Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoxsan ....

Sən ki,yoxsan! məhv olmusan nəyə lazımdır axı əgər zərər verəcəksənsə. Sən yalandan ibarət zənn etdin hər şeyi...amma əsl yalan elə özün idin. Azdın sən həyatın gercəklərinə,dözə bilmədin həyatın real üzünə. Qəddarlıq dolu səni məhv etdi zalımcasına. Onun köləsinə çevrilib başqalarını qul etdin qəlbinə. İndi özün məhkum olmusan öz günahlarına...dön bax geriyə.Bagışla unutdum axı sən yoxsan! Geriyədə baxa bilmirsən..Kor edib səni sehvlərin..indi köməyə möhtac zavallı kimi həyatın bir küncünə qısılıb ağlayırsan! Sən aglatmışdın...indi özün ağlayırsan! Etdiyin səhvlərindən sənə günahlar miras qaldı. İndi canından da bezmisən..kiçik bir addım,ülgüclə qoluna bir necə dərin xəttin çəkilməsi yada bir stolun ayagının altından yerə yıxılması qədər yaxınsan ölümə. Düşün son dəfə!Bagışla yenə unutdum axı sən ki yoxsan! Düşünə də bilmirsən.Düşünə bilsəydin bu halda olmazdın.Artıq barışmısan həyatın oyuncagı kimi hərəkət etməyə. Təkəbbüründür səni həqiqət barmaqları arxasında əsir saxlayan...sən caş-baş qalmış,gözləri təəccübdən bərəlmiş,yerə oturub dizini qucaqlamış halda seyr edirsən etdiklərinin nəticəsini. Qırdıgın qəlblər,tapdaladıgın haqqlar indi səni tapdagı altında alıb. Sanki,ölümə məhkum olunmuş məhbus kimi dar agacına baxırsan. Ürəyin sıxılır,nəfəsin daralır,nəbzin surətlə vurur,gözlərinə qan dolub,fikirlərin usyan edir,nifrət qandalları ilə zəncirlənmiş qəlin son döyüntüləri üçün çalışır.. sənə dəyər verənləri mürəkkəbi bitmiş qələm kimi atdın kənara yalnız özünü düşündün..Son dəfə qiymətləndirmək,sevmək şansı verilib sənə,sec yolunu....Yaman soyuqsan,ürəyin döyünmür,nəbzində hec nə hiss olunmur,gözlərində baglı..bu şansıda itirdin...Sən ki yoxsan...


Tarix: 03.12.2014 / 18:41 Müəllif: Aziza Baxılıb: 182 Bölmə: Burcler haqqinda çox şey
loading...