Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların seksual məsələlərə aid sualları

Uşaqların seksual məsələlərə aid sualları valideynləri xüsusilə qorxudur. Amma belə suallardan qorxmaq, cavab verməkdən yayınmaq lazım deyil, onlar təbiidir və uşağın “pozulduğunu” göstərmir. Alman alimi R. Noybertin məlumatına görə 5—7 yaşlarında uşaqlar doğulmaq haqqında, 6—8 yaşlarında isə atanın rolu haqqında onları maraqlandıran məlumatlan bilməlidirlər. Tədqiqatçılar müəyyən etmişlər ki, uşaqlar 5 yaşında özlərinin haradan əmələ gəldiklərinə, 6—7 yaşlarında isə “anasının qarnına” haradan düşməsinə və atanın bu məsələdə roluna maraq göstərirlər. Uşaqların bu məsələlər haqqındakı suallarına əsəbiləşmədən, utanmadan və həyəcan hissləri keçirmədən (belə vəziyyətlər uşağın diqqətini bu məsələlərə daha çox cəmləşdirər) sadə və qısa şəkildə cavablar vermək lazımdır. Belə suallara yalan sözlərlə cavab vermək düz olmaz və yersizdir. Müəllimlərin əksəriyyəti uşaqlarla söhbətdə yalan məlumatlar verməyə ziddirlər, ona görə ki, başqa mənbələrdən alınan məlumatlar yalanı tezliklə ifşa edər və bu zaman uşaq valideynlərin dediklərinə inamı itirər. Uşağın tərbiyəsinin, xüsusilə cinsi tərbiyəsinin əsasını inam və həqiqət təşkil edir.

Ətrafdakıların, xüsusilə böyük yaşlıların diqqətini özünə cəlb etmək hətta kiçik yaşlı uşaqlara da xas olan xüsusiyyətdir. Bu xüsusiyyət ən çox qız uşaqlarına aiddir. Kiçik qızlarda bu, nazlanmaq, əzilib-büzülmək , şıltaqlıq etməklə özünü göstərir. Yüksək dərəcədə sakit və mədəni şəkildə uşağın özünü diqqət mərkəzinə çevirməsinin qarşısını almaq lazımdır. Çünki bu məsələni özbaşına buraxmağın nəticəsində onda eqoizm və başqalarını istismar etmək xarakteri yarana bilər. Bununla yanaşı valideynlər bilməlidirlər ki, nazlanmaq qadın cinsinin kiçik nümayəndələrinə xas olan anadan-gəlmə xüsusiyyətlərdəndir. Gözəl geyinmək, müxtəlif bəzək əşyaları taxmaq arzusunun qarşısını gülüb lağa qoymaqla deyil, düzgün tərbiyə etməklə, sadəliyin, təvazökarlığın əsl gözəllik olduğunu öyrətməklə qız uşağına kiçik yaşlarında yaxşı zövq aşılamaq lazımdır. Valideynlər seksuallıq, keyim, cəmiyyətdə özünü idarə etmə məsələlərinə vaxtında lazımi diqqət yetirmədiklərindən indi biz özünə yaraşan keyim seçməyi, cəmiyyətdə, ictimai yerlərdə özünü aparmağı bacarmayan, kor-koranə moda dalınca qaçan, bəzən kişi xasiyyətlərini götürmüş qızlara və gənc qadınlara rast gəlirik.

Uşaq bağçasının 5—6 yaşlı uşaqlan özlərinin hansı cinsə mənsub olduqlarını və bununla əlaqədar özünü kişi hə ya qadın cinsinə müvafiq qaydada aparmağın lazım olduğunu bilməlidirlər. Bu məsələdə ailədə, ata və ananın arasında yaranmış münasibət böyük rol oynayır. həqiqi qayğıkeşlik və mehribançılıq, qarşılıqlı hörmət və valideynlərin hər birinin öz şəxsi hörməti uşaqda gələcəkdə müqabil cinsə qarşı müsbət münasibətə zəmin yaradar.

Son vaxtlar Ailələrdə atanın hörmətinin nisbətən azalması uşaqların cinsi tərbiyəsinə, şübhəsiz ki, mənfi təsir göstərir. Qadının tam mənası ilə hakim olduğu (“arvad ərinin başında qoz sındırır” misalını xatırlayaraq) ailələrin qızları hələ kiçik yaşlarından analarının xasiyyətlərini özlərinə gələcək həyat tərzi timsah kimi seçərək öz ailələrində də bu xətti yurütməyə çalışaçaqlar. Belə ailədə oğlanlar evdə özlərinə kişi idealı tapmadıqlarından, kənardan çox vaxt tərbiyəsiz, mozğun kişilərdən nümunə götürürlər. Əksinə, o ailələrdəki, atalar öz əzazillik (despotluq) xasiyyətlərilə ailəni idarə edirlər, uşaqlarda qadının ailədə və, ümumiyyətlə, cəmiyyətdə rolu haqqında yanlış fikir yaranır. Qızlar ərlərinin müti qulu kimi onların bütün tələblərinə əməl edirlər, oğlanlar isə qadına istismar obyekti kimi baxan kişilərə çevrilirlər. Seksual baxımdan bunların hər ikisi pisdir, çünki belə ailələrdə böyüyüb tərbiyələnən uşaqlar adətən həyatın ən gözəl nemətlərindən olan sevgi, məhəbbət hisslərindən məhrum olurlar.

Matamum ailələrdə (ən çox atasız) qız uşaqlarında ailədə kişinin rolu, onun şəxsiyyəti haqqında tam təsəvvür olmur. Əgər ata ailəni buraxıb gedibsə və ana bu hadisənin təsiri altında həmişə onun haqqında “alçaq”, “əclaf’, “eqoist” və s. pis sözlərlə mənfi fikir yaradırsa, bütün kişilərin də belə pis olmaları haqqında uşaqlarda möhkəm inam yaranır. Aydındır ki, kişilər haqqında hələ uşaqlıq dövründən belə mənfi fikir yaradılıbsa, cavan qadın bu məsələ barəsində öz fikrini birdən-birə, hətta qısa müddətdə dəyişə bilməz. Bunun üçün onun həqiqətən, sözün tam mənası ilə yaxşı insana (kişiyə) rast gəlməli və müəyyən müddət vaxt lazımdır. Əks təqdirdə belə qadın üçün ailə qurub uşaqlarını düzgün tərbiyələndirmək işi çox böyük çətinliklərlə qarşılaşa bilər.

Gənc ailənin dağılması, boşanma səbəbləri çox müxtəlif ola bilər. Amma kişi həqiqətən dəyərsiz adam, içki düşgünü və s. olsa da, əgər anada əsl anacıq müdrikliyi varsa o, uşaqların tərbiyəsi və onların gələcəyi naminə kişini pisləyib uşaqların nəzərində alçaltmamalıdır. O kim olursa-olsun, uşaqların doğma atası olduğuna görə uşaqlarda onun şəxsində bütün kişilər haqqında pis fikir yaratmaq düzgün deyil.
Ailədə atanın olmaması oğlanların cinsi tərbiyəsinə xüsusilə mənfi təsir göstərir. Misal olaraq oğlunu (və ya oğlanlarını) böyüdüb tərbiyələndirən ana həddən artıq diqqətli olmalıdır ki, oğlu arvad xasiyyətli kişi kimi yox, əsl kişi kimi böyüsün. Onda kişi xasiyyətləri inkişaf etdirmək üçün oğlanı elə yeniyetmə yaşlarından evin kişisi adlandırmaq, evdə kişiyə aid işləri ona həvalə etmək lazımdır.

Kiçik yaşlı məktəblilərdə cinsiyyət haqqında maraq yenidən artır və 2—3 il əvvəl verilən suallar indi daha da geniş və təfsilatlı olur. Onlar birinci növbədə menstruasiya (aybaşı) və pollyusiya (spermanın qeyri-iradi ifrazı) kimi fizioloji hadisələrə aid olur. Mütəxəssislərin əksəriyyəti hesab edirlər ki, belə sualların verilməsini (gözləmədən böyüklər özləri bu məsələlər haqqında izahat verməlidirlər. Bir sıra müəlliflər uşaqlara menstruasiya və pollyusiya haqqında məlumatları bu fizioloji hallar başlamazdan bir il əvvəl 10—12 yaşlarında (bizim region üçün 9—10 yaşlarında) verməyi məsləhət görürlər. Uşağın bunu bir il əvvəl bilməsi, bir saat gec bilməsindən daha yaxşıdır.

Adətən 7—9 yaşlarından başlayaraq oğlanlar və qızlar arasında “parçalanma” baş verir, öz cinsinin nümayəndələrinə qarşı maraq artır. Ailədə bu, oğlan uşağının ataya meyl və mehribançılığı, qızın isə anaya daha da bağlanmasında özünü göstərir. Bu mühüm cəhətdən şəxsiyyət arası münasibətlərin gələcək inkişafı üçüm istifadə ötmək lazımdır. Səmimi söhbətlər, birgə “kişi” və ya “qadın” məşğələləri valideynləri və uşaqları yaxınlaşdırır, müxtəlif məsələlər haqqında uşaqlara böyüklərlə məsləhətləşməyə, öz sirlərini və arzularını onlara açmağa kömək edir. Bu zaman böyüklər yaşlılar uşaqların inamını, uşaqlar isə valideynlərin onlara göstərdikləri ciddi münasibətləri hiss edirlər. Uşaqların elə bu yaşında böyüklərin onlara örnək olmaları çox vacibdir. Atası qadına qarşı hörmət, məhəbbət haqqında nə cür yaxşı, gurultulu sözlər desə də, öz münasibəti, hərəkətləri ilə dediklərini həyatda, öz ailəsində əyani şəkildə göstərməsə, sözdə bir, işdə başqa münasibət göstərsə onun dediklərinin heç bir təsiri olmayacaqdır.


Cinsi tərbiyəni kim verməlidir?
Şübhəsiz ki, birinci növbədə valideynlər. Sonra məktəbəqədər uşaq idarələrində tərbiyəçilər, məktəbdə — müəllimlər, həkimlər, tibb işçiləri, böyük yaşlılar. Amma bu tərbiyə işləri bir istiqamətdə aparılmalı, bir-birinə zidd fikirlər, məsləhətlər olmamalıdır; Bir sözlə, cinsi tərbiyə böyük yaşlıların — valideynlərin, həkimlərin, müəllimlərin qurduğu bir sxemlə aparılmalıdır. Bunun üçün xüsusi ədəbiyyat oxumaq, mühazirələrə qulaq asmaq, məsələləri birgə müzakirə etmək lazımdır.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 282 Bölmə: Cinsel Bilgiler
loading...