Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peşə seçəndə kişi kimi seçin

Sevdiyimiz, eyni zamanda məvacibi yaxşı olan bir peşədə çalışmaq çoxlarımızın arzususdur. Ancaq təəssüflər olsun ki, belə iş axtararkən çox vaxt müxtəlif problemlərlə rastlaşırırq. İndi sizə peşəkar sosioloq və peşə orientasiyası mütəxəssislərin məsləhətləri əsasında hazırlanan bir məqalə təqdim edirik və inanırıq ki, onların məsləhətləri sizə bu sahədəki problemlərinizin öhdəsindən gəlməkdə kömək edəcək.

Peşə seçimini necə etməliyik? İş tapmaqda əsas problemlər və onların həll yolları.

Valideynləriniz sizin əvəzinizə düşünür.

Valideynlər həmişə kontrolu öz əllərində saxlamağa çalışırlar, çünki onlar hər şeyi sizdən daha yaxşı bacardıqlarını düşünürlər. Amma çox vaxt onların “mən sənin yaxşılığını düşünürəm” məsəlini əsas gətirərək tapdığı iş sizin maraqlarınıza uyğun gəlmir. Belə bir problemlə rastlaşdıqda müstəqil qərar qəbul etmək lazımdır, çünki peşəniz sizin gələcək həyatınıza, planlarınıza təsir edəcək, valideynlərinizin yox.

Əvvəlcə onlara sizin üçün seçdikləri peşənin nə üçün xoşunuza gəlmədiyini izah edin. Bunun üçün isə həmin peşə haqqında kiçik bir tədqiqat aparın. O peşənin mənfi, sizin seçdiyiniz peşənin isə müsbət tərəfləri barədə valideynlərinizə məlumat verin.

Seçimləriniz haqqında qəti qərar verə bilmirsiniz?

Bu problemi həll etmək üçün seçmək istədiyiniz, amma bir o qədər də qərarsız qaldığınız peşə haqqında araşdırma aparın. Bu peşənin müsbət və mənfi tərəflərini özünüz üçün müəyyənləşdirin. Sonra isə bütün bu məlumatları analiz edərək özünüz üçün nəticə çıxarmağa çalışın.

Maraq dairəniz genişdir. Bir çox hobbiniz var, ancaq hansını peşə kimi seçəcəyinizi bilmirsiniz.

Düzgün peşə seçimi etmək üçün bu sualları özünüzdən soruşun:

1. Nə istəyirəm?

2. Nələri həqiqətən bacarıram?

3. Hal-hazırda tələbat hansı sahəyədir?

Yalnız istəklərinizi, bacarıqlarınızı və sosial tələbləri birləşdirdiyiniz halda ideal peşə seçimi edə bilərsiniz. Əgər bir peşədən aslı olmaq istəmirsinizsə və özünüzü fərqli sahələrdə sınamaq istəyirsinizsə, bu zaman müxtəlif peşə xüsusiyyətlərini özündə birləşdirən bir ixtisas seçin. Elə bir ixtisas ki, onun sizə uyğun olmadığını düşündüyünüz halda oxşar bir peşəyə yönlənə biləsiniz.

Siz illərdir ki, məhz bu peşəyə yiyələnməyin xəyalını qurursunuz.

Xəyallarınızdakı peşənin sizə nə qədər uzaq və ya yaxın olmasını yuxarıda göstərilən alqoritmin köməyi ilə aydınlaşdıra bilərsiniz. Əgər xəyalını qurduğunuz peşə sizin imkanlarınız xaricindədirsə, ancaq siz yenə də həmin peşəni unuda bilmirsinizsa, özünüzə inananın və xəyalınızı məqsədə çevirin.

“Bu peşə kişi üçündür!”

Bir çox peşələr gender baxımından stereotipləşdirilir. Ancaq harada yazılıb ki, saç ustası yalnız qadın, cangüdən isə kişi olmalıdır? Əgər hər hansı bir peşəyə marağınız varsa, ətrafınızdakıların onu kişi və ya qadın peşəsi kimi qruplaşdırmasına fikir verməyin. Əgər sizdən evvəl bu peşə ilə məşğul olan həmcinsiniz olmayıbsa, burada qəribə heç nə yoxdur. Deməli siz ilk edərək tarixin yaddaşında qalcaqsınız. Yetər ki, bu yolda heç nəyin sizi həvəsdən salmağına icazə verməyin.


Tarix: 07.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Biznes klass
loading...