Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı bürcün kişiləri çox qısqanc olur?

Bəziləri qısqanclığın şeytan əməli olduğunu söyləyir. Bəziləri isə sevgi hissinin yüksək dərəcəsi ilə əlaqələndirir. Sun.az bu həftə hansı bürcün kişilərinin daha qısqanc olduğunu araşdırıb.

Qoç bürcü: Od ünsürünə aid olan bürcdür. Qoç bürcünün kişi nümayəndələri əlində olan hər şeyi paylaşmağı sevir. Lakin onların xoşuna gəlməyən bir şey olsa, həmin dəqiqə təsirlənir və od püskürməyə başlayırlar. Bu bürcün kişilərinə, hətta “maço” da (kobud) deyirlər. Onlar hər zaman cəsur və mübariz xarakterə malik olurlar. Bu bürcün kişiləri sıxıcı olmur. Əldə etmək istədiyi şey uğrunda sona qədər mübarizə aparır.

Buğa bürcü: Torpaq ünsürlüdür. Sevdiklərinə sahib olmağı sevirlər. Sabit fikirli olur və sevdiyi insanlara sadiq olmağa çalışırlar. Verdiyi sözləri və qərarları yerinə yetirməkdə iddialı və əzmlidirlər. Bundan başqa, bu bürcün kişilərində məsuliyyət hissi güclü olur. Onlar üçün inam və güvən vacib şərtlər sayılır və verdiyi qərarlar da qarşıdakı insana olan inamdan asılı olur. Buğa bürcünün kişiləri tələsik iş görmürlər. Sevdiyi zaman isə dəli kimi qısqanc olurlar.

Əkizlər bürcü: Hava ünsürlü bürcdür. Bu bürcün kişiləri həyatı olduğu kimi qəbul etməyi bacarırlar. Buna görə problemləri çox olmur. Yalnızlıqdan heç xoşlanmazlar. Vurulan zaman yaxından tanımaq üçün əvvəlcə dost olur, sevgi münasibətlərini isə daha sonraya saxlayırlar. Ürəkdən sevsələr, evlilik qərarı da verə bilərlər. Romantik və çox duyğulu xarakterə malik deyillər. Münasibətlərdə sevdiyi insana azadlıq verir və bunun qarşılığını tələb edirlər. İnsanlarla hər zaman yaxşı və xoş rəftar etməyə üstünlük verirlər. Ən əsəbi vaxtlarında belə bunu bacarırlar.

Xərçəng bürcü: Xərçənglər su ünsürlüdür. Xərçəng bürcünün kişiləri həyatlarını sevgi üzərində qurmağın tərəfdarıdır. Ən duyğulu kişilər bu bürcdən olur. Lakin fikirləri və hissləri dəyişkən olur. Şad və narahat bir tipləri var, eyni zamanda, nəzakətli olurlar. İnsanların niyyətlərini və fikirlərini oxumağı bacarırlar. Buna görə də heç bir səbəb olmadan qısqanclıq nümayiş etdirir, dava-dalaş salırlar. Küsəyən olurlar. Sevgini öz daxili aləmində yaradır, ürəklərində yaşayırlar.

Şir bürcü: Od ünsürlüdür. Bu bürcün kişilərini tanımamaq qeyri-mümkündür. Kişi cazibəsi, hökm edən davranışları ilə hər kəsin diqqətini çəkə bilirlər. Xarizmatikdirlər, onlar göstərişli geyinməyi sevirlər. Çox vaxt rəhbər mövqeyində olurlar. Şir bürcü kişilərinin dözə bilmədiyi tək şey sevgidə ikinci planda qalmaqdır. Rəqabəti heç vaxt qəbul edə bilmirlər. Əsəblərinə hakim olmağı qətiyyən bacarmırlar. Sevgini sədaqəti, bağlılığı və mərdliyi ilə qazanır.

Qız bürcü: Torpaq ünsürlüdür. Hər şeyə qarşı diqqətli olduğu üçün sevgidən qorxurlar. Daha doğrusu, onların mövcud olan nizamını pozan hər şeyə qarşı əsəb nümayiş etdirirlər. Sədaqətsizliyi və xəyanət etməyi sevməsələr də, həyəcanlandırıcı münasibətlərdən imtina edə bilmirlər. Bəzən insanların əsəblərini pozacaq şəkildə qısqanc olurlar. Hamını öz tənqidləri ilə bezdirirlər. Sevdiyi insanlardan ayrılmaq məcburiyyətində qalan zaman dərin depresiyaya düşürlər. Onları bu depressiyadan ancaq təzə sevgi xilas edə bilər.

Tərəzi bürcü: Hava ünsürlü bürcdür. Tərəzi bürcünün kişiləri tək qalmaqdansa, ailə qurmağa üstünlük verirlər. Bu bürcün kişiləri əslində, sevgini sevirlər. Onları əldə saxlamaq çox çətindir. Sevgidə uğursuzluğa düçar olsa da, yeni birini tapmaqda çətinlik çəkmirlər. Ürəkdən bağlandığı insana qarşı sadiq olurlar. Sevgi və romantik atmosfer yaratmaq üçün böyük qüvvə sərf edirlər.

Əqrəb bürcü: Su ünsürünə daxildir. Əqrəb bürcü kişilərinin ən başlıca xüsusiyyəti çox həssas və küsəyən olmasıdır. Duyğusal olurlar. Əqrəb bürcünün kişiləri qərarlı, qoruyucu, qısqanc və güclü xarakterə malikdir. İstədiklərini əldə etməyənə qədər rahat olmurlar. Bu bürcün kişiləri həyəcanverici, həm də yaraşıqlı olur.

Oxatan bürcü: Od ünsürünə məxsusdur. Bitmək-tükənmək bilməyən enerjiləri ilə seçilirlər. Əyləncəyə həddindən ziyadə meyilli və şorgöz olurlar. Bu bürcün kişiləri çox ağıllı olur. Tarix, fəlsəfə, siyasət və din haqqında müzakirələrdə öz fikirləri ilə seçilməyi bacarırlar. Xeyirxah və çox zəngin bürc olurlar. İdmançıların çoxu bu bürcdən çıxır. Qısqanc olsa da, qısqanclığı ilə heç kimə ziyan vermirlər. Sevdiyi insanla xoşbəxt görünürlər və həqiqətən də xoşbəxt olurlar.

Oğlaq bürcü: Torpaq ünsürlüdür. Torpaq bürcünə xas olan özəlliklərdən biri də sadiq və güvənilə biləcək insan olmasıdır. Onlar çox güclü və bacarıqlı iş adamı olurlar. Ətrafına da bacarıqlı və ağıllı insanları yığırlar. Zəhmətləri və istedadları hesabına ən yüksək pilləyə qədər qalxa bilirlər. Nə qədər yüksəlsə də, sevdiyi qadını unutmurlar. Ona da böyük dəyər verirlər. Qısqanclıq və kinlərini gizlədə bilmirlər.

Dolça bürcü: Hava ünsürünə aiddir. Dolça kişiləri macəraları çox sevirlər. Bundan başqa, çox ağıllı, zarafatcıl və hissiyyatlı olurlar. Dolça bürcünün kişilərinin ən nəzərə çarpan xüsusiyyəti qeyri-adi yaradıcılıq qabiliyyətinə sahib olmasıdır. Onlar keçmişdə baş verənləri o qədər də veclərinə almırlar, hər zaman gələcəyə doğru baxırlar. Təbii, xarizmatik və lider olurlar. Dolça kişiləri çətinliklə aşiq olur. Aşiq olan zaman qısqanclığı çox hiss olunur. Ətrafında çox dostu olsa da, çox az adama güvənə bilir.

Balıq bürcü: Su ünsürlüdür. Balıqların zəngin xəyal gücü olur. Balıq bürcündən çox istedadlı incəsənət adamları çıxır. Məsələn, film rejissorları, yazarlar, fotoqraflar və.s Qadının daxili aləmini ondan yaxşı başa düşən və tanıyan ikinci bir kişi tapmaq olmaz. Sevdikləri zaman dünyanı sevdiyi insanın ətrafında döndürmək bacarığına malik olurlar. Sevgilisinə qarşı romantik davrana bilirlər. Fədakarlığı və sədaqəti ilə seçilən bürcdür. Qısqanc olmağı sevirlər.


Tarix: 24.11.2014 / 15:46 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Burcler haqqinda çox şey
loading...