Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yüz illərlə saxladığımız halda, cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir? Toxumların y

Bitkilərin sərinləmə mexanizmi olmasaydı, onlar bir neçə saata günəşin altında məhv olardılar.

Eyni yerdə olan bitki və daş günəş enerjisini bərabər miqdarda almalarına baxmayaraq, eyni dərəcədə isinməzlər. Günəşin altında qalan hər canlıda mütləq mənfi təsir meydana gəlir. Elə isə bitkilərin istidən minimum dərəcədə təsirlənmələrini təmin edən nədir? Bitkilər bunu necə bacarırlar? Yüksək temperaturda bütün yay boyu bitkilərin yarpaqlarının günəşin altında qovrulmasına baxmayaraq, niyə onlara heç nə olmur? Ayrıca, bitkilər öz tərkiblərindəki isinmədən başqa, kənardan da istilik alaraq dünyadakı temperatur tarazlığını təmin edirlər. Bu istilik tutma əməliyyatını apararkən özləri də bu istiyə məruz qalırlar. Bəs getdikcə artan istidən təsirlənmək əvəzinə, bitkilər çölün istiliyini almağa necə davam edirlər?

Daim günəşin altında olan bitkilər digər canlılara nisbətən suya daha çox ehtiyac duyurlar. Bitkilər yarpaqlarında yaranan tərləmə vasitəsilə də daim su itirirlər. Su itkisinin qarşısını almaq üçün yarpaqların günəşə tərəf olan üst hissələri kutikula adlanan su keçirməyən, qoruyucu təbəqə ilə örtülmüşdür. Bunun sayəsində yarpaqların üst səthindən su itkisinin qarşısı alınır.

Bəs alt hissələri? Bitkilərdə qaz mübadiləsini təmin edən xüsusi dəri hüceyrələri olan məsamələr yarpağın alt hissəsində olur. Məsamələrin açılıb-bağlanması bitkiyə ancaq karbondioksidi alıb oksigen verməyə imkan yaradır, su itkisinin isə qarşısını alır.

Bitkilərin istilik paylama sistemi

Bitkilərdə iki cür istilik paylama sistemi var. Birincisi, əgər yarpağın istiliyi ətrafın istiliyindən çoxdursa, hava dövranı yarpaqdan xarici mühitə doğru olur. İsti hava soyuq havadan daha yüngül olduğundan, bu, onun yüksəlməsinə səbəb olur. Buna görə də, yarpaqların səthində isinən hava yüksəlir və səthdən ayrılır. Soyuq hava isə daha ağır olduğu üçün yarpağın səthinə doğru enir. Beləliklə, istilik azalır və yarpaq sərinlənir. Bu əməliyyat yarpağın səthinin istiliyi ətrafdakı istilikdən yüksək olduğu müddət boyu davam edir. Çox quru və isti hava şəraitində, yəni səhralarda da bu vəziyyət dəyişmir.

İkincisi, yarpaqlardan su buxarı verilərək tərləmə təmin edilir. Tərləmə sayəsində su buxarlanarkən bitki sərinlənir.

Paylama sistemləri bitkilərin yaşadıqları mühitin şəraitinə uyğun şəkildə nizamlanmışdır. Hər bitki ehtiyacı olan sistemə malikdir. Son dərəcə kompleks quruluşu olan bu sistemin paylanması təsadüfən reallaşa bilərmi? Bu sualın cavabını vermək üçün səhra bitkilərinə nəzər salaq. Səhradakı bitkilərin yarpaqları çox qalındır. Suyu buxarlandırmaqdan daha çox qoruma istiqamətində dizayn edilmişlər. Bu bitkilər üçün istilik paylama əməliyyatını buxarlanma ilə reallaşdırmaq ölümlə nəticələnə bilər. Çünki səhra mühitində itirilən suyun kompensasiyası mümkün deyil. Gördüyümüz kimi, bu bitkilər istiliklərini hər iki yolla da paylaya bilərkən bu yollardan yalnız birini, üstəlik yaşamaları üçün yeganə etibarlı yolu seçirlər. Çünki səhra mühitinə uyğun dizayn edilmişlər. Bunu təsadüflərlə açıqlamaq isə mümkün deyil.

Bitkilərdə sərinləmə mexanizmi

Bitkilərin sahib olduqları sərinləmə mexanizmləri olmasaydı, günəşin altında bir neçə saat belə onlar üçün ölümlə nəticələnərdi. Günorta saatlarında bir dəqiqə boyu alınan günəş işığı bir kvadrat santimetrlik yarpaq səthinin istiliyini 37oC-yə qədər yüksəldə bilər. Bitki hüceyrələri isə istilik 50-60oC-yə yüksəldikdə ölməyə başlayırlar. Yəni bitkinin ölməsi üçün onun günorta vaxtı 3 dəqiqə günəş işığı alması kifayətdir. Bitkilər öldürücü istilərdən məhz bu iki mexanizm sayəsində qorunurlar. Bitkilərin istilik paylamasında istifadə etdikləri buxarlanma hadisəsi, eyni zamanda, atmosferdəki su buxarı tarazlığı üçün də əhəmiyyətlidir. Çünki bitkilərdəki buxarlanma yüksək miqdarda suyun nizamlı olaraq atmosferə çatdırılmasını təmin edir. Bitkilərin fəaliyyətləri su mühəndisliyi kimi də xarakterizə edilə bilər. 1000 kvadrat metrlik meşədəki ağaclar havaya 7,5 ton su verə bilirlər. Bu xüsusiyyətlərilə bitkilər torpaqdakı suyu gövdələrindən keçirərək atmosferə çatdıran nəhəng su nasosları kimidirlər. Bu, çox əhəmiyyətli vəzifədir. Əgər bu xüsusiyyətləri olmasaydı, suyun yerlə göy arasındakı dövranı bugünkü kimi reallaşa bilməzdi, bu da yer üzündəki tarazlıqların pozulmasına səbəb olardı.
Xarici səthləri odun və quru maddə ilə əhatə olunmasına baxmayaraq, bitkilər gövdələrindən tonlarla su keçirirlər. Bu suyu torpaqdan alır və son texnologiya ilə işlətdikləri fabriklərində istifadə etdikdən sonra onun böyük hissəsini təmizlənmiş şəkildə təbiətə verirlər. Bunu edərkən aldıqları suyun bir qismini də qida istehsalında hidrogendən istifadə etmək məqsədilə parçalayırlar.

Bizim yarpaqlardakı tərləmə, ya da ağacların olduğu mühitdəki nəmlik kimi xarakterizə etdiyimiz hadisələr, əslində, yer üzündə həyatın davam etməsi baxımından əhəmiyyətlidir.

Bitkilərdə gördüyümüz bu əməliyyatların bir hissəsi belə götürülsə, həmin an sistem iflic olar və işləyə bilməz.


Tarix: 08.12.2014 / 16:17 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Biologiya
loading...