Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayraq

Torpağım üstünə
kölgələr salan
Mənim varlığımın cilası-
bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası
bayraq.
Üçrəngli bayrağın
kölgəsində mən
Qaraca torpağı vətən
görmüşəm.
Zəfər güllərini dövri-
qədimdən
Bayraq işığında bitən
görmüşəm.
Bayraq mənliyimdir,
bayraq kimliyim,
Bayraq-öz yurduma öz
hakimliyim.
Harda əcdadımın ayaq izi
var,
Bu zəfər bayrağım orda
dikəlsin.
Keçdiyi yerlərdə dağlar,
yamaclar
Onun hüzuruna salama
gəlsin.
Tarixdən qədimdir,
zamandan qoca
Mənim bayrağıma
sancılan hilal.
Aləmə nur saçdı tarix
boyunca
Məbədlər başma tac olan
hilal.
Daim ucalasan! Savas
günündə
Əsgər silahıyla səni tən
görüm.
Yalnız zəfər çalmış şəhid
önündə
Səni alqış üçün əyilən
görüm.
Aprel, 1998


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 122 Bölmə: Bextiyar Vahabzadə
loading...