlər aşağıda qeyd olunur:

Özünüzə hörmət edin. Arvadınızın (ərinizin) hörmətini qazanmaq üçün özünüzə hörmət etməlisiniz.
Ərinizə (arvadınıza) hörmət edin. hətta ən ağır hallarda unutmayın ki, bu adam son vaxtlara qədər Sizin üçün ən yaxın və sevimli şəxs idi və sizin oğlunuzun, qızınızın atasıdır (anasıdır).

Heç vaxt ərinizi (arvadınızı) nə sözlə, nə də işlə alçaltmayın, təhqir etməyin. Ailədə anlaşılmazlıq baş verdikdə müəyyən bir qərar çıxarmağa tələsməyin. Bəlkə günahkar elə siz özünüzsünüz, amma siz tələsib müqabil tərəfin özünüzdən incidibsinizsə, bu yara heç vaxt sağalmaz və sağalsa da çox dərin iz buraxar.
Heç bir vaxt öz bacarıq və qabiliyyətinizi şişirtməyin, hər şeydə özünüzü haqlı və düz hesab etməyin. Unutmayın ki, evlənəndə siz səfeh və qanacaqsız adam seçməmişdiniz, bəs necə oldu ki, bir müddətdən sonra seçdiyiniz adam qanmaz, küt və səfeh oldu? Diqqətli olun. Ərinizin (arvadınızın) səhhətinə, əhvalına fikir verməsəniz, ona qarşı hörmətsizlik edib, bağışlanmayacaq günaha batarsınız.
Yaxşılıq bilən olun. Ərinizin (arvadınızın) sizin, üçün etdiklərini yüksək qiymətləndirin. 0, nankorluğunuzu başa düşərsə sizin üçün daha heç bir şey etməyə bilər.
Heç vaxt özünüzü alçaltmayın. Nikaha qədər bir-birinizdən gizlətdiyiniz çatışmazlıqları gözə soxmağa çalışmayın.
Bir-birinizə tabe olmağı və bir-birinizi eşitməyi öyrənin.
Ərinizin (arvadınızın) bütün xasiyyətlərini qısa müddətdə öyrənməyə çalışın.
Ailə həyatının birinci günündən ərin və arvadın, uşaq doğulduqdan sonra ata və ananın rollarını başa düşməyə və mənimsəməyə çalışın.

— Yadda saxlayın ki, ərinizi (arvadınızı) incitmək sonradan onunla barışmaqdan asandır.
— heç bir vaxt ərinizdə (arvadınızda) düzəldilməsi mümkün olmayan çatışmayan cəhətləri tənqid etməyin.
Düzəlməsi mümkün olan məsələlərdə isə tənqidi məsləhətlə əvəz etmək məqsədəuyğundur həqiqətin üzə çıxması ilə münasibətlər pozulacaqsa ailə həyatında bəzi məsələlərin həqiqətini bilməmək daha yaxşıdır. Qədim müdrik adamlar deyərdilər: “Əkər aldanmaq istəmirsənsə, soruşma”.

Bir şeyi yadda saxlayın: yad adama ailənin gizlin sirlərinin etirafı xeyir gətirmir, amma ailənin dağılmasına səbəb ola bilir.
— Ərinizin (arvadınızın) hərəkətlərini onu bu hərəkətlərə vadar edən səbəbləri öyrənmədən qiymətləndirməyin.
— Heç bir şeyi, hətta ünsiyyəti də həddən artıq etməyin, bu hisslərin təkrar olunması onu kütləşdirir. Bu bizim hisslərimizi idarə edən qanundur.

Ərinizin (arvadınızın) məşğuliyyəti sizə xoş gəlməsə də ona hörmətlə yanaşın.
Unutmayın ki, qadınlar bəzən özlərini zəif, müdafiəsiz hiss etməklə kiminsə himayəsində olmaq, yaxın şəxsə arxalanmaq arzulayırlar. Ərin ailədə əlavə uşağa çevrilib arvadının himayəsinə keçməsi və himayəçi, arxa, cavabdehlik məsuliyyətsizliyi onun hörmətdən düşməsinə səbəb olar.

Yadda saxlayın ki, ailə münasibətlərinin həmişə yaxşı olması üçün, gərginliyi aradan qaldıran, sevgi, məhəbbət münasibətlərini nümayiş etdirən ən közəl vasitə öpüşmələrdir.

Qadın öz xarici görünüşünə, ona yaraşan paltar, bəzək və kosmetika vasitələrinə düzgün qiymət verməyi bacarmalı, bu məsələdə ərinin zövqü ilə hesablaşmalıdır. Ailə münasibətlərində bu məsələ mühüm rol oynayır.

Bu göstərilən məsləhətlərə əməl etməklə yanaşı, ər-arvadın hər ikisi həyatda baş verə biləcək çətin hallarda şəraitə müvafiq olaraq birgə səylə çıxış yolu tapsalar (bunun üçün təbiidir ki, yalnız mədəni olmaq kifayətdir) ailədə həmişə birlik, məhəbbət və sevginin olacağı şübhəsizdir. Bu, həqiqətdir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 722 Bölmə: Cinsel Bilgiler
loading...