Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aktiv işləmək üçün bu qidaları seçin

Sərt iş qrafiki, uzun-uzadı davam edən iclaslar istər-istəməz gündəlik qidalanma qrafikimizə təsir edir. Nəticədə gündəlik qida rasionumuza tez başa gələn, amma bir o qədər də zərərli qidaları daxil edir, bunun nəticəsində isə get-gedə əvvəlki görünüşümüzü itirir və kökəlirik. Bu kimi hallarla qarşılaşmamaq üçün əlbəttə ki, iş qrafikinin nə qədər sərt olmasından asılı olmayaraq qidalanmağımıza fikir verməliyik. Bu dəfəki məqalədə sizə iş mühitində daim çəkməcəmizdə saxlamalı olduğumuz çərəzlər haqqında məlumat verəcəyik. Oxuyun və çalışın ki, siz də mümkün olduğu qədər fast-foodlar əvəzinə adıçəkilənlərə üstünlük verəsiniz.

Ərik qurusu
Başda ürək əzələləri olmaqla bütünlüklə əzələ sisteminin və sinirlərin işini sürətləndirir. Nəticədə daha gümrah formada işləməyimizə kömək edir.

Əncir qurusu
B1 və B2 vitaminləri, eləcə də fosforla zəngin olan bu qida hüceyrələrin tez zamanda yenilənməsini təmin edir. Tərkibindəki kalsium isə sümüklərin daha sağlam olmasına kömək edir.

Qoz
Tərkibindəki doymamış yağ turşusu ürək sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda o gün ərzində yorğunluqdan xilas olmağımıza və daha gümrah hərəkət etməyimizə şərait yaradır.

Pəhriz biskvitləri
Bu biskvitlərin tərkibində olan kəpək tez zamanda doyumluluq hissi yaradır . Bunun nəticəsində isə daha gec acıyır və daha gec kökəlirik.

Banan
Mədəmizi gücləndirir. Xüsusilə də xora və qastrit kimi xəstəlikləri olanlar üçün bu meyvə dərmandan daha faydalıdır. O, eyni zamanda iş stressini azaldır və yorğunluq hissini aradan qaldırır.


Tarix: 07.01.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Biznes klass
loading...