Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyoz cinsi bölünmə kimi

Qametogenez prosesində xromosom sayının iki dəfə azalmasına meyoz və yareduksion bölünmə deyilir. Cinsi yol ilə çoxalan bütün orqanizmləri cinsi hüceyrələr, yaxud qametlər əmələgətirir. Cinsi hüceyrələrin əmələ gəlmə prosesinə qametogenez deyilir. Qametlərin əmələ gəlməsində hüceyrə nüvəsinin bölünməsinin xüsusi halımeyoz əsas sələf hesab olunur. Meyoz yunanca- meyozis- azalma deməkdir. Meyoz,mitozdan kəskin surətdə fərqlənir.Meyozun bioloji mahiyyətini başa düşmək üçün bilmək lazımdır ki, bütün örtülütoxumlu bitkilərin inkişaf sikli iki fazadan diploid, yaxud sporofit fazaları və haploid,yaxud qametofit fazası cinsi hüceyrələrin əmələ gəlməsinə qədər bütün dövrü əhatəedir. Haploid faza isə qametin fəaliyyəti ilə əlaqədardır. Diploid fazası hüceyrəninnüvəsində xromosom haploiddə olduğundan iki dəfə çox olur.
Meyozun bölünməsi

Meyozun biolojo mahiyyəti

Dişilərin cinsiyyət vəzilərinin, yumurtalıqda cinsi yumurta hüceyrələrinin əmələgəlməsinə ovogenez deyilir.Erkəklərin cinsiyyət vəzilərinin toxumluqda erkək cinsi hüceyrələrinspermatozoidlərin əmələ gəlməsi prosesinə spermatogenez deyilir.Ovogenez aşağıdakı kimi gedir. Meyozun Metafaza -! Mərhələsində 1-cidərəcəli ovositlərdən eyni vaxtda ilk qütb bədəncikləri və ikinci dərəcəli ovositlərəmələ gəlir. Meyozun metafaza iki mərhələsində ilk qütb bədənciklərinin və ikincidərəcəli ovositlərin birgə inkişafından ikinci dərəcəli qütb bədənciyi əmələ gəlir ki,bunun da daxilində yumurtalıq inkişaf etmiş olur.Spermatogenez prosesi aşağıdakı kimidir.

Meyozun metafaza - 1 mərhələsində1-ci dərəcəli spermatositlərdən ikinci dərəcəli spermatositlər əmələ gəlir. Meyozunmetafaza - II mərhələsində ikinci dərəcəli spermatositlərdən spermatidlər,spermatidlərdən isə tozcuq dənəcikləri və onlardan da yetkin spermatozoidlər inkişafetmiş olur.Mayalanma zamanı ata və ana xromosom yığımının birləşməsi ilə əlaqədarolaraq qametlərin əmələ gəlməsi zamanı onların sayının iki dəfə azalması mütləqvacibdir. Bu meyoz prosesində baş verir. Meyoz bir-birini təqib edən iki I və IIbölunmədən ibarətdir. Onlardan biri qız hücrələrində xromosomları iki dəfə azaltmağaaparan reduksion bölünmədən və o, biri isə reduksiyadan sonra bölünmə getdikdəxromosomların reduksion sayını saxlayan - ekvasion bölünmədən ibarətdir. Örtülü toxumlu bitkilərdə reduksiya sayəsində sporlar əmələ gəlir. Buna görə dəhəmin bitkiyə sporofit nəsil deyilir, haploid nəsil isə qametofit adlanır.

Meyozunbölünmələri də adi mitoz kimi dörd fazadan - profaza, metafaza, anafaza vətelofazadan ibarətdir. Profazanın birinci bölünməsi nisbətən mürəkkəbdir. O, beşardıcıl mərhələdən təşkil olunur. Leptonema. Ziqonema, Diplonema, Paxinema vəDiogenez. Leptonemada nüvənin ölçüsü böyüyür, xromosomlar uzun nazik tellərşəkilində olur, onların hər biri iki xromatiddən ibarət olur. Ziqonemada xromosomunkonyuqasiyası müşahidə olunur. Qoşa, homoloji xromosomlar dartılır və uzununa bir -birinə söykənirlər. Paxinema mərhələsində konyuqasiya olunan xromosomlar ikiləşmişcütlər, yəni bivalentlər əmələ gətirirlər. Bunların hər biri iki xromatiddən ibarətdir.Meyozda konyuqasiya olunan xromosom cütlərinə bivalentlər deyilir.Hər iki xromatid tetrad əmələ gətirir. Xromosomların sayı iki dəfə azalır. Bunapsevdoreduksiya deyilir. Diplonema mərhələsində xromosomların bivalentləriaralanmağa başlayırlar. Bu zaman cüt xromosomun ayrı-ayrı sahələrinin xaçvariliyiyaxşı müşahidə edilir, onların homoloji hissələrindən ( krossinqover adlanan hadisə)mübadilə gedir.

Birinci bölünmənin son mərhələsində diogenezdə xromosolmlar spirallaşmasınəticəsində yoğunlaşır və qısalırlar. Nüvə qabığı pozulur və birinci bölünmənin ikincifazası metafaza başlayır. O zaman xromosomlar ekvatorun oxu ətrafında yerləşirlər.Anafazada xromosomlar aralaşırlar. Bu zaman hər qütbə hər qrup xromosomdanbiri çəkilir. Beləliklə hər yeni əmələ gəlmiş qız hüceyrəsindən xromosomun yarısı anahüceyrəyə düşür. Yeni xromosom sayında reduksiya baş verir (azalma gedir).Reduksion bölünmə zamanı xromosomun yeni hüceyrələrə bölünməsi təsadüfənhər homoloji xromosom cütündən biri bu və ya digər hüceyrəyə düşə bilər. Reduksionbölünmə və qısa müddətdə keçən telefazadan sonra birinci bölünməsinin sonu və ikinci bölünməsinin başlanğıcı arasında keçən vaxtda interfaza başlayır. O, çox azvaxtda keçir, xromosomlar oraya ikiləşmiş şəkildə daxil olurlar. Bu ikiləşmə - yənireduksiyaya hələ reduksion bölünməsindən (interfazada) keçmiş olur. Bunun ardıncameyozun ikinci bölünməsi başlayır, o da mitozda olduğu kimi keçir. Meyotikbölünmənin genetik əhəmiyyəti üçün əsas dövrü təşkil edir.

Meyotik bölünmə

1-ci Meyoza görə xromosom sayının daimiliyi saxlanılır.
2-ci Ata və ana xromosomların prekombinasiyası nəticəsində meyoz-qametləringenetik müxtəlifliyini təşkil edir.
3-cü Meyoz nəticəsində homoloji (cüt, oxşar) ata və ana xromosomlarınınmübadilə sahələrinə görə yeni genetik tərkibli xromosomlar əmələ gəlir.


Tarix: 08.12.2014 / 16:14 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Biologiya
loading...