Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlixan Səmədov

Əlixan Səmədov — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış, virtüoz balaban ifaçısı və ustadı.

Həyatı

Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 -1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986-1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.


Tarix: 29.01.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...